Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bayquşlar
Bayquşlar (lat. Strigidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinə aid heyvan fəsiləsi. Bayquşun bədəni 17–74 sm uzunluğunda, ağırlığı isə 50 qr-dan 3,25 kq-dək olur. Yırtıcı qarmaqdimdik, qüvvətli iri caynaqları olan bayquşlar əsasən gecələr ova çıxırlar. Səssiz uçan bu quşlar dağ yamaclarındakı kolluqlarda, meşədəki ağac koğuşunda, qayalardakı yarıq yerlərdə, köhnə uçuq xarabalıq ərazilərdə və s. yaşayırlar. Dişi bayquş yuvasında qoyduğu 8–10 yumurtadan 2–3 cücə çıxarır. Onlar kənd təsərrüfatına zərər vuran həşəratlar və sünbülqıran gəmiricilərlə qidalanırlar. Bayquşlar əkin sahələrinə, meşədəki ağaclara zərər verən həşərat və xırda gəmiriciləri məhv etdiyindən xeyirli quşlardır. Bayquşlar gecə ov ovlamaq üçün başlarını 270 dərəcə çevirməlidirlər.
Əsl bayquşlar

Nuşirəvan və bayquşların söhbəti
Adil Nuşirəvan ilə vəzirin hekayəti və ya bilinən qısa adı ilə Nuşirəvan və bayquşların söhbəti — 1174-1175-ci illərdə Nizami Gəncəvi tərəfindən qələmə alınan "Sirlər Xəzinəsi" poemasının ikinci hekayəsidir. Hekayənin poetik tərcüməsi Azərbaycan şairi Süleyman Rüstəm tərəfindən olunmuşdur. "Nuşirəvanla vəziri və bayquşların söhbəti" hekayəsi romantik planda verilsə də həyatın eybəcərliklərini çox doğru əks etdirir. Nuşirəvan islamdan öncə yaşamış Sasani hökmdarı olsa da təsvir olunan həyat Nizami dövrünün həyatıdır. Nuşirəvanın ov zamanı qarşılaşdığı mənzərə XII əsrin mənzərəsidir.Şair ədalətsizliyin, qətl-qarətin həddini aşdığını göstərmək üçün maraqlı priyom işlətmişdir. Nuşirəvan bir gün ordusu ilə ova çıxır. Bir az keçdikdən sonra vəziri ilə ordudan ayrılaraq ikisi birgə ov etməyə gedirlər. Şah vəziri ilə tək qalmağı istiyir, çünki ölkənin vəziyyətini daha rahat maraqlana bilsin. Gəzərkən uzaqdan bir xaraba kənd görürlər və həmin kəndə doğru yollanırlar. Bütün evlər dağılıb, həyatdan əsər-əlamət yox idi.
Bayğusqar (Xaybulla)
Bayğusqar (başq. Байғусҡар) — Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Tatır Uzyak kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Bayğusqar kəndinin milli tərkibi: başqırdlar 99 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 26 km., ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 86 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.