Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bewitched
Bewitched — İslandiya müğənnisi Leyveyin ikinci studiya albomu. 8 sentyabr 2023-cü ildə AWAL tərəfindən buraxılıb.
Twitch
Twitch — Amazona məxsus Twitch Interactive şirkətinə məxsus canlı yayım platforması. Twitch-in populyarlığı onun ümumi maraq kəsb edən tərəfini tutdu. 2013-cü ilin oktyabrında vebdə 45 milyon izləyici, və 2014-cü ilin fevralına kimi isə ABŞ-də ən yüksək pik internet trafikinin dördüncü böyük mənbəyi hesab edilmişdir. Eyni zamanda, Twitch Interactive Justin.tv-nin əsas şirkəti kimi diqqət mərkəzində qaldı - Justin.tv 2014-cü ilin avqustunda bağlandı. Həmin ay bu xidmətdən Amazon-un 970 milyon ABŞ dolları qazandığı, sonra şirkətin abunə xidməti Amazon Prime ilə sinerji tətbiq olunmasına gətirib çıxardı.
Bitch
Bic (ing. bitch; /bɪtʃ/) — insanlara, xüsusən də qadınlara qarşı istifadə olunan aşağıladıcı ifadə. Bir qadın və ya qız uşağı nəzərdə tutulduqda dalaşqan, pisniyyətli, nəzarətçi, aqressiv və ya dominant mənasına gəlir. Bir kişiyə yaxud oğlana tətbiq edildikdə isə mənasını dəyişir, tabe olan, zəif, qorxaq kimi alçaldıcı mənaları ifadə edir. Bu ifadə homoseksual münasibətdə yüksək dərəcədə iddialı və ya qadının alçaldıcı xarakteristikasına sahib olan kişiyə istinad edə bilər.
Aziz Benich
Əziz Eraltay Behiç (ing. Aziz Behich; 16 dekabr 1990) — sol cinah müdafiəçisi kimi çıxış edən Avstraliya futbolçusu. O, Şotlandiyanın "Dandi Yunayted" klubu və Avstraliya millisində çıxış edir.
Bitch I'm Madonna
Bitch I'm Madonna (azərb. Qancıq, mən Madonnayam‎) — ABŞ müğənnisi Madonnanın "Rebel Heart" adlı XIII solo albomundan olan mahnı. Trinidadlı repçi Nikki Minajın da qonaq ifaçı kimi iştiark etdiyi mahnı əsasən, Madonna, Diplo və Britaniyalı elektron musiqiçisi Sofi tərəfindən, MoZella, Tobi Qad, Ariel Rextşad və Nikki Minajın iştirakı ilə yazılmışdır. Mahnı, albomun üçüncü sinqlı kimi, "Interscope Records" tərəfindən 15 iyun 2015-ci ildə çıxarılmışdır. Elektron rəqs musiqisi və vaporveyv janrında olan mahnıda Madonna şənlənmək üçün nazal tonda "Bitch I'm Madonna" deyir, fonda isə "she's Madonna" ifadəsi səslənir. Musiqi tənqidçilərinin mahnı haqqında fikirləri iki qrupa bölünmüşdür; bəziləri mahnını "energetik" adlandıraraq Minajın rep hissəsini alqışlasalar da, başqa bir qrup mahnını "təəssüf doğuran şok" adlandırır. ABŞ-də mahnı son üç il ərzində Madonnanın "Billboard Hot 100" hit paradına girə bilən ilk mahnısı olmaqla, 84-cü yerə kimi yüksəlmişdir. Mahnı, "Hot 100" hit paradına girə bilmiş Minajın 63-cü, Madonnanın isə 57-ci mahnısı olmaqla, həmin hit paradda ən çox iştirak etmiş qadın müğənnilərin siyahısında Minajı üçüncü, Madonnanı isə dördüncü yerə yüksəltmişdir. Dünyada, uğurlu nəticələr göstərən mahnı, Finlandiya, Macarıstan və İsveçdə ilk üçlüyə daxil olmuşdur. Mahnı üçün Conas Akerlandın rejissorluğu ilə çəkilmiş musiqi videosunda Madonna ilə yanaşı Minaj və Diplonu da görmək mümkündür.
The Lord of the Rings: The Battle for Middle-earth II: The Rise of the Witch-king
The Lord of the Rings: The Battle for Middle-earth II: The Rise of the Witch-king (azərb. Üzüklərin hökmdarı: Orta dünya uğrunda döyüş II: Cadugər kralın yüksəlişi‎) — "EA Los Angeles" və "BreakAway Games" tərəfindən hazırlanan, "Electronic Arts" şirkəti tərəfindən nəşr olunan və real zamanda strategiya janrında olan videooyun. Oyun eyniadlı kitablar seriyasına əsaslanaraq Piter Cekson tərəfindən çəkilmiş "Üzüklərin hökmdarı" filmlər seriyası əsasında istehsal olunmuşdur. Bu, "The Lord of the Rings: The Battle for Middle-earth II" videooyununun genişləndirmə paketidir. Videooyun 28 noyabr 2006-cı il tarixində Microsoft Windows platforması üçün satışa çıxarılmışdır. Videooyunun kampaniyası oyunçulara Anqmar ordusunu idarə etmək imkanını verir. Oyunçular orduya onun ilkin dövrlərindən Arnorun Fornost döyüşündə məhv olmasına qədər öndərlik edirlər. Oyunun epiloq missiyası oyunçuya Anqrmarı istila edən Qondor və elf qüvvələrini idarə etmək imkanını verir. "The Rise of the Witch-king" videooyununun hekayəsi daha çox "Kralın qayıdışı" filminin sonluğundan ilhamlanmışdır. İstehsalçılar missiyalar üçün Tolkinin müharibə ilə bağlı etdiyi qeydlərdən çox istifadə etmişdir.