Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Suzanna Bianco
Suzanna Bianco (15 mart 1973; San-Xose, ABŞ) — Birləşmiş Ştatları təmsil edən bədii üzgüçü. Suzanna Bianco Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Suzanna Bianco Olimpiadanın qalibi olub.
Blanko burnu
Blanko burnu və ya Ben-Sekka (Babi-Blanko, Kap-Blan; ərəb. الرأس الأبيض‎) — Afrika materikinin şimal qutaracağında yerləşən burun. Aralıq dənizi sahilində, Tunis ərazisində yerləşir. Bizerta şəhəri yaxınlığında yerləşir.
Corc Blanko
Corc Blanko (19 dekabr 1991, Quadalaxara) — Meksikalı aktyor, müğənni və rəqqas. == Həyatı == 2012-ci ildən bəri fəaliyyət göstərən "Violetta" serialında "Martina Stoessel" ilə birlikdə baş rolu paylaşdığı üçün məşhurluq qazandı.
Elisa Blançi
Elisa Blançi (13 oktyabr 1987, Velletri, Latsio) — İtaliyanı təmsil edən bədii gimnast. Elisa Blançi İtaliyanı 2004 Afina, 2008 Pekin və 2012 London Olimpiadalarında təmsil etdi. == Karyerası == Elisa Blançi 2004-cü ildə İtaliyanın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa Santoni və Laura Vernizzi ilə birgə finalda 49.450 xal topladı və 3-cü yeri tutdu. Elisa Blançi növbəti Olimpiya Oyunlarında 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa Santoni və Anjelika Savrayuk ilə birgə finalda 34.425 xal topladı və fəxri 4-cü yeri tutdu. Dörd il sonra Böyük Britaniyanın London şəhərində baş tutan Olimpiya Oyunlarında Elisa Blançi qrup yarışlarında komanda yoldaşları Romina Laurito, Marta Pacnini, Elisa Santoni, Anjelika Savrayuk və Andreyea Stefanesku ilə birgə gümüş medal qazandı.
Valeriya Biançi
Valeriya Biançi (d. 16 sentyabr 1985; Buenos-Ayres, Argentina) — Argentinanı təmsil edən həndbolçu. Valeriya Biançi Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Dima Bilan
Dima Bilan (rus. Дима Билан; 24 dekabr 1981, Cökətəy Ayağı, Stavropol diyarı) — Rusiyalı müğənni. == Həyatı == Dima Bilan 24 dekabr 1981-ci ildə Qaraçay-Çərkəzdə anadan olmuşdur. 2 yaşında olanda ailəsi ilə birlikdə Tatarıstana, 6 yaşında olanda isə Kabardi-Balkariyaya köçmüşdürlər. Məktəbə də orada getmişdir. Məktəbdə şeirlər yazmış və mahnılar oxumuşdur. Gnesins Musical College-den məzun olmuşdur. 2008-ci ildə hamının onu tanıdığı ismi, yəni Dima Bilanı gerçək adı olaraq dəyiştirdi. == Albomları == 2003-cü ildə Dima Bilan ilk albomunu çıxartdı. Albomun adı "Ya noçnoy xuliqan" ("Mən gecə avarasıyam") oldu.
Blanko burnu (ABŞ)
Blanko burnu (ing. Cape Blanco) — Sakit okeanın Amerika sahillərində yerləşən burun. İnzibati baxımından Oreqon ştatının Karri dairəsinə daxildir. Alava burnu ilə eyni meridian üzərində yerləşir. Ancaq Alava burnu sahillərinin güclü şəkildə erroziyaya məruz qalmasına görə Blanko burnu ABŞ-nin materik hissəsi ən ucqar qərb nöqrəsi hesab edilir. For-Orford şəhərindən 8 km şimaldadır. Eyni adlı şəhər parkı ərazisinə daxildir. Burunda Blanko mayakı fəaliyyət göstərir. Onun haqqında ilk məlumat 1870-ci ilə aiddir. Burunun adı Jül Vernin «Beş yüz milyon Bequn» romanınsa xatırladılır.
