Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Batiskaf
Batiskaf (yun. bathycskaphos) — Sualtı qayığa oxşayır, lakin onun uzunsov gövdəsi hava ilə yox, benzinlə doldurulub. Burada hava yaramır: çox böyük dərinlikdə suyun təzyiqindən batiskaf əzilə bilər. Benzin isə həm də sudan yüngüldür. Odur ki, benzinlə doldurulmuş gövdə batiskaf üçün üzgəc vəzifəsini daşıyır. Hava isə yalnız batiskafın alt hissəsindəki polad kürənin (qondolandın) içində olur . Adamlar və tədqiqat cihazları da bu hissədə yerləşir. == Enməsi == Ballastın yəni tarazlıq yükünün ağırlığı altında dənizin dibinə doğru hərəkət edir. == Projektor == Projektor okeanın dibinin işıqlandırılması üçün vacibdir. Batiskafın projektoru dəniz dibinin öyrənilməsi üçün mühüm yer tutur.
"Titan" batiskafının qəzası
18 iyun 2023-cü ildə Amerika turizm və ekspedisiya şirkəti olan OceanGate tərəfindən idarə olunan Titan sualtı gəmisi Kanadanın Nyufaundlend sahillərində, Şimali Atlantik Okeanında RMS Titanikin qalıqlarını görmək üçün ekspedisiya zamanı qəzaya uğrayıb. Sualtı gəminin qəzası nəticəsində bütün ekipaj üzvləri, OceanGate-in baş direktoru Stokton Raş, fransız dəniz tədqiqatçısı və Titanik araşdırmaları üzrə mütəxəssis Paul-Henri Narqeolet, ingilis milyarder və iş adamı Hamiş Hardinq, Pakistan əsilli britaniyalı milyarder və iş adamı Şahzadə Davud və Davudun oğlu Süleyman həlak olublar. Dalışından 1 saat 45 dəqiqə sonra Titanla əlaqə tamam kəsilib. Sualtı gəminin yoxa çıxmasından dörd gün sonra uzaqdan idarə olunan başqa bir sualtı nəqliyyat vasitəsi, Titanikin dağıntılarından təxminən 500 metr (1600 fut) aralıda Titanın hissələrinə bənzəyən bəzi qalıqlar aşkar edib.
Batika
Batika (yav. mumla çəkmək) — möhürləyici məhlulların istifadəsi ilə aparılan qumaş üzərində nəqqaşlıq. Şərq ölkələrində (İndoneziya, Hindistan, Çin, Azərbaycan və s.) yayılmışdır. 2009-cu ildə İndoneziya batikası UNESCO-nun Bəşəriyyətin Toxunulmaz Mədəni İrsi Listəsinə daxil olub. == Söz açımı == == Tarixçə == Batikanın vətəninin Malaziya və İndoneziya olduğu söylənilsə də, araşdırmalar bu ölkələrdə sənət növünün Azərbaycanla eyni dövrdə yarandığını təsdiqləyir. Batika Azərbaycan xalqının qədim ənənələrə malik kəlağayı sənətinin çağdaş varisi kimi inkişaf edib zənginləşməkdədir. Orta əsrlərdən başlayaraq Şirvan, Basqal və Gəncədə ipəkçiliyin inkişafı ilə əlaqədar xalq sənətkarlarının, əsasən də qadınların məşğuliyyət növü kimi bu sənətlə məşğul olanların sayı yüzlərlə olmuşdur. Şərq ölkələrində (Hindistanda, Çində, İndoneziyada və s.) batika texnikasında əsas etibarilə ipək və pambıq parça üzərində fırça ilə rəsm çəkərdilər. Batikanın vətəni olan cənub-şərqi Asiyada bir neçə texnika geniş yayılmışdı. Yavada hər bir rəngin üstü daim isti mumla örtülür, Malayziyada isə rəsmin əsas hissəsi nəfis şəbəkəli ornamentlə xüsusi möhürün köməyi ilə basılır.
Norkis Batista
Norkis Batista (ing. Norkys Batista ) — məşhur Venesuela aktrisası və modeli . Atası Luis Batista, anası Miqdalis Villaroel Batista. Norkis Batista 30 avqust 1977-ci ildə Venesuelanın paytaxtı Karakas şəhərində anadan olmuşdur . 2001: Juana la virgen 2002: Mi gorda bella 2004: Estrambotica Anastasia / Dəlisov Anastasiya 2005: Amor a Palos 2008: La trepadora 2009: Esto es lo que hay 2010: Que el cielo me explique 2011: Flor Salvaje 2006: Miranda 2007: 13 segundos 2008: El Sr.
Covanni Batista Tyepolo
Covanni Batista Tyepolo, (digər adı Janbatista və ya Jiambatista Tyepolo) 1696-1770-ci illər ərzində yaşayıb, fəaliyyət göstərib. Venesiyalı rəssam, qravür ustası idi. Tyepolo Venesiya freskaçılarının son “böyük usta”sı olaraq tanınırdı. == Uşaqlığı və gəncliyi (1696-1726) == Janbatista Tyepolo Venesiyada kapitan Dominiko Tyepolonun ailəsində doğulub. Bu soyad aristokrat nəslinə aid idi. Amma Dominiko aristokrat rütbəsini almaq istəmədi. Rəssam yaşadığı bölgədəki Pietro di Castello da xaç suyuna salınıb. Xaç atası Covanni Batista Dorianın adına uyğun olaraq bu adı veriblər. Tyepolonun bir yaşı olanda atası ailəsini maddi çətinliklər içində qoyaraq vəfat edir. Janbatista əvvəllər Gregorio Lazzarinin şagirdi olub.
Sao Joao Batişta qəbiristanlığı
Sao Joao Batişta qəbiristanlığı (port. Cemitério de São João Batista) — Braziliyanın Rio de Janeyro şəhərində yerləşən məzarlıq. Bu məzarlıqda ilk dəfə 1852-ci ilin dekabr ayında Sao Joao Batişta adlı 4 yaşlı qız uşağı dəfn olunub. Hazırda məzarlıq xeyli böyüyüb. Burada o qədər məşhur adamlar dəfn olunub ki, məzarlıq "Ulduzalar qəbiristanlığı" adını alıb.