Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bazedov xəstəliyi
Qreyv xəstəliyi, Bazedov xəstəliyi və ya Eroziv osteoartrit – qalxanabənzər vəziyə təsir edən autoimmun xəstəlikdir. Əksər hallarda hipertireozla nəticələnir. OA iltihabı yarımtipidir, ən çox 40–50 yaşlı qadınlarda olur. Ailə anamnezi xəstələrin 2/3 izlənir. Oynaqda iltihab əlamətləri degenerasiyanı üstələyir, PİF, DİF, I MKF zədələnir. İltihab əlamətləri illər sonrası sönür və deformasiyaya gətirir. X-ray – osteofitlər və mərkəzi eroziyalar ("qağayı qanadları simptomu və ya tərsinə çevrilmiş "T" hərf) olur. Bir qismində ankiloz yaranır.
Arif Mamedov
Arif Məhəmməd oğlu Məmmədov (25 fevral 1961, Qızılhacılı, Qasım İsmayılov rayonu) — AMEA-nın müxbir üzvü (2017). == Həyatı == 25 fevral 1961-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuşdur. 1989–1994-cü illədə Azərbaycan Dövlət Neft Akademiyası; 1995–2004-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti; 2004–2014 Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filial. AMEA Rəyasət Heyətinin Fəxri fərmanı; Ali Hərbi Dənizçilik Akademiyasının Fəxri fərmanı; Bərdə rayon İcra Hakimiyyətinin Fəxri fərmanı; Salyan rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunmuşdur. Hazırda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda şöbə müdiri vəzifəsində çalışır. == Fəaliyyəti == Bərdədə aparılmış arxeoloji qazıntıların nəticələri orada 3000 illik şəhər mədəniyyətinin olduğunu sübuta yetirmişdir. Gəncədə aparılan arxeoloji qazıntılar nəticəsində Antik və İlk orta əsr şəhər yeri müəyyənləşdirilmişdir Salyanda aparılmış arxeoloji qazıntılar nəticəsində Muğan – Babazanlı abidəsinin 2800 illiyi müəyyənləşdirilmişdir Gəncəbasar IV–XIII əsrlərdə (tarixi-arxeoloji tədqiqat) namizədlik dissertasiyasının müdafiə etmişdir. Qoşqarçay və İncəçay hövzəsinin tarixi-arxeoloji tədqiqi (III – XVII əsrlər) doktorluq dissertasiyasını müdafiə etmişdir. 6 müəlliflik şəhadətnamələrinin və patentinə sahibdir. İndiyədək 15-i xaricdə olmaqla, 115 əsəri çapdan çıxmışdır.
Elmar Mamedov
Murad Bazarov
Murad Bazarov (6 avqust 1994, Balakən) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. == Karyerası == Murad Bazarov 2010-cu ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı. Murad Bazarov qrup mərhələsinin birinci görüşdə Ukrayna nümayəndəsi Olehsey Jabshi ilə üz-üzə gəldi. Həmin görüşdə Murad Bazarov rəqibinə qalib gəldi — 2:0 (7:0, 4:0). Növbəti görüşdə isə onun rəqibi Ekvador nümayəndəsi Henri Pilay oldu. Bu görüşdə də Murad Bazarov rəqibinə qalib gəldi — 2:0 (1:0, 3:0). Bununla da Murad Bazarov qrup mərhələsini birinci pillədə başa vurdu və Sinqapur Olimpiadasının final görüşnə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Kuba nümayəndəsi Yosvanis Pena Flores oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan final görüşündə də qalib gələn tərəf Murad Bazarov oldu — 2:0 (2:0, 1:0). Bununla da Murad Bazarov Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Ruslan Baladov
İlahəddin Mamedov
Əmrah Mamedov
Jeyhun Samedov
Jeyhun Samedov və ya Ceyhun Səmədov ― azərbaycanlı ifaçı və bəstəkar. 2019-cu ildə ifa etdiyi "Tufan var" və 2022-ci ildə ifa etdiyi "Getmə" mahnısı 2023-cü ildə Azərbaycan reytinqlərində ilk yerləri tutub. == Haqqında == Ceyhun Səmədov 1990-cı il dekabrın 18-də Bakı şəhərində anadan olub. Orta təhsilini altıncı sinifə qədər 10 nömrəli məktəbdə daha sonra isə 76 nömrəli məktəbdə alıb. 2008-ci ildə Yusif Qasımlı ilə birlikdə "Sirat" rok qrupunu yaradıb. Daha sonra qrupa Anar Bünyad da qoşulub. Qrup fəaliyyət göstərdiyi 5 il ərzində 15 mahnı bəstələyib ifa ediblər. "Röya", "O dönəcək", "Sərxoş" kimi mahnıları daha çox tanınıb. 2013-cü ildə "Sirat" rok qrupu dağılıb. 2015-ci ildə Okaberlə birlikdə "Zibil maşını" mahnısını, 2016-cı ildə isə "Çağır gəlim" adlı mahnını birlikdə ifa edirlər.
