Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Betfakar Fi Eih?!
"Betfakar Fi Eih?!" (Ərəbcə: "بتفَكّر في إيه؟") Nensinin 2008-ci il 30 İyulda çıxmış 6-cı studiya albomudur. 2008-ci ildə Ərəb dünyasında və 1 Avqustda digər ərazilərdə də tanınaraq Nensi Ajrama daha öncəki işlərinin qazandırmadığı uğuru qazandırdı. Albomun adı "Nə düşünürsən?" mənası verir. Bu albomda bir çox mahnıların hit olması Nensinin müasir ərəb musiqisi tarixindəki səltənətini davam etdirdi. Albomun aparıcı mahnısı "Betfakar Fi Eih?!" Nensinin yaradıcılığında çox böyük dəyişikliyin olduğunu göstərirdi. Albom ona dünya şöhrəti və World Music Awards mükafatı qazandırdı. Belə ki, Nensi bu mükafata sahib olan ən gənc ərəb sənətçisi idi. == İstehsal və dəyişikliklər: == 2008-ci ilin İyununda Nensinin meneceri Jiji Lamara "Aktar w Aktar" ("Sahharny Sahhar") mahnısı üçün klip çəkildiyini elan etmişdi. Deyilənə görə, daha öncə albomun aparıcı mahnısı məhz bu seçilmişdi. Belə ki, daha sonra "Betfakar Fi Eih?!" albomun adı və əsas sinqlı oldu.
Kordilyer-Betika dağları
Kordilyer-Betika və ya Əndəlüs dağları (isp. Cordilleras Béticas, Sistemas Béticos) - Cənubi İspaniyada Andalusiya əyalətində dağ sistemi . == Coğrafiyası == Aralıq dənizi sahillərindən 600 km uzanaraq Qibraltara və Kadis körfəzindən Valensiya körfəzinə qədər uzanır. Dağ sistemi bir sıra silsilə və massivdən ibarətdir. Ən hündür silsiləsi Sieera-Nevedadır.Bu silsilənin ən hündür hissəsində Mulasen yerləşir. Hündürlüyü 3478 m-dir. Bura ən hündür nöqtəsi İspaniyada, Piriney yarımadasında yerləşir. Kordilyer-Betikanın ikinci ən hündür nöqtəsi Alp dağlarının Avropa hissəsində yerləşir. Bu dağ başlanğıcını İspaniyanın ən böyük çaylarından olan Qvadalkivirdən götürür O burada Andaluz düzənliyinə qədər uzanır . == Landşaftları == Kordilyer-Betikanın dağ landşaftları yarımadanın əsas isti hissəsindən başlayır.