Manuel Blanko Enkalada
Manuel Blanko Enkalada (isp. Manuel José Blanco y Calvo de Encalada; 21 aprel 1790, Buenos-Ayres – 5 sentyabr 1876, Santyaqo) — Çilinin ilk prezidenti.
Triennale di Milano
Triennale di Milano — İtaliyanın Milan şəhərindəki Sempione parkında yerləşən incəsənət və dizayn muzeyidir. O, Giovanni Muzio tərəfindən layihələndirilmiş və 1931-1933-cü illər arasında tikilmiş Palazzo dell'Arte-də yerləşir. Muzeyin tikintisi Antonio Bernocchi və onun qardaşları Andrea və Michele tərəfindən maliyyələşdirilib. Beynəlxalq incəsənət və dizayn sərgisi olan Milan Triennali muzeydə 1936-1996-cı illər arasında on üç dəfə və iyirmi illik fasilədən sonra yenidən 2016-cı ildə keçirildi. 2003-cü ildən muzey İtaliya Memarlığına görə üç illik qızıl mükafat təqdim edir. İtalyan dizaynının daimi muzeyi, 2007-ci ildə açılan Triennale Dizayn Muzeyi dizayn, memarlıq və vizual, səhnə və tamaşa sənətlərini nümayiş etdirir. Binada həmçinin Muzio tərəfindən dizayn edilmiş Teatro del Arte teatrı da var. 2019-cu ildə XXII Triennial "Sınıq Təbiət" adı altında insanlar və təbiət arasındakı əlaqəni araşdıran dizayn yanaşmalarına diqqət yetirərək keçirildi.
Söyüdlü bilan məhəlləsi
Söyüdlü bilan məhəlləsi - Naxçıvan şəhərində qədim məhəllə adlarından biri. Məhəllə adı XIX əsrin sonlarına qə­dər əhali arasında işlədilmiş və tədricən unudularaq yaddaşlara köçmüşdür. Əhalinin dediyinə görə Bazarçaydan çəkilən arx məhəllədən keçdiyi və arx ətrafında söyüd ağacları əkildiyinə görə bura “Söyüdlü arx” da deyilmişdir. Mənbələrin məluma­tına görə 1899-cu ildə böyük rus şairi A.S.Puşkinin anadan olmasının 100 illiyi münasibətilə Söyüdlü bilan küçəsinə onun adı verilmişdir. Küçə 1990-cı il hadisələrinə qədər A.S.Puşkinin adını daşımış, sonra küçənin bir hissəsinə İdris Məmmədov, digər hissəsinə isə Məhəmməd Əmin Rəsulzadənin adı verilmişdir. 1993-cü ildə küçənin M. Rəsulzadə adlanan hissəsi İstiqlal adı ilə əvəzlənmişdir. Tədqiqatçıların yazdığına görə toponimin bilan hissəsi ’’ruscadakı plan sözünün təhrif olunmuş forması olub, “düz küçə” mənasında işlənir. Naxçıvanda indiki Puşkin küçəsinə Bilan deyərdilər - “Gəlin gedək bilana gəzməyə”. Toponimin mənasını “küçədəki söyüd ağaclarının çoxluğu ilə əlaqələndirirlər". Məhəllə adının bilan komponenti qədim türk dillərində “məhəllə”, “dəhliz”, “küçə” mənasında işlənən balan//palan sözü ilə bağlıdır.
Believe (Dima Bilan mahnısı)
Believe — Rusiyani 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnıdır. 2008 Avroviziya Mahnı Müsabiqəsində ifa etdiyi "Believe" ("İnan") mahnısı ilə 26 yaşlı Dima Bilan Avroviziya Mahnı Müsabiqəsində 272 xal toplayaraq qalib gəldı.
