Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bitdili
Yeniabad (əvvəlki adı: Bitdili) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kənd əhalisi 1789 nəfərdir ki, onunda 897 nəfəri kişi, 892 nəfəri isə qadınlar təşkil edir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir. == İstinadlar == == Xarici keçidlər == CIRTDANLARIN tarixi: FIRILDAQ necə dönüb "xalq hərəkatı" oldu.
Tsilin kilsəsi
Müqəddəs Yelisey adına Tsilin kilsəsi (udi Ĭvĕl Yeliseyi s'iyen S'ilin Gergeś) — Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən kilsə. Erməni mənbələrində adı Müqəddəs Tanrının Anası Kilsəsi (erm. Սուրբ Աստվածածին եկեղեցի (Surb Astvatsatsin yekeğets’i)) kimi xatırlanır. Kəndin aşağı (udi s'ilin) məhləsində yerləşən kilsəni kəndin yuxarı (udi bulun) məhləsindəki Bulun kilsəsindən fərqləndirmək üçün yerlilər ona sadəcə Tsilin kilsəsi də deyirlər. == Tarixi == Müasir kilsənin əsası 1866-cı ildə qoyulub, tikinti 1869-cu ildə bitib. Kilsə həmin il keşiş Aristakes tərəfindən təqdis edilib və istifadəyə açılıb. Tikintiyə maliyyə yardımı edənlər arasında Qalust Yüzbaşı və Xaçatur Yeğiazaryan adlı udi donorların adları çəkilir. == Arxitekturası == İki mərtəbəli sakristiya və yarımdairəvi tağları olan Silin kilsəsinin uzunluğu 20.52, eni isə 11.56 metrdir. O, Müqəddəs Yelisey kilsəsinin arxitektural kompozisiya xüsusiyyətlərini bölüşür. Birincinin tağlı örtüyü iki cüt xaçşəkilli sütunla dəstəklənir.