Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Butaforiya
Butaforiya (it. buttafuoria) — səhnə tamaşası üçün lazım olan şeylər; məc. zahiri bəzək, bərbəzək, saxta cah-calal.
Metafor
Metafora (q.yun. μεταφορά — «köçürmə») və ya məcaz — Metafor bir əşya, varlıq və hadisəyə məxsus əlamətə hadisə üzərinə köçürülməsi yolu ilə düzəlir. Metaforu təşbehlə (bənzətmə ilə) qarışdırmaq olmaz. Hər ikisi müqayisə, bənzətmə əsasında düzəldiyi üçün bəzən onları fərqləndirmək çətindir. Yadda saxlamaq lazımdır ki, təşbehdən fərqli olaraq metaforda qarışdırılan tərəflərdən biri iştirak etmir. Cümlədəki şəxs sadəcə bir fikirlə ifadə olunur. Yəni, təşbehdə müqayisə olunan predmetlərdən (bənzəyən və bənzədilən) hər ikisinin adı çəkildiyi halda, metaforda yalnız birinin adı çəkilir. Məsələn, "Üzü günəş kimi işıq saçan qızım susmasın" cümləsində üzün günəşə bənzədilməsi ilə təşbeh düzəlmişdir. Həmin cümləni "Günəşim susmasın" şəklinə salsaq metafor düzələcək. "Günəş" sözü bütöv cümlədəki başlıca fikri ifadə etməklə metafor çevrilir.
Butanol-1
Butanol-1 – (n-butanol, n-butil spirti) C4H9OH – biratomlu spirtlərin nümayəndəsidir. == Fiziki xassələri == Rəngsiz, özlü, sivuş yağının xarakter iyini verən mayedir. Üzvi həlledicilərlə qarışır. Metanol, etanoldan və propanoldan fərqli olaraq suda nisbətən həll olur – 100 q suda 7,6 q butanol. Su ilə 55,5% (kütlə) butanol 92,4oC-də qaynayan azeotrop qarışıq əmələ gətirir.. == Istehsalı == Sənayedə butanol aşağıdakı üsullarla alınır: Nikel-kobalt katalizatorun iştirakı ilə 1,0-1,5 MPa təzyiqdə propilenin oksosintezindən (Reppe üsulu) Asetaldehiddən (asetaldol və kroton aldehidi alınmaqla) mis, misxrom və ya nikel katalizatorun iştirakı ilə hidrogenləşməsindən. Qida xammalının aseton-butil qicqirdılmasından. == Tarixi arayış == Butanolun istehsalına XX əsrin 10-cu illərində Clostridium acetobutylicum bakteiyasının iştirakı ilə başlanılmışdır. Istehsal üçün xammal kimi şəkər qamışı, şəkər çuğunduru, qarğıdalı, buğda, manioka (tropik bitki), sonralar isə sellülozadan istifadə olunmuşdur. 50-ci illərdən neftin qiyməti düşdükdən sonra neft məhsullarından alınmağa başlandı.
Mişel Butor
Fransız roman və esse yazarı Mişel Butor (14 sentyabr 1926[…] – 24 avqust 2016[…]), 14 sentyabr 1926-cı ildə, Fransada Mons-en-Baroeul'da dünyaya gəlmişdir. 1947-ci ildə Sorbonne-də Fəlsəfə təhsilini tamamlayır. Daha sonra Gaston Bachelard'ın şagirdi olur. 1950-ci illərdə Fransada inkişaf edən Yeni Roman axınının qabaqda gələn nümayəndələrindən biridir. Selanik, Mançester və Cenevrədə bir sıra universitetlərdə müəllimliik etdi. 1970-ci ildə isə Vincennes-də professor oldu. Michel Butor, romanı fəlsəfə və şeirin bir qarışığı olaraq görər. 1957-ci ildə yazdığı "Dəyişmə" adlı romanında, təcrübi roman texnikasının sərhədlərinə çatdığı qəbul edilir. Bu romanı ilə "Renaudot" mükafatını qazanmışdır. 24 avqust tarixli 2016-cı ildə 89 yaşında vəfat etmişdir.