Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anak Bukom adası
Anak Bukom adası (malay Pulau Anak Bukom) — Sinqapur dövlətinin ərazisinə daxil olan təbii ada. Bukom və Bukom Keçil adaları arasında yerləşir. Malay dilindən tərcümədə "Bukomun övladları" mənasını verir. Aada kifayət qədər kiçikdir və sahəsi cəmi 2 hektardır. Sinqapur adasının cənub-qərbində yerləşir.
Binom
Binom (lat. bis — iki dəfə, nomen — d) və ya iki üzvlü — riyaziyyatda çoxüzvlü ədədlərin ikiüzvlü növü. == Nyuton binomu == ( b + x ) m = C m 0 b m + C m 1 b m − 1 x + C m 2 b m − 2 x 2 + . . . + C m m − 1 b x m − 1 + C m m + x m {\displaystyle (b+x)^{m}={C_{m}^{0}}b^{m}+{C_{m}^{1}}b^{m-1}x+{C_{m}^{2}}b^{m-2}x^{2}+...+{C_{m}^{m-1}}bx^{m-1}+{C_{m}^{m}}+x^{m}} == Binomial ədədlərin xassələri == Binomial əmsalların üç əsas xassəsi: 1-ci xassə: Verilmiş m {\displaystyle m} üçün binomial əmsalların cəmi 2 m {\displaystyle 2^{m}} -ə bərabərdir. 2-ci xassə: Cüt yerdə duran binomial əmsalların cəmi tək yerdə duran binomial əmsalların cəminə bərabərdir. 3-cü xassə: Nyuton binomunun ayrılışının başlanğıc və sonundan eyni uzaqlıqda olan binomial əmsallar bərabərdir. == İstinadlar == Abituriyent jurnalının xüsusi buraxılışı. Redaksiya şurasi: M.M.Abbaszadə, N.Ə.Bayramov, V.M.Bağırov, M.C.Mərdənov və b.
Boxum
Boxum (alm. Bochum‎) — Almaniyada şəhər. Əhalisinin sayına görə (365.742) Almaniyanın 16-cı ən böyük şəhəridir.
Broom
Robert Brum (ing. Robert Broom; 30 noyabr 1866, Peysli, Renfryuşir qraflığı[d] – 6 aprel 1951, Pretoriya) — Cənubi Afrikalı həkim və paleontoloq. == Tanınmış əsərləri == "Fossil Reptiles of South Africa" в Science in South Africa (1905) "Reptiles of Karroo Formation" в Geology of Cape Colony (1909) "Development and Morphology of the Marsupial Shoulder Girdle" в Transactions of the Royal Society of Edinburgh (1899) "Comparison of Permian Reptiles of North America with Those of South Africa" в Bulletin of the American Museum of Natural History (1910) "Structure of Skull in Cynodont Reptiles" в Proceedings of the Zoölogical Society (1911). "The South Africa Fossil Ape-Men, The Australopithecinae" (1946).
Buros
Buros (Borås) — İsveçin cənub qərbində şəhər. == Əhalisi == Əhalisi 66,3 min (2010) nəfərdir. == Coğrafiyası == Katteqat boğazının 70 km-liyində, Viskan çayı sahilində, Höteborqdan şərqdədir. Nəqliyyat qovşağı. Beynəlxalq aeroport. == Tarixi == 1621-ci ildə salınmışdır. Qəsr (15 əsr), kilsə (1699), Ratuşa (1909–1910, memarlar İ. Tenqbum və E. Torulf) saxlanılmışdır. == Memarlığı == Universitet (1977), Ali memarlıq məktəbi fəaliyyət göstərir. Rəssamlıq, müasir incəsənət, toxuculuq (2000) muzeyləri, açıq səma altında etnoqrafiya muzeyi, yanğınsöndürmə işi muzeyi; şəhər teatrı (1964); zoopark var. Xidmət sferası (o cümlədən internet-ticarət) inkişaf etmişdir.
Busot
Busot (isp. Busot) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Alakanti ərazisinin 33,84 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 3257 nəfərə çatmışdır.
Buton
Buton — Sulavesi yarımadasından cənub-şərqdə yerləşir. İndoneziyanın ərazisinə daxildir. Ərazisi 4408 km²-dir. Ərazisinə görə dünyada 119-cu, İndoneziyada isə 19-cu yerdə gedir. == Tarixi == Koloniyalaşma dönəminə qədər Butunq adı ilə tanınırdı. Ada Ternate adasının əhatə dairəsinə daxil idi. XVI əsrdə Ternat dövlətinin mühüm mərkəzlərindən biri olmuşdur. Əsas ticarət mərkəzlərindən biri olmuşdur. == Coğrafiya == Adanın böyük hissəsi tropik meşə ilə örtülüdür. Buton dünyada iki yerdən biridir ki, burada cırtdan camış olan anoa yayılmışdır.
