Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ulubəy
Ulubəy (Ordu) — Ulubəy (Uşak) — Ulubəy (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Ulubəy Kanyonu Təbiət Parkı ― Türkiyənin Uşak ilinin Ulubəy və Karahallı ilçələrində yerləşən təbiət parkı.
Ağ çürümə
Ağ çürümə – bitkilərin göbələk xəstəliyi. Törədicisi Sclerotinia libertiana göbələyidir. İnfeksiya mənbəyi səpin və əkin materialı, torpaq , bitki qalıqlarıdır. Xiyar, kələm, qabaq, sarımsaq, yerkökü, günəbaxan, tütün, çətənə, paxla, tərəvəz və s. bitkilərə yoluxur. Əsasən, vegetasiya dövründə və saxlanma zamanı baş verir. Meyvə köklü bitkilərin toxumluqlarına böyük zərər verir. Zədələnən orqanlar üzərində əmələ gələn sulu, qonur ləkələr qara sklerosili pambıgabənzər ağ kiflə örtülür. === Mübarizə tədbirləri: === Düzgün növbəli əkinə riayət etmək, məhsulu vaxtında yığmaq və düzgün rejimdə saxlamaq; istixananın havasını rütubətləndirmək. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Gürbey İleri
Gürbey İleri (13 fevral 1988, İstanbul) — türk aktyoru.
Ulubəy (Xudabəndə)
Ulubəy (fars. اولي بيك‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 762 nəfər yaşayır (156 ailə).
Manuel Urube
Manuel Urube (isp. Manuel Uribe Garza) — Meksikanın Montorey şəhərində anadan olmuş Manuel Urube öz çəkisi ilə dünyanın ən ağır ikinci adamı seçilmişdir. Təxminən 597 kiloqram çəkiyə sahib olan Urube Dünyanın ən kök insanlarının siyahısında Con Brouer Minokun ardından ikinci yeri tutmuşdur. Minokun ölümündən sonra Urube bir müddətlik birinci yerə yüksəlmişdir. Manuel Urube Meksika dövlət televiziyasına müsahibə verərək, xalqdan və həkimlərdən kömək istəmişdir. Bu müsahibədən sonra məşhurluq qazanan Urubeni bir çox həkimlər müaiyyənə etmişdilər. Artıq çəkisi səbəbindən hərəkət edə bilməyən və yatağa bağlı şəkildə yaşayan Urube ciddi pəhriz nəticəsində 369 kiloqrama qədər arıqlamışdır.
Ulubəy Kanyonu Təbiət Parkı
Ulubey Kanyonu Milli Parkı (türk. Ulubey Kanyonu Tabiat Parkı) ― Türkiyənin Uşak ilinin Ulubəy və Karahallı ilçələrində yerləşən təbiət parkı. Ulubəy kanyonu ABŞ-dakı Böyük Kanyondan sonra dünyadakı ikinci ən uzun kanyondur. Park bir çox heyvan və bitki növü üçün uyğun yaşayış mühiti təmin edir və ekoturizm mərkəzi kimi inkişaf etdirilir. == Kanyon == Ulubəy kanyonu 119 hektarlıq ərazini əhatə edir. Kanyon 100–500 metr (330–1,640 ft) genişliyində, 135–170 metr (443–558 ft) dərinliyindədir və ümumi uzunluğu 40–45 kilometr (25–28 mil)-dir. Ulubəy kanyonundan Ulubey və Banaz krikləri (Böyük Menderes çayının qolları) keçir. Kanyonun divarları 10–30 metr (33–98 ft) və 50–55 metr (164–180 ft) yüksəklyindədir. Hər iki divarda ən azı üç teras müşahidə edilir. Bundan əlavə kanyon boyunca bir çox konus şəkilli karstik təpə var.