Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Birrəng ağ şam
Birrəng ağ şam (lat. Abies concolor) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin ağ şam cinsinə aid bitki növü. ABŞ-nin cənub-qərbi və Şimali Meksika dağlarında, dəniz səviyyəsindən 2000–3000 m-ə qədər hündürlükdə kölgəli yamaclarda və çayların kənarında bitir. 350 ilə qədər yaşayır. Hündürlüyü 40 (60) m-ə çatan, gövdəsinin diametri 1,8 m-ə qədər, konusvarı, sıx çətirli ağacdır. Yaşlandıqda çətiri a.ağıya doğru əyilir. Gövdəsinin qabığı boz, qalın və hamardır. İynəyarpaqları hər tərəfdən göyümtül-yaşıl, üstü orta damarcığın ətrafında 6-8 ağızcıq xətli, alt tərəfi kilin hər tərəfindən 5-8 ağızcıq xətlidir. Tumurcuqların diametri 3–5 mm-dir. Toxum qabıqları əsasən pazşəkillidir.
Ahəng qanunu
Ahəng qanunu — qalın və ya incə saitlərin bir-birini izləməsi. Ahəng qanunu çox sayda Aqqlütinativ dillərində müşahidə olunur. == Nümunələr == === Türk dilləri === Ahəng qanunu bütün türk dillərinin əsas qanunudur. Bəzən bu qanunu türk dillərinin "dəmir qanunu" adlandırırlar. Bu qanuna görə sözün ilk hecası incə saitlidirsə, sonrakı saitlər də incə, qalın saitlidirsə, sonrakı saitlər də qalın sait olmalıdır. Ahəng qanunu fonetikanın mövzusu olduğu kimi, həm də morfoloji xüsusiyyət daşıyır. Hər hansısa bir sözə şəkilçi qoşulduqda həmin sözün son hecasına uyğun olaraq qoşulur; sözün son şəkilçisi incə saitlidirsə, ona uyğun olaraq incə (köynək-dən²) saitli, son şəkilçi qalın saitlidirsə, uyğun olaraq qalın (yağmur-dan²) saitli şəkilçi əlavə edilir. Yəni sözə şəkilçi əlavə edildikdə mütləq son saitin ahəngi qorunmalıdır. (İstisna olaraq bir cür yazılan şəkilçilərimiz bəzən ahəng qanununa tabe olmaya bilər, məsələn; xalam-gil, vətən-daş, dəftər-xana). Bu xüsusiyyətinə görə ahəng qanunu həmçinin morfonoloji hadisə də adlanır.
Kəbudər Ahəng
Kəbudər Ahəng və ya Göyrəng — İranın Həmədan ostanında yerləşən şəhər, Kəbudər Ahəng şəhristanının inzibati mərkəzi. Əhalisi Azərbaycan türklərindən, əslən Qaragözlü oymağının Hacılar tayfasındandır və azərbaycan dilində danışırlar.2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 19216 nəfər və ya 4940 ailədən ibarət idi.
Kəbudər Ahəng şəhristanı
Kəbudərahəng (Göyrəng) şəhristanı — İranın Həmədan ostanında şəhristanlarından. Paytaxtı Kəbudər Ahəng şəhəridir. == Əhali == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 137,919 nəfər və 32,178 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar. Azərbaycan dilində ki adı "Kəvrəng"dir ki, su axınları deməkdir.
Jerom Boatenq
Jerom Boatenq (alm. Jérôme Boateng‎; 3 sentyabr 1988, Qərbi Berlin, Berlin) — qana mənşəli alman futbolçusu, Bayern Münhen FK və Almaniya milli futbol komandasının müdafiəçisi. 2010 Dünya çempionatının bürünc medalçısı, 2014 Dünya çempionu. == Həyatı == Jerom Boatenq 1988-ci ildə Qərbi Berlində anadan olmuşdur. Atası mənşəcə qanalı, anası isə yerli "Herta" klubunun fanatı olan almandır və atasının qardaşı öz dövründə Qana milli futbol komandasında oynamışdır.
Bismark Acey-Boatenq
Bismark Acey-Boatenq (ing. Bismark Adjei-Boateng; 10 may 1994, Akkra) — Qana futbolçusu, futbol üzrə Rumıniya çempionatında çıxış edən "ÇFR Kluj"un yarımmüdafiəçisi. == Klub karyerası == Bismark Ajey-Boatenq "Arzu etmək hüququ" adlı Afrika futbol akademiyasının məzunudur. O, akademiyanı bitirdikdən sonra onu İngiltərənin "Mançester Siti" komandasına transfer olunmuş, lakin dərhal Norveçin "Strömsqodset" klubuna icarəyə göndərilmişdir. Ajey-Boatenq 12 avqust 2012-ci ildə komandanın heyətində ilk oyununu keçirmiş, "Tromso" klubu ilə matçda ikinci hissənin sonunda meydana daxil olmuşdur. 16 may 2013-cü ildə "Soqndal" klubu ilə matçda komanda üçün ilk qolunu etmiş və həmin oyunda "dubl" etmişdir.O, 2019-cu ilin dekabr ayında Finlandiya çempionatının "KuPS" klubu ilə bir illik müqavilə imzalamışdır. == Nailiyyətlər == StrömsqodsetFutbol üzrə Norveç çempionatı: 2013 == İstinadlar == == Xarici keçidlər == Soccerway.com saytında profili (ing.) Bismark Acey-Boatenq — transfermarkt.com saytında.