Buxar
Buxar və ya buğ — fizika, kimya və mühəndislikdə buxarlaşmış suyu ifadə edir. 100 dərəcə ətrafındakı istilikdə və standart atmosferik təzyiqdə buxar, safdır, şəffaf qaz halındadır və maye haldakı sudan 1600 qat daha həcimlidir. Buxar suyun qaynama nöqtəsindən daha istidir. Daha yüksək temperaturlardakı buxara qızdırlmış buxar deyilir. Maye haldakı su, çox isti maye bir maddə ilə təmas etdiyində (məsələn lava və ya ərimiş metal), çox tez olaraq buxar halına gələ bilər. Buna buxar partlaması deylir. Bu partlayış xüsusilə bağlı sahələrdə ani təzyiq dəyişikliyi səbəbiylə, son dərəcə böyük ziyanlara səbəb ola bilər. Buxar maşınında buxar vasitəsilə turbin və ya porşenin hərəkətini təmin etmək mümkün olur. Digər sənaye proseslərində buxar borular vasitəsilə yığdığı enerjini istilik transferi ilə köçürür. Buxardakı yığılmış təzyiqin səbəbi suyun yüksək buxarlanma istiliyidir.
Buxta
Buxta (körfəz) — coğrafi obyektlərdə sahil və ya qayalıqlarla qorunan su sahəsi. Buxta (kənd) — Rusiyada kənd. Buxta (film) — film.
Buxus
Şümşad (lat. Buxus) — bitkilər aləminin şümşadçiçəklilər dəstəsinin şümşadkimilər fəsiləsinə aid bitki cinsi. Şümşad cinsinə daxil olan nümayəndələr həmişəyaşıl kol, yaxud ağacdır. Gec böyüyür. Hündürlüyü 2–12 m, bəzən hətta 15 m olur. Latınca adı yunanca buxe - sıx, bərk sözündən götürülüb ki, bu da oduncağının sıx və möhkəm olmasına görədir. == Yayılması == 3 böyük yayılma ərazisi var: Afrika - Ekvatorial Afrika dan cənubda və Madaqaskar adasındakı meşə və meşə-çöl sahəsi Mərkəzi Amerika - Meksikanın şimal hissəsi və Kubanın cənubuna tərəf olan tropik və subtropik zonalarda Avrasiya - Britaniya adalarından Cənubi Avropa, Kiçik və Ön Asiya, Zaqafqaziya, Çindən Yaponiya və Sumatra adalarına qədər olan ərazi. Azərbaycanda əsasən Lənkəran, Astara və Lerik rayonları ərazisində geniş yayılmışdır. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Kolxida şümşadı (Buxus colchica Pojark.) Hirkan həmişəyaşıl şümşadı (Buxus sempervirens subsp.
Buzov
Buzov — inəklərin, doğulduğu andan süddən kəsilənə qədər olan müddətdə balalarına verilən addır. Süddən ayrıldıqdan sonra bir yaşa qədər olan cavan mal-qaraya dana deyilir. Danaların bir qisminin iribuynuzlu mal-qaraya çevrilməsi gözlənildiyi halda, bəziləri kəsilir, ətindən və dərisindən istifadə edilir.
Buğum
Buğum (node) - hər hansı növ qovuşuq, birləşmə. Lokal şəbəkələrdə: şəbəkənin tərkibinə daxil olan və şəbəkənin başqa qurğularına informasiya ötürə bilən qurğu. Ağacşəkilli verilənlər strukturlarında (bazalarının idarə olunmasında və obyekt-yönlü proqramlaşdırmada istifadə olunan): informasiyanın yerləşdirilməsi strukturunda özündən aşağıda yerləşən bir və ya bir bir neçə buğumla (qız) əlaqəsi olan element. Bəzi müəlliflər “bənd” və “element” anlayışlarını fərqləndirirlər; element, verilənlər tipidir, buğum isə bir və ya bir neçə elementdən və ya başqa yardımçı verilənlər strukturundan (məsələn, göstəricilərdən) ibarət olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Murom
Murom — Rusiya Federasiyasında yerləşən şəhər Vladimir vilayətinə daxildir.
