Müqəddəs Yelisey adına Tsilin kilsəsi (udi Ĭvĕl Yeliseyi s'iyen S'ilin Gergeś) — Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən kilsə. Erməni mənbələrində adı Müqəddəs Tanrının Anası Kilsəsi (erm. Սուրբ Աստվածածին եկեղեցի (Surb Astvatsatsin yekeğets’i)) kimi xatırlanır. Kəndin aşağı (udi s'ilin) məhləsində yerləşən kilsəni kəndin yuxarı (udi bulun) məhləsindəki Bulun kilsəsindən fərqləndirmək üçün yerlilər ona sadəcə Tsilin kilsəsi də deyirlər.
Qriqoryan ortodoks | |
Tsilin kilsəsi | |
---|---|
udi Ĭvĕl Yeliseyi s'iyen S'ilin Gergeś | |
Din | |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Qəsəbə | Nic |
Rayon | Qəbələ rayonu |
Memarlıq | |
İnşa tarixi | 1866 – 1869 |
Tikdirəni | Qalust yüzbaşı |
Eni | 11.56 |
Uzunluğu | 20.52 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Müasir kilsənin əsası 1866-cı ildə qoyulub, tikinti 1869-cu ildə bitib. Kilsə həmin il keşiş Aristakes tərəfindən təqdis edilib və istifadəyə açılıb.[1] Tikintiyə maliyyə yardımı edənlər arasında Qalust Yüzbaşı və Xaçatur Yeğiazaryan adlı udi donorların adları çəkilir.
İki mərtəbəli sakristiya və yarımdairəvi tağları olan Silin kilsəsinin uzunluğu 20.52, eni isə 11.56 metrdir. O, Müqəddəs Yelisey kilsəsinin arxitektural kompozisiya xüsusiyyətlərini bölüşür. Birincinin tağlı örtüyü iki cüt xaçşəkilli sütunla dəstəklənir. Müqəddəs Yelisey kilsəsi ilə müqayisədə onun şimal fasadına açılan daha bir pəncərəsi var. Cənub fasadında günəş saatı olan kilsə incə işlənmiş daş və məhluldan hərtərəfli tikilmişdir. Altı sütuna söykənən altıbucaqlı kiçik sütunlar ilə bitən zəng qülləsi qərb frontonunun üstündə ucalır.[2] 5 altar pilləkəni var.
Kilsənin həyətində Nic 5 saylı tam orta məktəbi yerləşir.[3] Məktəb 1875-ci ildə açılıb. Məktəbin ilk müəllimi keşiş Sargis Xamoyants olub.[2]
Kilsənin şərq girişində müxtəlif yazılar mövcuddur:
Şəkil | Orijinal | Tərcüməsi |
---|---|---|
ՌՍՏԱԿԵՍԵԱՆՑ ՅԻՇԱՏԱԿ ԿԵ
ՆԴԱՆԵԱՑ ԵԻ ՆՆՋԵՑԵԼՈՑ ԻՒՐԵԱՆՑ ՀԻՄՆԵՑԱՒ Ի ԹՎԻՆ ՀԱՅՈՑ ՌՅԺԵ, ԱԻԱՐՏԵՑԱՒ ՌՅԺԸ |
Rştakesyanlar ailəsindən uyuyanların və yaşayanların xatirəsinə, bu kilsənin 1315-ci ildə (1866) əsası qoyulmuş və 1318-ci ildə (1869) bitirilmişdir. | |
ԵՂԻԱԶԱՐԵԱՆ
ԽԱՉԱՏՈՒՐ ԻՇԽԱՆՆ ՈՒՏԻ ՑԵՐԿԱՆՑ ԻՒՐ Ի ՇԻՆՈՒԹԻ(Ւ)Ն ՏԱՃԱՐԻՍ ԵՏ ՀԻՆԳ ՀԱՐԻՒՐ ՌՈՒԲԼԻՍ |
Udi işxanı Yeğiazaryan Xaçatur məbədin tikintisinə 500 rubl ianə etdi. | |
ԿԱՌՈՒՑԱՒ ՍԲ ԵԿԵՂԵՑԻՍ
ԱԾ ԱՐԴԵԱՄԲՔ ՆԻԺԵՑԻ ԳԱ ԼՈՒՍՏ, ԽԱՉԱՏՈՒՐ, ՅԱՐՈՒԹԻ ՒՆ ԵՒ ՀԱՄԲԱՐՁՈՒՄ, ՉՈՐ ԻՑ ՀԱՐԱԶԱՏ ԵՂԲԱՐՑ, ՌՊՀ |
Müqəddəs Tanrının Anası kilsəsi Nicli qardaşlar Qalust, Xaçatur, Harutyun və Ambartsum adlı 4 qardaş tərəfindən 1870-ci ildə tikilib. |
Plasterdən aşağı hissədə "Allah Ata", dörd həvari və s. təmsil edən bir sıra freskalar salamat qalmışdır.[2]