Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səlma Gürbüz
Selma Gürbüz (türk. Selma Gürbüz) — Türk rəssam və heykəltaraş. O, Türkiyənin çağdaş rəssamlıq sahəsində öndə gedən adlarından biri olmuşdur. Əsərləri Londondakı Britaniya Muzeyində, Parisdəki Galerie Maeght Kolleksiyasında, İstanbulda Santral İstanbulda, İstanbul Bilgi Universiteti, İstanbul Modern və Proje 4L və Ankaradakı Rəsm və Heykəl Muzeyindədir. Rəssamlıqdan başqa heykəltaraşlıq, toxuculuq, oyma kimi müxtəlif formalarda əsərlər də hazırlamış, Ömər Kavurun “Əqrəbin səyahəti” (1997) və “Qarşılaşma” (2002) filmlərinin bədii rejissorluğunu da üzərinə götürmüşdür. 1960-cı ildə İstanbulda anadan olmuşdur. Rəssamlıq təhsilinə 1978-ci ildə İngiltərədəki Ekseter Universitetində rəssamlıq, fotoqrafiya və teatr sahəsində başlamışdır. 1980-1982-ci illərdə Ekseter İncəsənət Dizayn Kollecində rəssamlıq və heykəltaraşlıq təhsili alıb. 1984-cü ildə Mərmərə Universiteti Gözəl Sənətlər Fakültəsinin Rəssamlıq fakültəsini bitirib. İlk fərdi sərgisini 1986-cı ildə İstanbulda açıb.
Ağ çürümə
Ağ çürümə – bitkilərin göbələk xəstəliyi. Törədicisi Sclerotinia libertiana göbələyidir. İnfeksiya mənbəyi səpin və əkin materialı, torpaq , bitki qalıqlarıdır. Xiyar, kələm, qabaq, sarımsaq, yerkökü, günəbaxan, tütün, çətənə, paxla, tərəvəz və s. bitkilərə yoluxur. Əsasən, vegetasiya dövründə və saxlanma zamanı baş verir. Meyvə köklü bitkilərin toxumluqlarına böyük zərər verir. Zədələnən orqanlar üzərində əmələ gələn sulu, qonur ləkələr qara sklerosili pambıgabənzər ağ kiflə örtülür. === Mübarizə tədbirləri: === Düzgün növbəli əkinə riayət etmək, məhsulu vaxtında yığmaq və düzgün rejimdə saxlamaq; istixananın havasını rütubətləndirmək. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Chevrolet Cruze
Chevrolet Cruze — Chevrolet-in 2008-ci ildə təqdim etdiyi sedan modeli. Chevrolet Cobalt və Daewoo Lacetti modellərinin davamıdır. Avtomobil Cənubi Koreyada Daewoo Lacetti və Avstraliyada Holden Astra adı ilə satılıb. Avtomobil Opel Astra J ilə eyni platforma və mühərrik seçimlərinə malikdir. 2010-cu ildə mühərrikin qeyri-kafi olması ilə bağlı söz-söhbətlərə görə 113 at gücünə malik mühərrik əvəzinə 124 at gücünə malik mühərrikdən istifadə edilib. General Motors tərəfindən Opel-də istifadə edilən eyni ECOTEC mühərrikləri istifadə olunur. 124 at gücü, 113 at güclü və 155 nm fırlanma anı hasil edən 1,6 litrlik atmosferli benzin mühərrikləri və 140 at gücü və 200 nm fırlanma anı hasil edən 1,4 litrlik turbo dəstəkli benzin mühərriklərinə əlavə olaraq, 163 at gücü və 360 nm fırlanma anı hasil edən RA 420 SOHC kodu ilə 2.0 dizel variantları var. Dizel mühərrik Hyundai və Kia modellərində CRDI adı altında Hyundai və GM KOREA ilə əməkdaşlıqda istehsal olunan dizel mühərrikidir. 5 pilləli mexaniki və 6 pilləli tam avtomatik (fırlanma anı çevirici) transmissiya variantları var. Cruze və Cruze LS kimi satılıb.