Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bizquyruq ördək
Bizquyruq ördək (lat. Anas acuta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin çay ördəyi cinsinə aid heyvan növü.
Uşaq bizquyruğu
Uşaq bizquyruğu (lat. Enterobius vermicularis) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Uşaq bizquyruğu uzunluğu 5–10 mm olan çox balaca qurddur. Erkəyin arxa tərəfi spiralvari burulmuş, dişilərdə isə biz kimi uzun və sivridir.. Dişi qurdların uzunluğu 9–12 mm, erkəklərin 2–5 mm çatır. == Həyat tərzi == Parazit həyat tərzi keçirir. Bizquyruq insanın nazik və yoğun bağırsağında yaşayır. Çox vaxt uşaqlarda rast gəlinir. Mayalanmış dişilər anal dəliyinə tərəf enir, burada uzun müddət yaşayır və şiddətli qaşınma əmələ gətirir. Yumurtalar anal dəliyinə yaxın dəri üzərinə qoyulur..Bizquyruqlar yoluxmuş adamın əsasən nazik bağırsağının aşağı hissəsində və yoğun bağırsaqda yaşayırlar.
Beşquyruq qırğı
Beşquyruq qırğı (lat. Accipiter trinotatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Tilquyruq iquanlar
Tilquyruq iquanlar (lat. Tropiduridae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Qılquyruq
Qılquyruq (lat. Melanitta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Qara qılquyruq
Qara qılquyruq (lat. Melanitta nigra) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qılquyruq cinsinə aid heyvan növü.
Qılquyruq bağrıqara
Qılquyruq bağrıqara (lat. Pterocles alchata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bağrıqarakimilər dəstəsinin bağrıqaralar fəsiləsinin bağrıqara cinsinə aid heyvan növü.
Qılquyruq ördək
Adi qılquyruq
Adi qılquyruq (lat. Melanitta fusca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qılquyruq cinsinə aid heyvan növü. == Təsviri == İri dəniz ördəyidir.Erkəklərdə bədəninin ümumi rəngi qaradır, gözünün üstündə və qanadın üzərində ağ ləkə vardır. Dişilərinin rəngi tünd qəhvəyidir. == Yayılması == Skandinaviyadan (Norveç və İsveç) Finlandiyaya və Estoniyaya qədər, eləcə də qərbi Sibirdən Yenisey çayına qədər yuvalayır. Qərbi Avropanın sahil zonalarında qışlayır, əsasən Baltik dənizdə. Azərbaycanda nadir qeydə alınan qışlayan və köçəri növdür. Ədəbiyyat məlumatlarına əsasən Abşeron sahillərində, adalarda, Qızılağac körfəzində və Ağgöl ərazisində müşahidə olunmuşdur. == Yaşayış yeri və həyat tərzi == Sahilə yaxın dəniz sularında, sirin sulu göllər və çaylarda yuvalayır. Yuvasına sahilə yaxın torpağın üzərində, ot və kolların arasında qurur.
Donqarburun qılquyruq
Donqarburun qılquyruq (lat. Melanitta deglandi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qılquyruq cinsinə aid heyvan növü.