Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sul-Brazil
Sul-Brazil (port. Sul Brasil) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 3059 nəfərdir. Ərazisi 114,9 кm²-dir. Əhalinin sıxlığı 26,6 nəfər/кm²-dir. Bələdiyyə 26 sentyabr 1991-ci ildə yaradılmışdır.
Urasil
Urasil — Urasil (/ ˈjʊərəsɪl /) (simvol U və ya Ura) A, Q, S və U hərfləri ilə təmsil olunan RNT nuklein turşularında dörd azotlu əsasdan biridir. Digərləri adenin (A), sitozin (S), və quanin (Q). RNT-də urasil adeninə iki hidrogen bağı ilə bağlanır. DNT-də urasilin azotlu əsası timinlə əvəz olunur. Urasil timin demetilləşdirilmiş formasıdır. Urasil ümumi və təbii olaraq meydana gələn pirimidin törəməsidir. "Urasil" adı 1885-ci ildə sidik turşusu törəmələrini sintez etməyə çalışan alman kimyaçısı Robert Berend tərəfindən yaradılmışdır. Əvvəlcə 1900-cü ildə Alberto Askoli tərəfindən kəşf edilmiş, maya nukleininin hidrolizi ilə təcrid edilmişdir , o, həmçinin mal-qaranın timus və dalağında, siyənək toxumunda və buğda cücərtisində aşkar edilmişdir . İşığı udmaq qabiliyyətinə malik düz, doymamış birləşmədir. 2012-ci ildə Saturn sistemindəki orbitdə Kasini missiyasının məlumatlarının təhlili göstərdi ki, urasil Titanın səthinin bir hissəsi ola bilər .
Aglaia brassii
Aglaia brassii (lat. Aglaia brassii) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliyakimilər fəsiləsinin aqlaiya cinsinə aid bitki növü.
Baraspi (Urmiya)
Baraspi (fars. برسپي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 375 nəfər yaşayır (64 ailə).
Bulbophyllum brassii
Bulbophyllum brassii (lat. Bulbophyllum brassii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Yeni Qvineya üçün endemik növdür. == Sinonimləri == Peltopus brassii (J.J.Verm.) Szlach. & Marg.
Calophyllum brassii
Calophyllum brassii (lat. Calophyllum brassii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kalofillumkimilər fəsiləsinin kalofillum cinsinə aid bitki növü.
Senecio brassii
Senecio brassii (lat. Senecio brassii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Peltopus brassii
Bulbophyllum brassii (lat. Bulbophyllum brassii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Yeni Qvineya üçün endemik növdür. Peltopus brassii (J.J.Verm.) Szlach. & Marg.
Basmıl xaqanlığı
Basmıl xaqanlığı — Göytürk xaqanlığının dağılmasından sonra yerində, basmıllar tərəfindən qurulmuş qısa müddətli dövlət. == Hökmdarları == Basmıl hökmdarı İltəris xaqan dövlətin ilk və son hökmdarı olmuşdur. == Ərazisi == Dövlətin şərqi Uyğur yabquluğu, qərbi isə Karluk yabquluğu adlanırdı. == Tarixi == Cəmi 2 il mövcud olan dövlət 744-cü ildə Qarluqlar və Uyğurların birgə səyi nəticəsində parçalanmış, yerində Uyğur xaqanlığı və Qarluq xaqanlığı yaradılmışdır.
Basil Qeysəriyyəli
Qeysəriyyəlí Basíl (yun. Βασίλειος Καισαρείας, təqr. 330–379), Ulu Basil (Μέγας Βασίλειος) kimi də tanınır), — Kilsə yazarı və ilahiyyatçısı, üç Kappadokiyalı kilsə atalarından biri, Kilsənin müqəddəs atası. Arianlara qarşı mübarizə aparırdı. Çoxlu moizələrin və məktubların müəllifi idi. Onlardan bəziləri zamanımıza çatmamışdır. == Əsərləri == Onun əsərləri arasında homiletik (moizə) üslubda yazılanlar, xüsusi yer tutur. Bu üslubda Basil Müqəddəs kitabın Yaradılış Arxivləşdirilib 2014-06-27 at the Wayback Machine kitabının əvvəlində bəhs edilən Tanrının altı günə dünyanın yaradılmasına, "Zəbur" kitablarına, müxtəlif əxlaqi mövzular haqqında homiliyalar yazmışdır. Abidliyə həsr olunmuş əsərləri arasında "Regulae morales" (Əxlaqi qaydalar), "Asceticon magnum sive Quaestiones" (Qısa qaydalar) kimi əsərləri vardır. Bundan başqa onun arianlığın əleyhinə yazdığı "Contra Eunomium" (Eunomiuma qarşı) əsəri və "De Spiritu Sancto" (Müqəddəs ruh haqqında) risaləsi vardır.
