Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Boulinq
Boulinq (ing. Bowling) — oyun xəttinin sonundakı kukaları, bu oyun üçün xüsusi olaraq hazırlanmış boulinq topları ilə aşırtma məqsədi daşıyan salon idmanı. == Tarixçə == Misirdə edilən qazıntılarda boulinq idmanının köklərinin e.ə 5000-ci illərə qədər uzandığına dair tapıntılar çıxarılmışdır. Mənşələri eramızdan əvvələ qədər uzanan bu idmana, idman olmanın xaricində mənalar da yükləndiyi görülür; məsələn III və IV əsrlərdə, bu idmanda yaxşı olmaq kilsə tərəfindən "günahlarından daha çox təmizlənmiş olmaq" mənasını verirdi. Təşkil edilən oyunlarda kuklalar işlənmiş günahları təmsil edir və aşan hər kukla ilə günahlardan təmizlənilmə inancı daşınırdı. == İndiki vaxtda == Boulinq idmanının Dünya Boulinq Federasiyasının (WTBA), Beynəlxalq Boulinq Federasiyası (FIQ), Avropa Boulinq Federasiyası (ETBF) tərəfindən təyin olunmuş oyun tipləri vardır. 9 pin və 10 pin şəklində 2 növə ayrılır. Məqsədi uzunluğu 18,288 m (faul xəttindən 1-ci pinə qədər olan məsafə) olan "lane" adı verilən xətlərin irəlisinə qoyulmuş pinləri aşırtmaqdır. == Bal vermə == Boulinq oyununda, hər oyun üçün 10 freym olur. Oyunçu ilk 9 freymdə strayk etmədiyi vəziyyətlər üçün 2 atış istifadə edir, sonuncu freymdə strayk ya da spare etməsi vəziyyətində artıqdan bir atış haqqı daha qazanır.
Kouçinq
Kouçinq (ing. Coaching) — insanların könüllü, şüurlu və planlı şəkildə daxil olduqları öyrənmə və şəxsi planlı fərdi inkişaf prosesidir. Həyatlarında müsbət dəyişikliklərə qərar verən insanlar yüksəlmək istədikləri inkişaf pillələrinə çatmaq üçün Kouç (ing. Coach) adlanan şəxsi inkişaf müəlliminin müşayiəti ilə ruhi və zehni yolçuluğa başlayırlar. == Əsas məqsədi == Kouçinqin əsas məqsədi bu xidməti alan şəxsin (ing. coachee) potensialının kəşf olunması, özünə inamının və motivasiyasının artırılması, bacarıq və imkanlarının inkişaf etdirilməsi, ona mane olan sərhədlərin yıxılaraq performansının maksimuma çatdırılmasıdır. Kouçinq prosesinə daxil olan şəxslər həyatlarının, gələcəklərinin, düşüncə, davranış və addımlarının məsuliyyətini öz üzərinə götürərək, daha böyük özünəinam və həvəslə şəxsi həyatlarında nizam-intizam yaratmağa başlayırlar. == Fəlsəfəsi == Kouçinq fəlsəfəsinə görə: Hər bir insan anadangəlmə bacarıqlı, yaradıcı və bütündür. Kouçluq mənəvi, psixoloji və ya zehni təmir metodu deyildir. Problemli insan yoxdur, sadəcə nə istədiyinin və sahib olduğu güclü potensialın fərqində olmayan insan vardır.