Binance
Binance — müxtəlif kriptovalyutaların alqı-satqısını təmin edən kriptovalyuta birjası. 2018-ci il yanvar ayından etibarən Binance əməliyyat həcminə görə dünyanın ən böyük kriptovalyuta birjasıdır. Binance daha əvvəl high frequency tranding proqramı hazırlayan proqamçı Çanqpinq Zao tərəfindən quruldu. Şirkət başlanğıcda Çində yerləşirdi. Amma daha sonra Çinin kriptovalyutaya qoyduğu qanunların artması səbəbi ilə Çindən ayrılaraq Maltaya köçdü. == Tarixi == CEO Çanpen Zao 2005-ci ildə Şanxayda Fusion Systems-i qurmuşdu; şirkət komissiyaçılar üçün high-frequency trading sistemlərini qururdu. 2013-cü ildə kriptovalyuta pul qabı komandasının üçüncü üzvü olaraq Blockchain.info-ya qatıldı. Həmçinin fiat pulu və digital mülklər arasında spot ticarət platformu olan OKCoin-də bir ildən qısa müddətdə CTO olaraq işlədi. Şirkət Çində qoruldu. Amma 2017 sentyabr ayında Çin hökumətinin kriptovalyuta ticarətinə qoyduğu qadağadan əvvəl serverlərini və baş ofisini Çindən Yapnoiyaya köçürdü.
Juniperus blancoi
Juniperus blancoi (lat. Juniperus blancoi) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Vitis blancoi
Vitis blancoi (lat. Vitis blancoi) — üzümkimilər fəsiləsinin üzüm cinsinə aid bitki növü.
Zingiber blancoi
Zerumbet zəncəfili (lat. Zingiber zerumbet) - zəncəfil cinsinə aid bitki növü. Amomum silvestre Poir. Amomum spurium (J.Koenig) J.F.Gmel. Amomum sylvestre Lam. [Illegitimate] Amomum zerumbet L. Cardamomum spurium (J.Koenig) Kuntze Dieterichia lampujang Giseke Dieterichia lampuyang Giseke Dieterichia major Raeusch. Dieterichia minor Raeusch. Dieterichia spuria (J.Koenig) Giseke Zerumbet zingiber T.Lestib. Zingiber amaricans Blume Zingiber aromaticum Valeton Zingiber blancoi Hassk. Zingiber darceyi H.J.Veitch Zingiber littorale (Valeton) Valeton Zingiber ovoideum Blume Zingiber spurium J.Koenig Zingiber sylvestre Garsault [Invalid] Zingiber truncatum Stokes Zingiber zerumbet var.
Piper blancoi
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.
Callicarpa blancoi
Callicarpa pedunculata (lat. Callicarpa pedunculata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin callicarpa cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Callicarpa pedunculata var.
Blanc boğazı
Blanc boğazı (ing. Lengo Channel) — Solomon adalarının Qərb vilayyəti ərazisinə daxildir. Yeni Georgiya aid olan Şimaldan Vangunu və cənubdan isə Rendova və Teterpare adaları arasında yerləşir. Solomon dənizi akvatoriyasına aiddir.
Le Mont-Blanc (1791)
Monblan (fr. Le Mont-Blanc), əvvəl Pirr sonralar ing. HMS Mont-Blanc (1805) - “Əlahəzrətin gəmisi Monblan” — Trafalqar döyüşündə iştirak etmiş 74 toplu fransız III ranq xətt gəmisi. Monblan Pirr adı ilə Roşfor tərsanəsində 1791-ci ildə tikilmişdir. Üç dövr görmüş gəmi kral dönəmində Roma inperatorunun şərəfinə “Pirr”, Fransa inqilabından sonra “Le Mont-Blanc”, Trafalqar döyüşündə əsir götürüldükdən sonra isə “HMS Mont-Blanc” adlandırılmışdır. Gəmi 1811-dən barıt hulku kimi istifadə edilmişdir, və 1819-cu ildə satılmışdır.