Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Buntürklər
Buntürklər—Qədim türk tayfası. == Tarixi və etimologiyası == Azərbaycan xalqının soykökündə duran güclü qəbilələrdən biri də Buntürklər//Bunturqlardır. Bu türk qəbiləsinin e.ə. IV yüzillikdə Azərbaycan və qonşu ölkələrdə yaşaması haqqında bilgi vardır. VII–IX yüzilliyinə aid "Kartlinin müraciəti" anonim əsərində deyilir: "Nə vaxt Aleksandr Makendonskiy Lotanın oğlanlarının nəslini qaçmağa məcbur etdi və onları gecəyarı ölkəsinə sıxışdırdı, orada öncə qəddar, qəzəbli Buntürklərə tuş oldu. Onlar Kür çayının sahilində yaşayırdılar; dörd şəhərdə yerləşmişdilər. Onların şahı duruş gətirə bilməyəcəyindən uzaqlaşdı. Bu zaman xaldeylilər tərəfindən köçürülmüş honlar gəldilər; Buntürklərin hökmdarından bac ödəmək şərti ilə, yer istədilər və Zanavanda yerləşdilər… Bir qədər keçəndən sonra Aleksandr gəldi. O şəhərlərdən üçünü və qalaları darmadağın etdi. Buntürklər oranı tərk etdilər".
Ardan Zəntürk
Ardan Zəntürk — (türk. Ardan Zəntürk, əsl adı türk. Ardan Zentürk; 12 avqust 1955 ) — türkiyəli jurnalist. == Təhsili == Orta təhsilini Marmara Kollecində (İstanbul), orta və lisey təhsilini Eskişehir Maarif Kollecində başa vurdu. 1979-cu ildə Marmara Universiteti, İdarəetmə Elmləri Fakültəsi, Siyasi Elmlər Bölümü, Xarici Siyasət Bölməsini bitirib və bir il müddətində İstanbul Universitetinin Siyasi Elmlər Bölməsində magistr dərəcəsini bitirib. Dreik Universitetində bir televiziya rejissoru kursu ilə işlədiyi müddətdə təhsilin əhəmiyyətli bir hissəsini tamamladı. Bu vaxt, Corctovn Universiteti Strateji Araşdırmalar İnstitutu və Oksford Universiteti Orta Asiya Araşdırmaları İnstitutu kimi qurumlarda peşəsi ilə əlaqədar qısamüddətli kurslara qatıldı. === Fəaliyyəti === Bir jurnalist kimi karyerasına 1976-cı ildə İstanbul Ticarət Palatasının rəsmi nəşri olan İstanbul Ticarət qəzetində başlamışdır. 1977-ci ildə Hüriyyət qəzetində səhifə redaktoru oldu. Daha sonra aşağıdakı qəzetlərdə çalışdı.
Semih Şəntürk
Semih Şentürk (29 aprel 1983, İzmir, Bornova) — Fənərbaxça klubunun və Türkiyə milli futbol komandasının hücumçusu. Adətən oyunlarda meydana ehtiyat oyunçu kimi çıxıb qol vurması ilə tanındığına görə "növbətçi qolçu" ləqəbini almışdır. 2007/2008-ci il mövsümü Futbol üzrə Türkiyə çempionatında 17 qol vuraraq qol kralı olmuşdur. Semih Şənturk 1999-cu ilin iyun ayında Türkiyə milli futbol komandasının (15 yaşlılar) heyətində ilk oyununu Rumıniya milli futbol komandasına (15 yaşlılar) qarşı keçirmişdir. Həmin ilin avqust ayında keçirilən "Gənclər arasında Balkan Çempionatı"nda 4 oyunda 8 qol vurmuşdur. Turniri izləyən Fənərbaxçanın gənclərdən ibarət komandasının baş məşqçisi Saraloğlu Yuqoslaviya milli futbol komandasının (15 yaşlılar) qapısına vurduğu 5 qolu gördükdən sonra onu 1999-cu ilin sentyabr ayında komandasının heyətinə dəvət etmişdir. Həmin il Futbol üzrə Türkiyə çempionatının ikinci dövrəsində Mustafa Dənizli tərəfindən Fənərbaxçanın əsas heyətinə cəlb olunmuşdur. Fənərbaxçada ilk rəsmi oyununu Siirtspora qarşı keçirmişdir. Bu oyunun son 15 dəqiqəsində meydana çıxmışdır. Futbol üzrə Türkiyə çempionatının 2001/2002 mövsümündə İzmirspora icarəyə verilmişdir.
