Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bildirçin
Bildirçin (lat. Coturnix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi. Azərbaycanın dağlıq rayonlarında rast gəlinir.
Adi bildirçin
Adi bildirçin (lat. Coturnix coturnix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin bildirçin cinsinə aid heyvan növü. == Xarici görünüşü == Bədəninin uzunluğu 16-20 sm, kütləsi 80-145 q-a çatır. Gözləri açıq kürən-qonur rəngdə, dimdiyi boz-çəhrayı, ayaqları kürənvarı və ya açıq sarıdır. Üstdən bildirçin paslı-sarı köndələn və uzununa zolaqlı, qonur rəngdədir. Başının rəngi belinə nisbətən daha tünddür. Boğazı paslı-qonur, çinədanı paslı-sarıdır. Gözlərinin üstündən parlaq sarı-qonur, ağzının künclərindən isə kürənvarı zolaq keçir. Rəngində cinsi demorfizm zəif ifadə olunmuşdur.Erkəklərdə qara-qonur xalta vardır. == Çoxalması == Poliqamdır, erkək istənilən dişi ilə cütləşir.
Bildiriş (qəzet)
Bildiriş qəzeti (türk. Bildiriş gazetesi) - Türkiyədə yaşayan azərbaycanlı mühacirlərin 1930-1931-cü illərdə nəşr etdiyi ilk həftəlik siyasi və sosial-ictimai qəzet. 1930-cu ilin 7 avqustunda nəşrə başlayan qəzetin ilk sayının imtiyaz sahibi A.Kazımzadə, məsul müdiri Kamal olmuşdur. Lakin qəzetin 45-ci sayından məsul müdir vəzifəsini B. Süleyman, 56-cı saydan etibarən isə Ümumi Nəşriyyat və Yazı İşləri müdirliyi M.B.Məmmədzadə tərəfindən yerinə yetirilmişdir. "Orhaniyyə" mətbəəsində nəşr ediən qəzet 37-ci sayından başlayaraq "Öztürk" mətbəəsində nəşr edilmişdir. Qəzet həftədə bir dəfə cümə axşamı 4 səhifədən ibarət olaraq nəşr olunurdu. Qəzetin son sayı 1931-ci il 10 sentyabr tarixinə aiddir. == Tarixi == Azərbaycan ruslar tərəfindən işğal edildikdən sonra ölkələrini tərk etmək məcburiyyətində qalan Azərbaycan ziyalıları müstəqilliklərini bərpa etmək üçün milli mübarizələrini Azərbaycandan kənarda da davam etdirdilər. Onlar özlərinə mərkəz seçdikləri yerlərdə milli mübarizəni davam etdirməyə çalışırdılar. Bu mərkəzlərin ən əhəmiyyətlilərindən biri də İstanbul idi.
Lal bildirçin
Yapon bildirçini (lat. Coturnix japonica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin bildirçin cinsinə aid heyvan növü. Köçəri quş Mancuriya və Yaponiyanın şimal hissəsində çoxalır. Yaponiyanın cənubunda, Koreya yarımadası və Cənubi Çində qışlayır. Zahirən adi bildirçinə (Coturnix coturnix) bənzəyən yapon bildirçini Yaponiyada XIX əsrin sonu, XX əsrin əvvəllərində əhliləşdirilmişdir və bildirçin fermalarında ən çox olan növdür.
Qırmızı bildiriş (film, 2021)
Red Notice (Qırmızı Bildiriş) — filmi komediya filmi. Rawson Marshall Thurber tərəfindən yazılmış və rejissorluq etdiyi Amerika komediya filmidir. Filmdə baş rolları Dueyn Conson, Rayan Reynolds və Qal Qadot canlandırıb. Bu, Mərkəzi Kəşfiyyat (2016) və Göydələndən (2018) sonra Johnson və Thurber arasında üçüncü əməkdaşlıqdır. Əvvəlcə Universal Pictures tərəfindən buraxılan Netflix, 12 noyabr 2021-ci ildə platformada debüt etməzdən əvvəl 8 iyul 2019-cu ildə filmin 5 noyabr 2021-ci ildə məhdud buraxılışı ilə yayımlanma hüququnu əldə etdi. İki min il əvvəl Markus Antonius Kleopatraya sədaqətini simvolizə edən toy hədiyyəsi olaraq üç daş-qaşlı yumurta hədiyyə edir.1907-ci ildə bir fermer tərəfindən 2 yumurta tapılana qədər yumurtalar zaman keçdikcə itirilir.
Baldırlı (Urmiya)
Baldırlı (fars. بالدرلو‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.Bu kənd Urmiya şəhərindən 15 kilometr şərqdə və Urmiya gölündən 3 kilometr qərbdə yerləşib. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 404 nəfər yaşayır (111 ailə). İranın sonuncu verdiyi məlumatlıarda kənd əhalisi 513 nəfərdir. Kənd monoetnik azərbaycanlı olan kənddir. Kənddə əsasən alma və üzüm yetişdirilir.