Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bohemian Rhapsody
Bohemian Rhapsody Queen qrupunun A Night at the Opera albomundan olan ən məşhur mahnısıdır. "Bohemian Rhapsody" Freddie Mercury tərəfindən sözlərini yazdığı rok-opera növündə Queen mahnısıdır. Bu mahnı 1975-ci ildə çıxmış "A Night At The Opera" albomunda yer alır. Altı hissəyə ayrılmış mahnı adi rok musiqisindən daha mükəmməl, fərqli quruluşdadır. Opera və Heavy metalın sintezi ilə bu mahnı digərlərindən fərqlənir. Mahnı giriş, ballada, solo gitara, opera, rock və bitiş hissəsinə malikdir. Mahnı 5 dəqiqə 56 saniyə olmasına baxmayaraq çox böyük bir uğur əldə etmişdir. Mahnının bu uzunluqda olması onun uğur qazana bilməyəcəyi fikirlərinə gəlirdi lakin ilk dəfə mahnı radiolarda səsləndi və böyük bir ticari uğur qazandı. Queen qrupu mahnıya klip çəkdilər və klipin uğurlu alınması qrupun sonra ki fəaliyyətinə böyük təsir göstərmişdir. 1977-ci ildə bu mahnı 25 ilin ən uğurlu mahnısı seçilmiş,2000-ci ildə isə İngilis televiziya kanalı Channel 4 tərəfindən keçirilən səs vermədə 100 mahnı arasında John Lennon un İmagine mahnısından sonra ikinci yeri qazanmışdır.
Bohemiya
Bohemiya — tarixi ərazi.
Bohemiya (krallıq)
Bohemiya — Çexiyada vilayət, qədim krallıq. == Tarixi == Eramızın IV əsrində, hələ çex xalqının təşəkkül tapmadığı bir dövrdə Asiyadan gəlmiş köçəri hunların qədim çex torpağı olan Bohemiyaya yürüşü bu mənada mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, hunlar öz yürüşü ilə bütün Avropanın xəritəsini dəyişdirmişlər. A. N. Veselovskiyə görə, bütün tarix "Vermittelung der Gegensatze" ("qarşıdurma vasitəsidir"), çünki daim mübarizə şəraitində keçmişdir. Bəzi araşdırmalara görə, IV əsrin axırlarında Şərqi Avropa çöllərindəki hunların etnik tərkibi əsasən dil baxımdan bir-birinə yaxın olan iki müxtəlif qrupdan – protobulqar və qədim türk tayfalarından ibarət olmuşdur. Hunlar 374-cü ildən başlayaraq 469-cu ilə qədər Avropada imperatorluq etmişlər. Məhz həmin dövrə təsadüf edən Xalqların Böyük Köçü də birbaşa hunların Avropaya yürüşü ilə bağlıdır. Cənub-Şərqi Avropada hunlar haqqında məlumatlara eramızın I minilliyinin I yarısına aid latın və yunan mənbələrində, xüsusən, Klavdi Ptolemeyin, Ammian Marsellinin, Menandrın və Fiofilakt Simokattanın əsərlərində rast gəlinir. Hunların yürüşü Avropanın barbar tayfalarını da hərəkətə gətirdi. Belə ki, bu dövrdə onların hücumu ilə Qara dəniz ətrafı vilayətlərdə hökmranlıq edən ostqotlar və vestqotlar darmadağın edilərək qərbə tərəf çəkilməyə məcbur oldular.
Bohemiya krallığı

Bohemiya şüşəsi
Bohemiya şüşəsi (ing. Bohemian glass) — Şimali və Cənubi Çexiyada geniş yayılmış sənətkarlıq məmulatı. XIV–XV əsrlərdən məlumdur. XVI əsrin sonunda İmperator II Rudolfun saray ustası şüşənin oyma texnikasını kəşf etdikdən sonra Bohemiya şüşəsinin istehsalı sürətlə artdı. XVII əsrin II yarısında, barokko dövründə dərin təraşlama üsulu ilə işlənən Bohemiya şüşəsi Çexiya bülluru adı ilə istehsal olunurdu. XVIII əsrin əvvəllərində Bohemiya ustalarının ornamental və fiqurlu oymalarla naxış vurduğu şüşə məmulatlar Avropanın şüşə istehsalına təsir göstərdi. Müasir Bohemiya şüşəsi üçün, ənənəvi təraşlama və qravürovka üsulları ilə yanaşı, plastik ifadə formaları axtarışı, işıq, rəng və faktura obyektlərindən istifadəetmə səciyyəvidir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Poa bohemica
Tükcüklü şəkərqamışı (lat. Eragrostis pilosa) — şəkərqamışı cinsinə aid bitki növü. == Sinonim == Catabrosa verticillata (Cav.) P.Beauv. Eragrostis afghanica Gand. Eragrostis amurensis Prob. Eragrostis bagdadensis Boiss. Eragrostis baguirmiensis A.Chev. Eragrostis bicolor Boiss. [Invalid] Eragrostis bithynica Griseb. [Invalid] Eragrostis collocarpa K.Schum.