Puxov
Puxov (slovak. Púchov, alm. Puchau‎, mac. Puhó) — Slovakiyanın şimali-qərbində, Trençin bölgəsində sənaye şəhəri. Əhalisi 19 200 nəfərdir (2002-ci il). Şəhər Vaq çayının sahilində, Bəyaz Karpat dağ massivinin və Sulövske-Vrhinin yamaclarının cənubunda yerləşir. Puxov yeddi inzibati bölgəyə bölünür: Horné Kočkovce (1926-cı ildə daxil edilmişdi) Hoštiná (1979-cu ildə daxil edilmişdi) Hrabovka (1944-cü ildə daxil edilmişdi) Ihrište 600 nəfər (1979-cu ildə daxil edilmişdi) Nosice (1973-cü ildə daxil edilmişdi) Puxov (Şəhər) Vieska - Bezdedov (1960-cı ildə daxil edilmişdi) Slovaklar - 97,38 % Çexlər - 1,32 % Qaraçılar - 0,22 % Polyaklar - 0,08 % Macarlar - 0,05 % digərləri roma-katolikləri - 71,37 % yevangelik kilsəsi v.d.
Suxum
Suxumi (abx. Аҟәа, gürc. სოხუმი) və ya Suxum — Gürcüstanın Abxaziya bölgəsinin paytaxtı.
Bubo bubo
Adi yapalaq (lat. Bubo bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü.
Bufo bufo
Adi quru qurbağası (lat. Bufo bufo) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinin quru qurbağası cinsinə aid heyvan növü. == Statusu == Azərbaycanda adi quru qurbağasının Bufo bufo verucosissima (Pallas,1813) yarımnövü yayılmışdır. Lənkəran rayonunda və Böyük Qafqazın cənub ətəklərində təsadüf edilir. == Yaşayış yeri == Meşə kənarlarındakı çəmənliklərdə, çoxalma dövründə isə meşə kənarındakı gölməçələrdə təsadüf edilir. == Sayı == Çoxalma zamanı optimal şəraitdə 1 km marşruta 3-4 fərd düşür. 1989-cu ildə Zaqatala rayonunun Qəbizdərə kəndinin yaxınlığındakı gölməçədə 100 m-lik sahil zolağında 30-40 fərd hesablanmışdır. == Çoxalması == Mayalanma xaricidir. Cütləşmə 4-12 (hərdən daha çox) saat davam edir. Kürütökmə 7-10 gün ərzində gedir.
Biom
Biom (ing. biome, yun. βίος – həyat və … oma) — Eyni iqlim zonasının ekosisteminin küllüsü. Orqanizmlərin müxtəlif qruplarının və onların müəyyən landşaft-coğrafi zonada məskunlaşdığı mühitin məcmusu. == Ümumi məlumat == “Biom” adı (məs., tundra, tayqa, mülayim zonanın iynəyarpaqlı meşələri, tropik savanna, çöllər, səhralar və s.) adətən, üstünlük təşkil edən bitki tipinin adı, yaxud landşaftın əsas stabil xüsusiyyətləri ilə müəyyən edilir. Düzənlik yerdə Biomlar ərazi cəhətdən bir-birindən az və ya çox aralı düşür, xeyli böyük sahələri tutur. Dağlarda kiçik bir sahədə beşə qədər qurşaq Biomu yanaşı ola bilər. “Biom” termini ən çox quru ərazilərin ekologiyasında istifadə edilir. Rus ədəbiyyatında onun əvəzinə çox vaxt ya “təbii (yaxud coğrafi) zona”, ya da “bitkilik zonası” terminləri həmin adlarla (tundra, tayqa, çöl və s.) birlikdə istifadə olunur. Xarici Avropa elmi ədəbiyyatında təbii zona və “Biom” kateqoriyalarını birləşdirən anlayışlar təklif edilmişdir (məs., Q. Valter zonobiomları (Zo- nobiomes)).
Brom
Brom (Br) (q.yun. βρῶμος — "pis qoxulu","üfunətli" ) – Dmitri Mendeleyevin yaratdığı kimyəvi elementlərin dövri cədvəlində 35-ci elementdir. Brom atom nömrəsi 35, element simvolu Br, reaktiv qeyri-metal halogenlər qrupunun 4-cü elementi olan kimyəvi elementdir. Kimyəvi elementlərin dövri cədvəlinin 17-ci qrupuna aiddir (dövri sistemin köhnəlmiş qısa formasına görə VII qrupun əsas alt qrupuna aiddir və ya VII A qrupuna aiddir), cədvəlin dördüncü dövründədir. Elementin atom kütləsi vahidi 79.901 … 79.907-dir. Br simvolu ilə təyin edilmişdir (lat. Bromum). Normal şəraitdə olan sadə maddə brom,həm yodun,həm də xlorun qoxusunu xatırladan güclü xoşagəlməz "ağır" qoxu olan qırmızı-qəhvəyi rəngli ağır bir kaustik mayedir. Uçur,zəhərlidir. Brom molekulu diatomikdir (Br2 formulu) == Tarixi == Brom sərbəst olaraq iki kimyaçı tərəfindən kəşf edildi: 1825-ci ildə Karl Yakob Lyovix və 1826-cı ildə Antuan Jerom Balar tərəfindən kəşf edilib.