Bayesov şəbəkəsi
Bayesov şəbəkəsi (ing. Bayesian Network) — ehtimal nəzəriyyəsinə əsaslanan qrafik modeldir və dəyişənlər arasındakı asılılıqları, əlaqələri təsvir etmək üçün istifadə olunur. Bu model, kompleks sistemlərdə ehtimalların hesablanmasını və qeyri-müəyyənliklərin idarə olunmasını təmin edir. Bayesov şəbəkəsi həm təsviri, həm də proqnozlaşdırıcı analizlər aparmaqda geniş istifadə olunur və xüsusilə süni intellektdə qərar qəbuletmə proseslərində effektivdir. == Bayesov şəbəkəsinin quruluşu == Bayesov şəbəkəsi yönləndirilmiş asiklik qraf (ing. DAG – Directed Acyclic Graph) üzərində qurulur. Bu qrafda: Düyünlər dəyişənləri təmsil edir. Kənar isə dəyişənlər arasındakı səbəb-nəticə və ya təsir əlaqələrini göstərir. Məsələn, əgər A düyünü B düyünü ilə birbaşa əlaqəlidirsə və B-də hər hansı bir dəyişiklik A-ya təsir göstərirsə, bu halda B A-ya “valideyn” kimi təsvir edilir. Bayesov şəbəkəsinin əsasını təşkil edən ehtimal qaydaları Bayes teoreminə əsaslanır və şəbəkə qurularkən dəyişənlərin şərti ehtimalları ilə işlənilir.
Pərviz Azadov
Pərviz Azadov (19 oktyabr 2000, Azərbaycan) — müdafiəçi mövqeyində çıxış edən azərbaycanlı futbolçu. == Həyatı və karyerası == Pərviz Azadov 19 oktyabr 2000-ci ildə Bakı şəhərində anadan olub. Futbola olan marağı uşaqlıq illərindən başlamışdır. İlk addımlarını Bakıdakı yerli futbol məktəblərində atan Azadov gənc yaşlarda futbol sahəsində özünü fərqləndirməyə başladı. Onun futbola olan sevgisi və istedadı erkən yaşlarından aydın oldu və bu, onun peşəkar karyerasının başlanğıcı üçün əsas rol oynadı. Valideynləri də onun bu marağını dəstəkləmiş və onu yerli futbol məktəblərinə yönəltmişdilər. === Klub karyerası === Azadov peşəkar futbol karyerasına 2007-ci ildən başladı. İlk dəfə “Neftçi PFK”-nın gənc komandasında oynamağa başladı. Burada göstərdiyi müvəffəqiyyətlər onun peşəkar futbolda daha yüksək səviyyələrə qalxmasına şərait yaratdı. “Neftçi”dəki çıxışları ilə mütəxəssislərin diqqətini çəkdi və bu, onun gələcəkdəki klub seçimini müəyyən etdi. .
Ramiz Mamedov (futbolçu)
Ramiz Mehman oğlu Məmmədov (21 avqust 1972, Moskva, SSRİ) — Azərbaycan əsilli rusiyalı futbolçu, müdafiəçi. Rusiya millisinin heyətində çıxış edib. == Karyera == === Klub === Spartak Moskvanın yetirməsi, onun heyətində 1992-1998-ci illərdə çıxış edirdi və beş dəfə ölkə çempionatının qalibi olmuşdur. 1998-1999-cu illərdə Arsenal Tula və Krılya Sovetov komandaların şərəfini qoruyurdu, sonra isə Dinamo Kiyev komandasına transfer olunaraq, burada ölkə çempionluğunu qazanmışdır. 2000/01 mövsümündə Avstriyanın Şturm Qrats klubunda çıxış edirdi. 2002-ci ildə Volqar klubu ilə müqavilə bağladı. Daha sonra Rusiyaya qayıtdı və 2003-cü ildə çıxış etdiyi Luç-Energiya klubunda İkinci divizionunun "Vostok" zonasının birinciliyində kiçik qızıl medal qazanmışdır, ondan sonra karyerasını bitirmək qərarını aldı. Rusiya Premyer Liqasında 139 oyunda 7 qol vurmuşdu. === Milli === 1994-1998 illərdə Rusiya millisində 10 oyun keçirtmişdir, ilk oyununu 17 avqust 1994-cü ildə Avstriya milli futbol komandasına qarşı olmuşdur.
Camal Balaca oğlu Mamedov
Camal Balaca oğlu Məmmədov (2 may 1918, Məscidli Görarxı, Borçalı qəzası – 9 iyul 1966, Məscidli Görarxı, Marneuli rayonu) — Gürcüstan SSR kənd təsərrüfarı nazirinin müavini, Gürcüstan SSR Ali Sovetinin deputatı, Marneuli Rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinin sədri. == Həyatı == Camal Məmmədov Marneuli Rayon Təşviqat idarəsinin müdiri, Marneuli Rayon İcraiyyə Komitəsinin sədri, Gürcüstan SSR Ali Sovetinin deputatı, Gürcüstan SSR Kənd Təsərrüfatı nazirinin müavini. Camal Məmmədov 1918-ci il may aynın 2-də Gürcüstan Respublikasının Borçalı mahalının Goraraxı elinin Sabirkənd kəndində anadan olub. Camal Məmmədov Sabirkənd ibtidai məktəbində oxumuş, və sonra təhsilini Alget kənd orta məktəbində davam etdirmişdi. O, təhsilini davam etdirməkçün Borçalı Türk Pedaqoji texnikumuna daxil olmuşdur. Texnikumu başa vurduqdan sonra 1937-ci ildə Sabirkənd məktəbində müəllim işləməyə başlamışdır. 1939-cu ildə hərbi xidmətə çağrılmışdır. Xidmət müddəti bitməmiş Böyük vətən müharibəsi başlamışdır. 1941–1945-ci illər də Böyük Vətən müharibəsinin iştirakçısı olmuş Camal Məmmədovun sorağı Uzaq şərq döyüşlərindən gəlmişdir. Müharibə dövründə dəfələrlə yaralanmışdır.