Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bugünkü Manipur (film, 1972)
"Bugünkü Manipur" filmi — 1972-ci ildə çəkilmiş Hindistan (Meytey) filmidir. Manipur dilində çəkilmiş ilk filmdir. == Film haqqında == Manipur dilində çəkilmiş ilk filmdir. Arambam Samarendranın "Tirtha Yatra" pyesinin motivləri əsasında çəkilmişdir. 2018-ci ildə yazılmış Bobbi Vahenqbamın "Bugünkü Manipur:İlk Meytey filmi" kitabı eyniadlı filmə həsr olunmuş, kitab 65-ci Milli Kino Mükafatında ən yaxşı kino kitabı nominasiyası üzrə mükafat almışdır.
Bugünki Manipur (film, 1972)
"Bugünkü Manipur" filmi — 1972-ci ildə çəkilmiş Hindistan (Meytey) filmidir. Manipur dilində çəkilmiş ilk filmdir. == Film haqqında == Manipur dilində çəkilmiş ilk filmdir. Arambam Samarendranın "Tirtha Yatra" pyesinin motivləri əsasında çəkilmişdir. 2018-ci ildə yazılmış Bobbi Vahenqbamın "Bugünkü Manipur:İlk Meytey filmi" kitabı eyniadlı filmə həsr olunmuş, kitab 65-ci Milli Kino Mükafatında ən yaxşı kino kitabı nominasiyası üzrə mükafat almışdır.
Burunlu
Burunlu (Zərdab) — Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Burunlu — Zəngilan rayonununda kənd.
Buqaku
Buqaku (yap. 舞楽(“rəqs teatrı”, “rəqs və musiqi”) - yapon musiqi-teatr sənəti. Qaqakunun bir hissəsi sayılan buqaku mənşəyindən və formasından asılı olmayaraq İmperator sarayı tərəfindən himayə edilir. Buqaku Çinin saray mədəniyyətinin praktiki mənimsənilməsi məqsədilə 701-ci ildə yaradılmışdır. Buqaku Heyan dövrünün sonuna qədər (794-1185) ancaq saray teatrı kimi mövcud olmuşdur. Sonradan buqaku Yaponiyada keçirilən buddist ayinləri və Yaponiyada keçirilən sintoist adətlərinin bir hissəsinə çevrilməklə, saray nəzdində öz statusunu qoruyub saxlamışdır. Buqaku çərçivəsində ilk dəfə Co-ha-kyu (çıxış –inkişaf- bitirmə) tətbiq olunmuşdur. Bu kompozisiyalı-ritmik prinsip universal sayılaraq digər teatr formalarında istifadə olunmuşdur. Buqakunun müair repertuarı kütləvi və kütləvi olmayan rəqsləri özündə birləşdirir. == Buqakunun tarixi == 701-ci ildə Yaponiyada Qaqakurö adı altında imperator musiqi akademiyası fəaliyyət göstərməyə başlamışdır.
Burunlu (Zəngəzur)
Burunlu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan r-nunda) kənd adı. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Toponim yerin coğrafi quruluşu, (orada dağ burnunun olması) ilə əlaqədardır.
Burunlu (Zərdab)
Burunlu — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Burunlu kəpənəkçiçək
Burunlu kəpənəkçiçək (lat. Aconitum nasutum) — qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN A2c+3c. Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumrusu dəyirmidir. Gövdəsi 1 m-ə qədər hündürlükdədir. Yarpaqları çılpaq, kənarları xırda kirpikli, barmaqvari-5 yerə bölünmüşdür. Çiçək qrupu boş, bəsit və ya budaqlanan salxımlarda toplanmışdır. Qalpağı hündür, 1-2,5 sm hündürlükdə, aşağıya doğru əyilmiş buruncuqlu; çiçəkyanlığının yan hissələri dairəvidir.
Burunlu meymun
Uzunburun meymun, və ya Kахаu (lat. Nasalis larvatus) — Əntərmeymunlar fəsiləsinin Nazik bədən meymunlar yarımfəsiləsinə aid növ. Kalimantan adası ərazisindəki meşələrdə yaşayırlar. == Xariçi görünüşü == Uzunburun meymunları digər meymunlardan fərqləndirən əsas xüsusiyyət onların uzun burunlarıdır. Burunları xiyara bənzəyir, bu xüsusiyyət ancaq erkəklərə məxsusdur. Burnun yuxarı hissəsi sarı-qəhvəyi, aşağı hissəsi isə ağ xəzlə örtülü olur. Ayaqları, əlləri və quyruğu boz, tüksüz üzü isə qırmızı olur. Burnuları 66-75 sm olur. Quyruğu uzun olur. Erkəklər 16-22 kq arası çəkiyə malik olurlar.
Buğumlu balqabaq
Ətirli balqabaq (lat. Cucurbita moschata) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin balqabaq cinsinə aid bitki növü.
Buğumlu qaraşәngi
Buğumlu qaraşәngi (lat. Scrophularia nodosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin qaraşəngi cinsinə aid bitki növü. == Qısa morfoloji xüsusiyyətləri == Hündürlüyü 50-100 sm, gövdəsi düz, sivri dörd tinli olan çoxillik çılpaq ot bitkisidir. Kökümsovu kök yumrusu şəklində qalınlaşmışdır. Yarpaqları qarşı-qarşıya düzülmüşdür, qanadsız qısa saplaqlıdır, uzunsov-yumurtaşəkilli və ya uzanmış-uzunsov formadan, yumurtaşəkilli-neştərvari formaya qədər dəyişmiş, sivridir, qaidə hissəsində qısa pazşəkilli, dəyirmi və ya az ürəkşəkillidir, kənarları mişarvaridir, qaidəsində daha dərin və çox vaxt ikiqat mişarlıdir; aşağı yarpaqları küt, yuxarı yarpaqları sivridir. Çiçək qrupu uzunsov və ya uzanmış uzunsov olub, qısa saplaqda yerləşmiş boş az çiçəkli yarımçətirlərdən ibarətdir; çiçək qrupunun saplağı qısa vəziciklidir. Tac 5-7 mm uzunluqdadır, qonur-qırmızı rənglidir, yaşılımtıl borucuğu vardır; üst dodaq alt dodaqdan uzundur. Qutucuğun uzunluğu 5-8 mm olub, şarşəkilli-yumurtaşəkillidir, sivridir, kasacıqdan 3-4 dəfə uzundur. May-iyul (avqust) aylarında çiçəkləyir, iyun-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == BQ şərq, BQ qərb, Kür düz., KQ şimal, KQ mərkəzi, Lənk.
Burunlu (şişovurd) eliya
Burunlu (şişovurd) eliya (lat. Aelia rostrata) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. == Xarici quruluşu == Bu növün başı qabaqdan aşağıya doğru az əyilmişdir. Xortum lövhəciklərinin kəsmə qabağının ön təpəsində üçbucaq şəklində iti dişlər vardır. Başına skul lövhəcikləri üzlükdən qabaq tərəfdə ensizdir. Rəngi bozumtul – sarı və bəzən açıq sarıdır. Uzunluğu 10–12 mm-dir. == Həyat tərzi == Bunlara qışda ziyankar bağacığın qışlama yerlərində daha çox təsadüf olunur. Kütləvi çoxalması müşahidə edilməmişdir. Qidalanan dövürdə əksəriyyətlə sünbüllər üzərində təsadüf olunur.