Bohemiya və Moraviya protektoratlığı
Bohemiya və Moraviya protektoratlığı (alm. Protektorat Böhmen und Mähren‎; çex. Protektorát Čechy a Morava) — 15 mart 1939-cu ildə Almaniyanın Çexoslovakiyanı işğal etməsindən sonra 16 mart 1939-cu ildə yaradılmış Nasist Almaniyası protektoratı. Bundan əvvəl, 1938-ci ilin sentyabrında Münhen sazişinin imzalanmasından sonra Nasist Almaniyası Çexiyanın Sudet vilayətini öz tərkibinə daxil etmişdir. Protektoratın əhalisi əsasən etnik çexlər, Sudetin əhalisi isə etnik almanlar idi. 14 mart 1939-cu ildə müstəqil Slovakiya respublikasının yaradılmasından və ertəsi gün Çex dövlətinin qalıqlarını Almaniyanın işğalından sonra Adolf Hitler 16 mart 1939-cu ildə Praqa qalasında protektorat qurduğunu elan etdi. == Tarixi == 10 oktyabr 1938-ci ildə Münhen sazişinə əsasən, əsasən etnik almanların yaşadığı Çexoslovakiyanın Sudet vilayəti Nasist Almaniyası tərəfindən ilhaq edildi. Bundan beş ay sonra, Slovakiya özünün müstəqilliyini elan etdi, Hitler Çexoslovakiya prezidenti Emil Qahunu Berlinə çağırdı və onu Çexiyanın alman işğalını qəbul etməyə dəvət etdi. 15 mart 1939-cu ildə Hitlerin fərdi fərmanı ilə Bohemiya və Moraviya Almaniyanın protektoratı elan edildi. Protektoratın icra hakimiyyətinin başçısı Fürer tərəfindən təyin olunmuş Reyxsprotektor (alman: Reichsprotektor) idi.
Bohemiya və Moraviya protektoratı

Elizabet Stüart (Bohemiya kraliçası)
Elizabet Stüart (19 avqust 1596[…], Fayf[d] – 13 fevral 1662[…], London) - Bohemiya kralı V Frederikin xanımı, Şotlandiya, İrlandiya və İngiltərə kralı I Ceyms və Danimarkalı Annanın ən böyük qızı. Bundan başqa Şotlandiya kraliçası Mariya Stüartın nəvəsi idi. Ərinin Bohemiyadakı səltənəti yalnız 1 qış davam etdiyinə görə, tarixi qaynaqlarda "Qış Kraliçası" adlanır. Şotlandiya, İrlandiya və İngiltərə kralı olan qardaşı I Karldan cəmi 4 yaş böyük idi.
Avstriyalı Mariya (Macarıstan və Bohemiya kraliçası)
Avstriyalı Mariya (alm. Maria von Ungarn‎) (15 sentyabr 1505, Brüssel[d] – 18 oktyabr 1558[…]) — Macarıstan və Bohemiya kraliçası, Habsburqların Hollandiyadakı hakimi. Kastiliya kraliçası Yuannanın qızı idi və 1515-ci ildə Macarıstan-Bohemiya kralı II Vladislavın oğlu Lüdoviklə evləndirildi. Xoşbəxt ancaq qısa çəkən evliliyi boyunca övladı olmadı. Belə ki, əri olan II Layoş Moxac döyüşündə Osmanlı sultanı Sultan Süleyman tərəfindən məğlub edilərək öldürüldü. Ərinin ölümündən sonra yeni kral olan qardaşı I Ferdinandın adına naibə olaraq Macarıstanı idarə etdi. 1530-cu ildə bibisi Marqaritanın vəfatının ardından, qardaşı V Karl onu Hollandiyanın idarəsinə dəvət etdi. Beləcə, həm bu torpaqlar Habsburq idarəsində qalacaq, həm də vaxtilə vəfat edən bacıları İzabellanın qızları Doroteya və Kristina öz xalaları tərəfindən himayə ediləcəkdi. Bu təklifi qəbul edən Mariya bölgəyə gəldi və burada üsyanlarla qarşılaşdı. Vəzifəsi boyunca imperator qardaşı və Fransa kralı arasında vasitəçi rolunu oynadı.