Basıl Tegin
Basıl Tegin — bir neçə ay hakimiyyətdə qalmış Qərbi Göytürk xaqanı.
Basil Liddell Hart
Sir Basil Henry Liddell Hart (31 oktyabr 1895[…], Paris – 29 yanvar 1970[…], Marlou[d], Bakingemşir qraflığı[d]) — İngilis hərbçisi, hərbi nəzəriyyəçisi və hərbi tarixçisi olmuşdur. O, 1920-ci illərdə və sonralar yazdığı hərbi tarix seriyası ilə tanınır. O, ildırımsürətli əməliyyatı strategiyası əvəzinə "dolayı yanaşma" strategiyasını müdafiə etmişdir. 1895-ci ildə Parisdə anadan olmuşdur. Cambridge st. Paul's və Korpus Kollecini bitirdikdən sonra orduya daxil olmuşdur; daha sonra isə Birinci Dünya Müharibəsində iştirak etmişdir. 1924-cü ildə yaralanmış və üç il sonra kapitan rütbəsi ilə təqaüdə çıxmışdır. O, hərbi hava qüvvələrinin və zirehli birləşmələrin qızğın müdafiəçisi və tərəfdarı olmuşdur. Hart 1937-ci ildə Müharibə Nazirinin müşaviri olmuşdur. 1925–1935-ci illərdə Daily Telegraph qəzetinin, İkinci Dünya Müharibəsinin başlandığı 1939-cu ilə qədər isə Times qəzetinin hərbi müxbiri kimi işləmişdir.
Basil əl Əsəd
Basil əl Əsəd (ərəb. بَاسِلُ ٱلْأَسَدِ‎) - Hafiz Əsədin böyük oğlu, Suriya Prezidenti Bəşər Əsədin böyük qardaşı, suriyalı mühəndis, polkovnik, siyasi xadim və atçılıq idmanı üzrə peşəkar idmançı. 1994-cü ilin 21 yanvar tarixində Dəməşq Beynəlxalq Hava Limanına doğru hərəkətdə olarkən idarə etdiyi Mercedes-Benz markalı avtomobili ilə qəza törətmiş və həlak olmuşdur. Suriya cəmiyyətində Hafiz Əsəddən sonra hakimiyyətə böyük oğlu Basil əl Əsədin gələcəyi gözlənilsə də, polkovnikin gözlənilməz ölümü Bəşər Əsədin Suriya Prezidenti seçilməsi ilə nəticələnmişdir. == Həyatı == Basil əl Əsəd 1962-ci ilin 23 mart tarixində Suriyanın Paytaxtı Dəməşq şəhərində Hafiz Əsəd və Ənisə Məxlufun ailəsində anadan olub. Dəməşq Universitetində İnşaat mühəndisi kimi təhsil almış və eyni zamanda hərb elmləri mövzusunda fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmişdir. O, uşaqlığı haqqında bunları deyib: === Karyera === Basil əl Əsəd 1980-cı ildə Suriya Silahlı Qüvvələrində xidmətə cəlb edilib. Paraşütlə tullanma üzrə təlimlər keçmiş, Suriya ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmətə qəbul edilmişdir. Hərbi biliklərini artırmaq məqsədi ilə ailəsi tərəfindən Sovet Sosialist Respublikaları İttifaqı ərazisində yerləşən və adı açıqlanmayan hərbi məktəblərin birinə göndərilmişdir. Hərbi rütbələrdə sürətlə irəliləyən Basil Əsəd əvvəlcə Respublika Qvardiyasında mayor, sonra isə briqada komandiri vəzifəsinə təyin olunmuşdur.