– Ənvər ləzzətli dolmanı iştaha ilə yeyir, kəvərdən, turpdan tez-tez götürüb ağzına qoyurdu.
◊ Başında turp əkmək – çox incitmək, bərk cəzalandırmaq, əziyyət vermək.
Xan yanında nökərəm; İşim yoxdur, bekaram; Töycünü gətirməsən; Başında turp əkərəm. ( ).
Yurdunda (yerində) turp əkmək – xaraba qoymaq, viran qoymaq, dağıtmaq.
[Kor:] Ağaxan bəy sənin yurdunda … bir yekə turp əkəcəkdir.