Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaranlıqdan çıxmaq
"Qaranlıqdan çıxmaq" (ivr. ‏עלטה‏‎, ərəb. ظلام‎, ing. Out in the Dark) — israilli rejissor Mixael Mayerin 2012-ci ildə, dram janrında çəkilmiş filmi. Filmin təqdimatı ilk dəfə Toronto Film festivalında, 2012-ci ilin sentyabr ayında baş tutmuşdu. İsrail kinoteatrlarında film seyircilərə 28 fevral 2013-cü ildə təqdim olunmuşdu. Bu, İsraildə anadan olmuş və hal-hazırda Los Ancelesdə yaşayan rejissor Mixael Mayerin ilk tammetrajlı debüt filmi hesab olunur. Baş rolda Nikolas Yakob (Nimr Məşravi obrazında) və Mixael Aloni (Roy Şefer obrazında) oynamışdırlar. 96 dəqiqə davam edən dram filmi, İsrail-Fələstin münaqişəsinin müxtəlif tərəflərindən olan iki homoseksual kişi arasında baş vermiş romantik əlqələrdən bəhz edir. == Filmin xülasəsi == Nimr xaricdə təqaüd almaq arzusunda olan iddialı Fələstinli psixologiya tələbəsidir.
Beynimdə qəribəlik (roman)
Beynimdə Qəribəlik — Orxan Pamukun 2014-cü ildə nəşr edilən romanı bu cümlə ilə başlayır: "Boza satıcısı Mövlud Qaradaşın həyatı, macəraları, xəyalları və dostlarının hekayəsidir və 1969–2012-ci illər arasında İstanbul həyatının bir çox insanların gözündən izah edilən bir rəsmidir". == Məzmunu == "Beynimdə qəribəlik vardı, içimdə də nə o zamana, nə o məkana aidlik duyğusu". — William Wordsworth, Prelüd-dən sitat. "Beynimdə qəribəlik" həm sevgi hekayəti, həm də modern dastandır. Orxan Pamukun üzərində altı il işlədiyi roman bozasatan Mövludla üç il sevgi məktubları yazdığı (yalnız bir dəfə toy mərasimində ötəri gördüyü) sevgilisinin İstanbuldakı həyatlarından danışır. İyirmi beş yaşında kəndindən bir qız qaçırdı (yanlış qızı qaçırır); Qəribə bir şey oldu, onun bütün həyatını təyin etdi. İstanbula qayıtdı, evləndi, iki qızı oldu. Mövlud 1969–2012-ci illər arasında, qırx ildən artıq bir müddətdə İstanbul küçələrində qatıq, plov satmaq, avtodayanacaq gözətçisi olmaq kimi, bir çox işlərlə məşğul olur. Bir tərəfdən küçələrin cürbəcür adamlarla dolmasını, şəhərin böyük bir hissəsinin uçurulub yenidən tikilməsini, Anadoludan gəlib varlananları izləyir, digər tərəfdən ölkənin keçirdiyi dəyişikliklərin, siyasi çarpışmaların, çevrilişlərin şahidi olur. Onu başqalarından fərqləndirən cəhətdən, beynində qəribə fikirlər qaynaşdığından həmişə narahatlıq hissi keçirir.
Pornoqrafiyaya qarşı çıxmaq
Pornoqrafiyaya qarşı çıxma səbəbləri arasında dini etirazlar, feminist narahatlıqlar və pornoqrafiya asılılığı kimi zərərli təsirlərin sübutları var. == Dini baxışlar == Əksər dünya dinlərinin müxtəlif səbəblərdən pornoqrafiyaya qarşı mövqeləri var. Bütün fəqih və din alimlərinə görə, əxlaqsız şəkillərə və təhrikedici və şəhvətsevərlərə baxmaq qadağandır. Quran 24: 30 -da buyurulur: "Tanınan kişilərə de ki, gözlərini aşağı salsınlar və eyblərini qorusunlar, çünki bu onlar üçün daha təmizdir. Allah nə etdiklərinizdən xəbərdardır." == Feminist baxışlar == Bəzi feministlər, qadınları istismar edən və qadınlara qarşı zorakılığın ortağı olan bir sahə olduğunu iddia edərək, pornoqrafiyaya qarşı çıxırlar. == Mühafizəkar baxışlar == == Zərərə əsaslanan fikirlər == 1982 -ci ildə Zillman tərəfindən edilən bir araşdırma, pornoqrafiyaya uzun müddət məruz qalmağın həm kişiləri, həm də qadınları cinsi şiddət qurbanlarına qarşı həssaslaşdırdığını göstərdi. Zillman kimi bəzi tədqiqatçılar, pornoqrafiyanın cinsi təcavüz nisbətlərini artıraraq cəmiyyətə birmənalı ziyan vurduğuna inanırlar.
