Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bozdağan
Bozdağan — Azərbaycan Respublikasının Laçın rayonu Şamkənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Bozdağan kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Bozdağan Laçın rayonunun tərkibinə daxil edilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Əhalisi == Kəndin ilkin əhalisi kürdlər olmuşdur. == İstinadlar == == Mənbə == Ermənistanda Azərbaycan Mənşəli toponimlərin izahlı lüğəti II, B. Budaqov, N. Məmmədov. Onomastika, Elmi-Onomastik jurnal, № 3, Bakı-2008, Adil Tapdıqov.