Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bipolyar pozuntu
Bipolyar pozuntu — (bipolyar — bi — latınca iki, polyar-qütblü deməkdir.) Emosiyaların iki əks qütblü dəyişiklikləri ilə səciyyələnən xəstəlikdir. Ümumiyyətlə, əhvali-ruhiyyənin dəyişməsi sağlam insan üçün də təbii hesab olunur. Bipolyar pozuntudan əziyyət çəkən insanlarda emosional dəyişikliklər özünü çox güclü şəkildə büruzə verir və maniakal, yaxud depressiv vəziyyətlərə çatır (əvvəllər bu xəstəliyi "maniakal-depressiv pozuntu" adlandırırdılar). Bir qayda olaraq, bipolyar pozuntu zamanı insan emosiyalarının "kənar qütblərində" uzun müddət (həftlələrlə və ya aylarla) qalır. Bipolyar pozuntu insanın əhval-ruhiyyəsinə, enerji səviyyəsinə və gündəlik funksiyalarına təsir edən ciddi bir psixi pozuntu vəziyyətidir. Bu pozuntu maniya (yüksək əhval-ruhiyyə və enerjinin çox olduğu dövrlər) və depressiya (aşağı əhval-ruhiyyə və enerjinin az olduğu dövrlər) epizodları ilə xarakterizə olunur. Bipolyar pozuntunun iki əsas növü vardır: Bipolyar I və Bipolyar II. Bipolyar I pozuntusunda maniya epizodları daha şiddətli və uzunmüddətli olur. Bipolyar II pozuntusunda isə daha yüngül maniya epizodları (hipomaniya) və daha ciddi depressiya epizodları baş verir. Bu pozuntu müalicə edilə bilər və müalicə ilə insanların əhval-ruhiyyə dəyişikliklərini idarə etmələrinə və daha normal bir həyat sürmələrinə kömək edilə bilər. Statistik məlumatlara əsasən, bipolyar pozuntu ilə xəstələnmək riski 1–1,5% təşkil edir.
Bilyar burnu
Bilyar burnu (bolq. нос Биляр, ‘Nos Bilyar’ \'nos bi-'lyar\) — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının Barkley körfəzi sahillərindən 350 m şimal-qərbdə yerləşən burundur. Burun buzlaqlardan azaddır. Burun Bolqarıstannda yerləşən, 12-13-cü əsrdə İdil bulqarlarının paytaxtı olan Bilyar şəhərinin adını daşıyır. == Yerləşməsi == Burun Rove burnundan 3 km cənub-qərbdə, Leyr burnundan 4.5 km şimal-şərqdə, Nedelya burnundan 1.7 km şimal-şərqdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005.
Qızılyar
Qızılyar (rus. Кизля́р, qum. Qızıl-yar / Къызыл-яр) — Dağıstanın qərbində yerləşən şəhər. Şəhər əhalisinin sayı 50 mindir. Qızılyar şəhəri Qızılyar rayonunun mərkəzidir. Çeçenistanla sərhəddə yerləşir. Şəhərdə şərabçılıq yüksək şəkildə inkişaf etmişdir.
Qızılyar (Arxangel)
Qızılyar (başq. Ҡыҙылъяр, rus. Кызылярово) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Abzan kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 19 km, kənd sovetliyindən (Abzan): 3 km. ən yaxın dəmiryol stansiyasından (Rriural stansiyası): 28 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (93%) üstünlük təşkil edir.
Qızılyar (dəqiqləşdirmə)
Qızılyar (Qızlar, Kizlyar) şəhəri — Dağıstanın qərbində yerləşən şəhər. Qızılyar rayonu — Dağıstanın rayonlarından biri. Qızılyar körfəzi — Dağıstanın Xəzər dənizindəki şimal sahillərində yerləşən körfəz (dənizin qərbində yerləşir). Qızılyar (Arxangel) — Başqırdıstanın Arxangel rayonunda yerləşən kənd. Yeni Qızılyar (Arxangel) — Başqırdıstanın Arxangel rayonunda yerləşən kənd. Qızıljar — Qazaxıstanın Şimali Qazaxıstan vilayətindəki Petropavlovsk (qaz. Petropavl) şəhərinin qazaxca adlarından biri; həmçinin Qazaxıstanın bir neçə bölgəsindəki kəndlərin adı.
Qızılyar körfəzi
Qızılyar körfəzi — Xəzər dənizinin qərbində yerləşən körfəz. Materikin daxilinə 20 km daxil olmuşdur. Çıxacaq hissədə eni 40 km-dir. Dərinliyi 4 metrdir. Körfəzə Kuma, Prorva, Lebıy Bakon, Talovka çayları axır. Akvatoriyasında Morskoy Biryuçok adası yerləşir. Sahilləri dayaz və bəzi yerlərdə isə bataqlıqlaşmışdır. Körfəzin ərazisində onun bütün ərazisini əhatə edən Dağıstan qoruğu yaradılmışdır. Körfəzin dayaz yerlərində qamış, adi qamış kimi bitkilər yayılıb. Nadir bitkilərdən adi qılıncotu və salviniya kimi bitkiləri göstərmək olar.
Qızılyar rayonu
Qızılyar rayonu — Rusiya Federasiyasının Dağıstan Respublikasının rayonlarından biri. İnzibati mərkəzi Qızılyar şəhəridir (şəhər rayon ərazisindən müstəqil şəkildə idarə edilir və rayonun ümumi ərazisinə daxil deyildir). Rayonun ərazisi 3,116 kvadrat kilometrdir. 2002-ci ildə aparılmış siayahıya almaya əsasən Qızılyar rayonunun əhalisi (Qızılyar şəhərinin əhalisi sayılmadan) 57,748 nəfər, 2010-cu ilin siyahıyaalmasına əsasən isə 67,287 nəfərdir.
Qızılyar (Şimali Osetiya)
Qızılyar (Oset. Хъызлар, qum.Гючюк-юрт, , Бекиш-юрт, Къызлар) kəndi Şimali Osetiyanın Respublikasının Mozdok bölgəsində yerləşir. Bələdiyyənin inzibati mərkəzi " Qızılyar qəsəbəsi"dir. Kənd Mozdok rayonunun mərkəzi hissəsində, Terek çayının sağ (yüksəklikdə) sahilində yerləşir. Regional Mozdok şəhərindən 14 km cənub-qərbdə və Vladiqafqazdan 102 km şimalda yerləşir. P262 Stavropol-Kraynovka avtomobil yolu kənddən keçir. Kənd yaşayış məntəqəsinin ərazisi, Qızılyar kəndinin tarixən formalaşmış torpaqları, ümumi torpaqlara bitişik ərazilər, qəsəbə əhalisinin ənənəvi təbiət istifadəsi əraziləri, rekreasiya torpaqları, mülkiyyət formasından və məqsədindən asılı olmayaraq qəsəbənin inkişafı üçün torpaqlar və digər torpaqlardır. Kənd qəsəbəsinin torpaqları şimalda Terek çayı və cənubda Nadtereçni kanalı ilə məhdudlaşır. Qəsəbələrin torpaqları ilə həmsərhəddir: qərbdə Razdolnaya, şimal-şərqdə Lukovskaya, şərqdə Kiyev, cənubda Predqornoye və Kiçik Malqobek. Ərazisi əsasən yüksəkdi.
Yeni Qızılyar (Arxangel)
Yeni Qızılyar (başq. Яңы Ҡыҙылъяр, rus. Новокызылярово) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Lipov kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 26 km, kənd sovetliyindən (Blaqoveşenka): 3 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 28 km. Kənd ərazisindən İnzer çayı axır.