Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cümlənin baş üzvləri
Cümlənin baş üzvləri — cümlənin qrammatik əsasını təşkil edir, fikir predmetini, onun hərəkət və əlamətini bildirir. Cümlənin mübtəda və xəbər olmaqla iki baş üzvü var.
Cümlənin ikinci dərəcəli üzvləri
Cümlənin ikinci dərəcəli üzvləri — cümlənin təşkiledici mərkəzinə, mübtəda , xəbərə və zərfliyə aid olan izahedici, aydınlaşdırıcı, tamamlayıcı sözlər və birləşmələrə deyilir.Bəzən söz birləşməsi ilə də ifadə olunur Tamamlıq cümlədə əşya məzmunu bildirir, adlıq və yiyəlik hallardan başqa, qalan halların suallarına cavab verir. Tamamlıq kimi?, nəyi?, nə?, kimə?, nəyə?, kimdə?, nədə?, kimdən?, nədən?, kim ilə?, nə ilə?, kim üçün?, nə üçün?, kim haqqında?, nə haqqında?, nə barədə? suallarından birinə cavab verir. Məsələn: Uşağı (kimi?) çağır. Kitabı (nəyi?) aldım. Müəllimdə (kimdə?) maraqlı kitab var. Biz onunla (kim ilə?) fəxr edirik. Milli qəhrəmanlar haqqında (kim haqqında?) nə bilirsiniz və s. Tamamlıq daha çox isim və əvəzliklərlə ifadə olunur. Məsələn: Anar Turala dedi.
Sadə cümlənin şəxsə görə növləri
Sintaksisdə şəxs dedikdə mübtəda nəzərdə tutulur. Cümlənin şəxsə görə növləri də mübtədanın olması və ya onun təsəvvür olunması dərəcəsinə görə müəyyənləşir. Sadə cümlənin şəxsə görə növləri aşağıdakılardır: Müəyyən şəxsli cümlə. Qeyri-müəyyən şəxsli cümlə. Ümumi şəxsli cümlə. Şəxssiz cümlə. Adlıq cümlə (mübtəda əsasında formalaşır). == Müəyyən şəxsli cümlə == Mübtədası və xəbəri- cümlənin qrammatik əsası iştirak edən cümlələr müəyyən şəxsli cümlələrdir. Məsələn: Həyat mübarizədir. Aqşin dərs əlaçısıdır.
Cubleta
Cubleta — Alban milli qadın geyimi. Cubleta alban qadınları tərəfindən geyilən dalğalı, zəng formalı xalq yubkasıdır. Cubleta 2022-ci ildə YUNESKO tərəfindən Təcili Qorunmağa Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. == Tarixi == Cubletanın qədim mənşəli olduğu güman edilir. Bu, Bosniyada, eyni zamanda Aralıq dənizi regionunun digər ərazilərində tapılmış və eramızdan əvvəl II minilliyə aid olan bəzi Neolit dövrünə aid fiqurların geyimlərinə bənzəyir və müvafiq olaraq qədim Aralıq dənizi sivilizasiyası ilə əlaqələndirir. == Təsviri == Cubleta özünəməxsus forma, quruluş və bəzək sisteminə görə unikal paltar növüdür. Onu Şimali Albaniya, Kosovo, Şimali Makedoniya və Monteneqrodakı albanlar geyinirlər. Adətən iki qayışdan istifadə edərək çiyinlərə asılır. Alban ənənəvi milli geyiminin bir hissəsi olan bu geyim, 13-dən 17-yə qədər zolaqdan və 5 ədəd keçədən ibarətdir. Cubletanın sinə və ön hissəsi qara yundan toxunmuş önlukdən hazırlanır.
Çüməlan (Soyuqbulaq)
Çüməlan (fars. چوملان‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 154 nəfər yaşayır (31 ailə).