Yıldıray Baştürk
Yıldıray Baştürk — Türkiyə futbolçusu Yıldıray Baştürk 24 dekabr 1978-ci il təvəllüdlü Baştürk Almaniyanın Herne şəhərində dünyaya gəlib. Futbolun sirrlərini "Sportfreunde Vanne-Eykel" klubunda öyrənib. Daha sonra 9 il – 1987–1996-cı illərdə "Vattenskeyd" klubunun müxtəlif yaş qrupları üzrə komandalarında çıxış edib. 1996/97 mövsümündə bu komandanın əsas heyətinə cəlb olunsa da, meydana çıxmayıb. 1997-ci ildə "Bohum"a transfer olunub. Bu komandada 104 oyun keçirib və 13 qola imza atıb. 2001-ci ildə "Bayer"ə keçib. Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 73 oyunda 8 qol vurub. 2004–2007-ci illəri Hertada keçirən Yıldıray 71 dəfə meydana çıxaraq, 14 dəfə rəqib qapıçıları məyus edib. 2007-ci ildə transfer olunduğu "Ştutqart"da indiyə qədər 26 oyun keçirib və 4 qola imza atıb.
Malkolm X (Rəcəb Şəntürk)
Malkolm X — Rəcəb Şəntürkün müəllifi olduğu Malkolm Xdan bəhs edən avtobioqrafik əsər. == Məzmun == Kitab XX əsrin ən yadda qalan simalarından olan Malkolm X-in həyatı və onun insan haqları uğrunda mübarizəsi haqqındadır. Qətiyyətli çıxışları ilə, modern cəmiyyət tərəfindən əzilən, sındırılan, ən adi insani münasibətlərə həsrət qalan qaradərililərin ümid işığına çevrilən və "Başıma ən azı bir qrup insanın yaşayıb təcrübə edə biləcəyi qədər hadisə gəlib" – deyən Malkolm X-in keçdiyi həyat yolunu təsirlənmədən və təəccüb etmədən oxumaq mümkün deyil. Kitabı oxuduqca bir insanın necə ən çirkin əməllərdən, tüfeyli həyatdan qurtularaq doğru prinsiplərə yiyələnib və bu prinsiplər uğrunda canından belə keçəcək səviyyədə mübarizə aparıb dünyada iz qoyan bir şəxsə çevrildiyinin şahidi olacaqsınız.
Buhturi
əl-Valid b. Ubeyd-Allah əl-Buhturi (ərəb. الوليد بن عبيدالله البحتري, ö. 897) Abbasilər dövründə yaşamış məşhur ərəb şairidir. == Həyati == əl-Buhturi Abbasilər dövrünün ən məşhur mədhiyyə şairlərindən biridir. Qədim ədəbiyyatşünaslar onu görkəmli şair kimi qələmə verirlər. 815 və ya 822-ci illərdə Suriyanın Mənbic şəhərində doğulub boya-başa çatmışdır. Poeziyasının ilk illərində tayfasını vəsf etmək üçün fahriye tipli şeirlər yazmışdır. Onu tez-tez müasiri və müəllimi olan məşhur şair Əbu Təmmamla müqayisə edirdilər. Əl-Buhturinin şeirləri ərəb poeziyasında klassik üslub nümunələridir.