Bubo
Yapalaq (lat. Bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Bufo
Quru qurbağası (lat. Bufo) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinə aid heyvan cinsi.
Ucom
Ucom — Ermənistanın mobil şəbəkə operatoru və internet provayderi. Orange Armenia-nı satın aldıqdan sonra mobil telefon bazarında böyüdü.
Eugen Suxon
Eugen Suxon (25 sentyabr 1908[…], Pеzinоk, Bratislava diyarı – 5 avqust 1993[…], Bratislava) — slovak bəstəkar, Slovakiya professional musiqisinin banilərindən biri, ÇSSR xalq artisti (1959), ÇSSR Dövlət Mükafatı laureatı (1951, 1954, 1959). == Həyatı == Eugen Suxon Bratislava konservatoriyasında təhsil almışdır. 1933-cü ildən həmin konservatoriyada pedaqoji fəaliyyətə başlamışdır. İlk əsərləri klassik ənənələrlə bağlıdır (fortepiano üçün "Süita-ballada"). 1920–1930-cu illərdə yaradıcılığına ekspressionizm və klassizmin təsiri olmuşdur. "Karpat torpaq haqqında psalm" (1938), "Kənd simfoniyettası" (1957) əsərlərində xalq musiqisindən istifadə etmişdir. Suxon ilk slovak milli musiqi dramının — "Burulğan"ın (1949) müəllifidir. Digər əsərləri Sayatonluk (1959) operası, skripka ilə orkestr üçün "Fantaziyavə bürlesk" (1948), "Metamorfozlar" (1953) simfonik süitası, xor silsilələri, bir sıra dram tamaşaları, kinofilmlər üçün musiqilər və uşaq musiqisindən ibarətdir.
Firuz Baxor
Firuz Baxor (tac. Фирӯз Баҳор; əsl adı – Firuz Hacıyeviç Əhmədov; 19 noyabr 1942, Düşənbə) — Tacikistan və SSRİ bəstəkarı. SSRİ Bəstəkarlar İttifaqının (1971-ci ildən) və SSRİ Kinematoqrafçılar İttifaqının (1976-cı ildən) üzvüdür. Tacikistan Bəstəkarlar İttifaqının katibi (1976-cı ildən). Tacikistan SSR əməkdar mədəniyyət işçisi (1990). Tacikistan "Lenin komsomolu" mükafatı laureatı (1977). == Həyatı == Firuz Baxor 19 noyabr 1942-ci ildə Düşənbə şəhərində, opera müğənnisi ailəsində anadan olmuşdur. O, 1963–1966-cı illərdə Moskva Musiqi Pedaqoji İnstitutunda fortepiano ixtisası üzrə təhsil almışdır. 1976-cı ildən Tacikistan Bəstəkarlar İttifaqının katibidir. 1986-1996-cı illərdə SSRİ-də (Moskva, Kiyev, Novosibirsk, Düşənbə) və xaricdə (İngiltərə) bir sıra konsertlər vermiş, İtaliyada sovet bəstəkarlarının konsertlərində iştirak etmişdir.
Boom(Bum) metod
Mişel Butor
Fransız roman və esse yazarı Mişel Butor (14 sentyabr 1926[…] – 24 avqust 2016[…]), 14 sentyabr 1926-cı ildə, Fransada Mons-en-Baroeul'da dünyaya gəlmişdir. 1947-ci ildə Sorbonne-də Fəlsəfə təhsilini tamamlayır. Daha sonra Gaston Bachelard'ın şagirdi olur. 1950-ci illərdə Fransada inkişaf edən Yeni Roman axınının qabaqda gələn nümayəndələrindən biridir. Selanik, Mançester və Cenevrədə bir sıra universitetlərdə müəllimliik etdi. 1970-ci ildə isə Vincennes-də professor oldu. Michel Butor, romanı fəlsəfə və şeirin bir qarışığı olaraq görər. 1957-ci ildə yazdığı "Dəyişmə" adlı romanında, təcrübi roman texnikasının sərhədlərinə çatdığı qəbul edilir. Bu romanı ilə "Renaudot" mükafatını qazanmışdır. 24 avqust tarixli 2016-cı ildə 89 yaşında vəfat etmişdir.