Onurğa beyninin aparıcı yolları
=== Ön ciyədə olan aparıcı yollar === Ön piramid yol ya ön qabıq-onurğa beyni yolu – lat. tractus pyramidalis s. corticospinalis anterior şüuri hərəki yoldur, beyin qabığının hərəki nahiyəsindəki piramid hüceyrələrin aksonlarından tərtib olunub, ön ciyənin içəri tərəfində yerləşmişdir. Bu yol ümumi piramid yolunun uzunsov beyində çarpazlaşmamış hissəsini təşkil edir və ön ciyə ilə aşağıya doğru gedərək döş seqmentlərinə dək davam edir. ön piramid yolu təşkil edən liflər (lat. fibrae corticospinales) onurğa beyində ayrı-ayrı seqmentlər səviyyəsində çarpazlaşıb ağ bitişməni əmələ gətirir və ön buynuzların hərəki hüceyrələrinə çatır. Örtük-onurğa beyni yolu – görmə-eşitmə reflektor yoludur, ön ciyədə ön piramid yolun içəri tərəfində yerləşmişdir; bu yol orta beyindən (dördtəpənin başlıca olaraq yuxarı qoşa təpəsindən və qismən aşağı qoşa təpəsindən) başlayıb, orada çarpazlaşıb və beyin kötüyünü keçərək onurğa beyninin ön ciyəsinə daxil olur və ön buynuzların hərəki hüceyrələri ilə rabitəyə girir. Görmə və eşitmə üzvlərindən orta beyin qapağına (dördtəpəyə) gələn impulslar (oyanmalar) lat. tractus tectospinalis vasitəsilə ön buynuzalrın hərəki hüceyrələrinə verilir və nəticədə müxtəlif hərəki reaksiyalar meydana çıxır (məsələn diksinmə hadisəsi). dəhliz-onurğa beyni (Lövental) yolu – lat.
Dənizə Çıxmaq Qorxuludur (1973)
== Məzmun == Kinolentdə 1919-cu ildə Rusiyaya lazım olan yanacağı Bakıdan Həştərxana dəniz yolu ilə, həm də gizlin şəkildə çatdıran xüsusi dəniz ekspedisiyasının fəaliyyətindən bəhs olunur. == Film haqqında == Film yazıçı Hüseyn Abbaszadənin eyniadlı hekayəsinin motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Əsərin müəllifi: Hüseyn Abbaszadə Quruluşçu rejissor: Ənvər Əbluc Ssenari müəllifi: Vera Qonçarova, Ramiz Fətəliyev, Ənvər Əbluc Quruluşçu operator: Fəraməz Məmmədov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Xəyyam Mirzəzadə Səs operatoru: Kamal Seyidov === Rollarda === Sadıq Həsənzadə — Ələsgər Rauf Qəniyev — Murtuz Fərhad İsrafilov — Novruz Anatoli Falkoviç — ingilis zabiti A.Firsov — ağqvardiyaçı === Filmi səsləndirənlər === Yusif Vəliyev — Ələsgər (Sadıq Həsənzadə) (titrlərdə yoxdur) Həsən Əbluc — Murtuz (Rauf Qəniyev) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 220; 310.
Dənizə çıxmaq qorxuludur (film, 1973)

İnsan beyninin ancaq 10%-nın işlənməsi haqqında əfsanə
İnsan beyninin ancaq 10%-nin işlənməsi haqqında mif – insan beyninin ancaq 10%-nin (başqa mənbələrdə hətta 2%, 7%, 5% və s.) iddia edən mif. Çox vaxt Albert Eynşteynə aid edilir. Hətta o fikir də var ki, insan öz beynini hansısa yollar vasitəsi ilə 10%-dan artıq işlədə bilər. İntellekt həqiqətəndə fərqli məşqlər ilə inkişaf etdirmək olar, lakin "insanlar ancaq beynin 10%-ni işlədir" fikri yanlışdır. Müasir araşdırmalar nəticəsində məlum olub ki, beynin hər bir hissəsi bir vəzifə yerinə yetirir və insan beyninin elə bir hissəsi tapılmıyıb ki, o işləməsin. Maqnit rezonans tomoqrafiyası və pozitron-emission araşdırmalar nəticəsində təyin olmuşdur ki, hətta yuxu zamanında belə insan beyninin bütün hissələri müəyyən səviyyədə aktiv olur. == Tarixi == Bu əfsanənin mənşəyi Vilyam Ceymsin və Boris Sidisin işləri ola bilər. Onlar 1890-cı ildə uşağın sürətli inkişafı haqqında nəzəriyyəno Uilyam Jeyms üzərində test edirdilər və İQ nəticələr rekord səviyəyə çatdı – 250-300. Vilyam Ceyms özü bəyanət verirdi ki, insanlar öz beyninlərin tam işlətmirlər. 1936-cı ildə Deyl Karneqinin “Dostları necə qazanmaq və insanlara necə təsir etmək” kitabının başlığında amerikan yazıçı Louell Tomas yazmışdır ki, Professor Vilyam Ceyms deyir ki, insanlar beyinlərinin ancaq 10%-ni işlədir.
İnsan beyninin ancaq 10%-nin işlənməsi haqqında mif