Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
BetBoom Arena
Neftyanik stadionu (başq. «Нефтсе» стадионы) və ya BetBoom Arena — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərindəki əsas idman qurğusu. Şəhərin Komarova yerləşir. Stadionun tutumu 15132 nəfərlikdir. Ufa şəhərinin eyniadlı "Ufa" futbol klubu özünün ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Stadionun əsası 1967-ci ildə qoyulmuşdur. 2012−2015-ci illərdə stadion əsaslı təmir edilmişdir. Yenidənqurmadan sonra buradakı ilk matç 2015-ci il avqustun 9-da keçirilmiş Rusiya Futbol Çempionatının oyunu idi. Həmin oyunda meydan sahibi "Ufa" qonaq komanda olan Sankt-Peterburq şəhərinin "Zenit" futbol klubuna 0:1 hesabı ilə məğlub olmuşdur. == İnfrastruktur == Stadionun tribunalarının yarısı üstüaçıq, digər yarısı isə üstübağlı formadadır.
Bloom (pəri)
Bloom -Cizgi qəhrəmanı. Yaşı-Winx club-a qatılanda 16 yaşı var. Fəsil 1-də 16,fəsil 2-də 17,fəsil 3-də 18 və fəsil 4-də 19 yaşı,5-də 20,6-da 21,7-də 22 yaşı var Gücü-Magix-nın ən güclü sehrinə Əjdər oduna malik olan qızdır.Od gücündən istifadə dir. Sonradan od qoruyucu pərisi olur. Ölkəsi-Dünyadan Alfea-ya gəldiyi bilinsədə əslində öksəsi Dominodur(Sparks). Sevgilisi-Sky. Pixie-si (mini pərisi)-Lockette-dir. Otağını yığışdırmağa nifrət edir. Blum problemləri, məktəb ilə bağlı öhdəlikləri,dostları və xəyalları ilə dünyadakı hər hansı bir gənc qızdan fəqsizdir. Hər gün səssiz, sakit keçməkdə olan yaşantısını sevməkdə,digər tərəfdən cadulu yerlərdən və sehirli varlıqlardan ibarət bambaşqa bir dünyanın varlığını xəyal etməkdədir.
Aleksandr Beqlov
Aleksandr Beqlov (19 may 1956, Bakı) — rus dövlət xadimi, 3 oktyabr 2018-ci ildən etibarən Sankt-Peterburqun qubernatoru vəzifəsini müvəqqəti icra edir. Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri və Rusiya prezidentinin Şimal-Qərb Federal Dairəsi üzrə nümayəndəsidir. Vahid Rusiya partiyasının üzvüdür. == Həyatı və təhsili == Aleksandr Dmitriyeviç Beqlov 19 may 1956-cı ildə Bakıda anadan olub. 1976–1978-ci illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1983-cü ildə Leninqrad Mühəndis-İnşaat İnstitutunu (hazırkı Sankt-Peterburq Dövlət Memarlıq-İnşaat Universiteti), 2003-cü ildə Şimal-Qərb Dövlət Xidməti Akademiyasını (hazırkı Şimali-Qərb İdarəçilik İnstitutu) bitirib. == Fəaliyyəti == 1979–1991-ci illərdə Leninqrad şəhərinin tikinti təşkilatlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb. 1991–1997-ci illərdə "Melazel" alman-rus birgə müəssisəsinin baş mühəndisi olub. 1997–1999-cu illərdə Sankt-Peterburq Dövlət Arxitektur-İnşaat Universitetində baş elmi işçi, doktorant olub. 1999–2002-ci illərdə Sankt-Peterburqun Kurort inzibati rayonunun başçısı işləyib.