Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bobsley
Bobsley(ing.bobsleigh) — sükanı və əyləci olan metal kirşə ilə dağdan sürətlə sürüşmə. Bobsley yarışları xüsusi düzəldilmiş navalça formalı, dolanbac qarlı dağ yolunda (1500-2000 m məsafədə, 5-8 virajdan ibarət buzlu yolda) keçirilir. Eniş vaxtı kirşənin sürəti saatda 100 km-ə çatır. Kirşələr 2 və 4 yerli olur. Bobsley idman növü kimi İsveçrədə yaranmış( XIX əsr) sonralar başqa ölkələrə yayılmışdır. 1924-cü ildən Olimpiya oyunları proqramına daxildir. Beynəlxalq Bobsley və Toboqan Federasiyası (FİBT) 1923-cü ildə yaradılmışdır.
Bosoley (Fransa)
Bosoley (fr. Beausoleil) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Bosoley kantonu . Kommunanın sahəsi — 2,79 km², əhalisi — 13 416 nəfərdir (2006) artım tendensiyası ilə: 13 272 nəfər (2012), əhalinin sıxlığı 4757,0 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 13 742 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 13272 nəfər.
Borley Rektorluğu
Borley Rektorluğu - Şərqi İngiltərənin Esseks əyalətinin Borley şəhərində yerləşən və İngiltərənin ən lənətlənmiş evi kimi təsvir edilmiş məşhur ev. 1862-ci ildə Borley kilsəsinin inzibati binası kimi tikilmiş və 1939-cu ildə baş vermiş yanğından sonra 1944-cü ildə sökülmüşdür. Qotik üslublu binanın tikildiyi gündən etibarən lənətləndiyi iddia edilmişdir. 1929-cu ildə Daily Mirror qəzetində sözügedən binada paranormal fəaliyyətlərin baş verməsi ilə bağlı xəbərlər dərc edilmişdir. Harri Pris adlı parapsixoloq Borley rektorluğu binasının ingiltərədə məşhurlaşmasında xüsusi xidmətləri olmuşdur.