Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağ cırtdanlar
Ağ cırtdanlar – ulduz təkamülünün son mərhələsində ölçüləri planetlərlə müqayisə edilə bilən və effektiv temperaturu çox böyük olan ulduzlar. Ağ cırtdanların kütləsi Günəşin kütləsi tərtibindədir, radiusları isə Günəşin radiusundan təxminən 100 dəfə kiçikdir. Ağ cırtdanlar maddəsinin orta sıxlığı təqibi 108–109 kq/m³-dir. Ağ cırtdanların sayı bütün Qalaktika ulduzlarının bir neçə faizini təşkil edir. Onların çoxu qoşa ulduzlar sisteminə daxildir. Ağ cırtdanlara aid edilmiş ilk ulduz 1862-ci ildə Amerika astronomu A.Klarkın kəşf etdiyi Sirius B (Siriusun peyki) ulduzu olmuşdur. 1910-cu illərdə Ağ cırtdanlar xüsusi ulduzlar sinfi kimi ayrılmışdır; adı ilk təmsilçilərinin rənginə uyğun müəyyən edilmişdir. Ağ cırtdanlar başlanğıc kütləsi 8M☉-dan az olan adi ulduzlardan, onlarda istilik-nüvə yanacağının tükənməsindən sonrakı təkamülün sonuncu mərhələsində yaranır. Bu mərhələdə ulduz, qırmızı nəhəng və planetar dumanlıq mərhələlərini keçməklə özünün xarici qatlarını kənara atır və çox yüksək temperatura malik nüvəsini çılpaqlaşdırır. Ulduzun nüvəsi tədricən soyuyaraq Ağ cırtdanlar halına keçir və nüvəsində toplanmış istilik enerjisinin hesabına uzun müddət işıq saçmaqda davam edir.
Cırtdanın nağılı
"Cırtdanın nağılı" — Azərbaycan xalq nağılı. Nağılın mövzusu uşaqları Azərbaycan mifologiyasından mifik bir məxluq olan Divdən qurtaran Cırtdan adlı ağıllı bir gənc oğlandan bəhs edir. == Məzmun == Cırtdan qonşunun uşaqları ilə birlikdə meşəyə odun yığmaq üçün gedir. Geri qayıdarkən qaranlıqda itirlər və gördükləri işığa tərəf irəliləyirlər. Onlar beləliklə, Divin yaşadığı evə çatırlar. Canavar uşaqları gecə yemək üçün özünə cəlb edir. Cırtdan öz ağlından istifadə edərək uşaqları xilas edir və onlar sağ-salamat evlərinə qayıdırlar. Cırtdan Azərbaycan nağıllarının ən populyar personajlarından biridir. Ənənəvi azərbaycanlı görünüşü, cəsarəti və zəkası ilə seçilir. Cırtdan bəzən kənd oğlanlarını meşədən odun toplamağa və sonra onu bellərində gəzdirməyə məcbur etdiyi üçün tənbəl bir şəxs kimi təsvir edilir.
Cırtdanın Yeni Sərgüzəşti (1973)
== Məzmun == Film kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Burada Azərbaycan xalq nağılının məşhur qəhrəmanı Cırtdannın bizim günlərdə başına gələn yeni əyləncəli sərgüzəştlərindən söhbət açılır. Filmdə xalq folklorunun fantastik motivləri ilə müasirlik bir-birini tamamlayır. İnsan düşüncəsinin məhsulu olan nəhəng müasir texnika bəşər övladına həmişə kömək etməyə hazırdır. Budur, əfsanəvi Simurq quşu və xalça-təyyarə sehrli yumağın arxasınca nə qədər uçurlarsa da xeyri olmur, onu tuta bilmirlər. Köməyə güclü və xeyirxah raket gəlir. O, sehrli yumağı tutub balaca Cırtdana qaytarır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Fikrət Sadıq Rejissor: Nazim Məmmədov, Bəhmən Əliyev Quruluşçu rəssam: Kamil Nəcəfzadə Operator: Aleksandr Milov Bəstəkar: Oqtay Zülfüqarov Səs operatoru: Kamal Seyidov Multiplikasiya rəssamı: Bəhmən Əliyev, Tamilla Əsgərova (T.Əsgərova kimi), Hüseyn Cavid İsmayılov Fon rəssamı: Nazim Məmmədov Rejissor assistenti: Hafiz Əkbərov Montaj edən: Esmira İsmayılova Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: A.Məhərrəmov === Filmi səsləndirənlər === Amaliya Pənahova — Simurq quşu Məmmədrza Şeyxzamanov — uçan xalça Ş.Bağırova Gülnaz Qədirli == Mənbə == Məmmədov, A. “Cırtdanın yeni sərgüzəşti” [Azərbaycan kinostudiyasının yeni çəkdiyi "Cırtdanın yeni sərgüzəşti" filmi haqqında] //Ədəbiyyat və incəsənət.- 1974.- 28 dekabr.- səh. 16. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Cırtdanın yeni sərgüzəşti (film, 1973)