Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Putifar
Putifar (ivr: פוטיפר “Potipar”, yun: Πετεφρής “Petefris”, arb: بوتيفار “Butifar” və ya “Futifar”) — Tövrata görə, fironlar dövründə yaşamış fironun xidmətində mühafizə qüvvələrinin rəhbəri olmuş dövlət adamıdır. Adı ilk dəfə Tövratın Təkvin (Yaradılış) kitabının 37-ci babının sonunda xatırlanır. Hekayəsinin davamı eyni kitabın 39-cu babından başlayaraq deyilir. Putifar Züleyxa ilə evlidir. Yusif peyğəmbəri qul bazarından satın almış və xidmətində böyütmüşdür.
Timar
Timar — Anadolu bəyliklərində və Osmanlı imperiyasında şərti feodal torpaq mülkiyyəti. 1839-cu ildə hərbi sistem ləğv edilənə qədər mövcud olmuşdur. Sultan I Muradın hakimiyyəti dövründə yaradılmışdır. Bir timardan əldə edilən illik gəlir 20 min akçadan az idi. XVI əsrin sonlarında timar tədricən çiftlik adlanan torpaq mülkiyyətinə çevrilmişdir. Bu, dövlət 1919-cu ildə süqut edənə qədər Osmanlı imperiyasında üstünlük təşkil etmişdir.
Butmir mədəniyyəti
Butmir mədəniyyəti — Bosna çayının (Bosniya) yuxarı və orta axarında Son Neolit – Erkən Eneolit dövrünə (e.ə. 5200–4600) aid abidələrin lokal qrupu. == Təsviri == Adı 1893–1906-cı illərdə tədqiq olunmuş Butmir məskənindən (Sarayevo şəhəri yaxınlığında) götürülmüşdür. Ocaqları bayır tərəfdə yerləşən yarımqazma və yerüstü möhrə evlərdən ibarət kiçik kənd yerləri, həmçinin çaxmaqdaşı alətləri emalatxanalarının qalıqları aşkar olunmuşdur. Butmir mədəniyyətinə aid qaracilalı kasalar, bardaqlar, səhənglər, altlıqlı piyalələr, armudvarı amforalar, sivri oturacaqlı və konusvarı qablar, oyma, yaxud cızma və nöqtəşəkilli naxışlarla (kannelür, spiral, üçbucaq, romb və ziqzaqlar) bəzədilmiş dördayaqlı “mehrablar”, həmçinin naxışsız kobud keramika tapılmışdır. Antropomorf və zoomorf heykəltəraşlıq mövcud olmuşdur. Çaxmaqdaşıdan düzəldilmiş bıçaqşəkilli lövhələr, ərsinlər və oxlara rast gəlinmişdir. Təsərrüfatın əsasını toxa əkinçiliyi (buğda, arpa, mərci), qaramal, donuz yetişdirilməsi təşkil edirdi. Butmir mədəniyyətinə Vinça mədəniyyətinin güclü təsiri olmuşdur. Herseqovina, Dalmasiya, Adriatik dənizi adalarında Butmir mədəniyyətinə yaxın Xvar-Lisiçnitsi qrupu abidələri yayılmışdır.