Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bazlama
Bazlama — türk mətbəxindən bir çörək növü. Çörək olaraq sadəsi əsrlərdir Türklər tərəfindən bişirilir və yeyilir. Fərqli vasitələr istifadə edərək bir çox fərqli növü hazırlana bilər: qıymalı və pendirli kimi. Sadə növünə Samsun bölgəsində pıtpıt da deyilməkdədir.
Cırlaşma
Cırlaşma – kvant mexanikasında verilmiş sistemi (atom, molekul və s.) xarakterizə edən hər hansı fiziki kəmiyyət L sistemin mцxtəlif halları цчцn eyni qiymətə malikdir. L-in eyni qiymətinə cavab verən belə mцxtəlif halların sayı verilmiş kəmiyyətin cırlaşma tərtibi adlanır. Kvant mexanikasında sistemin enerji səviyyələrinin cırlaşması əsas rol oynayır. Belə ki, sistem müəyyən enerjiyə malik olub, müxtəlif hallarda ola bilər. Məsələn: Sərbəst zərrrəcik üçün enerjinin sonsuz cırlaşması mövcuddur. Zərrəciyin enerjisi ancaq impulsun ədədi qiyməti ilə müəyyən edilir, impulsun istiqamяti isə istənilən ola bilər(yəni, sonsuz sayda üsullarla seçilə bilər). Bu misalda əyani surətdə cırlaşma ilə sistemin fiziki simmetriyası arasında əlaqə aşkar olur; bu simmetriya fəzada bütün istiqamяtlərin bərabər hüquqluluğu deməkdir. Xarici sahədə zərrəciyin hərəkəti zamanı cırlaşma bu sahənin quruluşu – onun hansı simmetriyaya malik olması ilə əhəmiyyətli surətdə əlaqədardır. Əgər sahə sferik simmetriyaya malikdirsə, yəni onda istiqamətlərin eyni hцquqluluğu saxlanılırsa, onda zərrəciyin (məs: atomda elektronun) hərəkət miqdarının orbital momentinin, maqnit momentinin və spinin istiqaməti onun (atomun) enerjisinin qiymətinə təsir edə bilməz. Deməli, burada da enerji səviyyələrinin cırlaşması mövcuddur.
Nazlama
Oxşama — Azərbaycan şifahi xalq ədəbiyyatında ananın körpə uşağı yuxudan oyanarkən onu əzizləmək, nazlamaq məqsədilə oxuduğu nəğməyə deyilir. Bu xüsusiyyətinə görə oxşamaya "nazlama" da deyilir. Oxşamalar çox zaman "Bu balama qurban" misrası ilə bitir. Məsələn: Bu oxşamaların ilk üç misra beşhecalı, son misrası isə altıhecalıdır. Qafiyə sistemi aaab-dir.
Cilalama
Cilalama- materiallarda kiçik abrazivlərlə aparılan mexaniki emal növü. İncə emal üsullarına aid olub metalların və qeyri-metallar ın emalında tətbiq olunur. Materialın üst səthi mexaniki, kimyəvi və elektrolit üsulları ilə ovularaq səthdə minimum kələkötürlük və parıltılıq yaradılır. Aşağıdakı cilalama üsulları mövcuddur: Əl ilə cilalama (fərdi istehasalatda tətbiq olunur) Maşınla cilalama (seriyalı və kütləvi istehsalda) Hidroabraziv cilalama (iriseriyalı və kütləvi istehsal) Ultrasəs cilalama (bərk xəlitələrin emalı) Elektrolit cilalama (kütləvi istehsal) Kimyəvi-mexaniki cilalama (bərk xəlitələrin emalı) Cilalama prosesini aparmaq üçün əsas və köməkçi materiallardan istifadə edilir. Əsas material kimi ölçüləri 0,05–50 mkm həddində olan abraziv materiallar (almaz, korund, karbidlər) tətbiq olunur. Köməkçi materiallar kimi isə əsasən emal növündən asılı olaraq yağlayıcı maddələrdən (yağ, kerosin, su, stearin, çarezin, duz məhlullarından ibarət pastalar) istifadə olunur. == Həmçinin bax == Ovuc daşlayıcı == Mənbə == Əliyev, R. Maşınqayırma leksikonu. Bakı, Apostroff, I hissə, 2012.
Bislama dili
Bislama dili (bisl. bislama) — İngilis dili əsaslı kreol dili. Dünyada təxminən 200 min insan Bislama dili dilində danışır. Onların əksəriyyəti Vanuatuda yaşayır. Vanuatunun rəsmi dilidir. == Ədəbiyyat == Дьячок М. Т. Язык бислама и проблемы его формирования (социолингвистическая характеристика) // Techne grammatike (Искусство грамматики). — Вып. 3. — Новосибирск, 2008. — С. 181—192.
Türklərin İslama keçişi
Türklərin islamı qəbul etməsi — türklərin tenqriçilik inanclarından dönüb islama kütləvi şəkildə inanmağa başlaması. Təqribən X əsrədək tenqriçilik türk xalqları arasında ən geniş yayılan inanc olmuşdur. Türklərin islam ilə ilk əlaqəsi şiə və ələvilərin dördüncü imam kimi qəbul etdikləri Zeynülabidinin türklər tərəfindən Xorasana aparılması olmuşdu. İslamaqədərki dövrdə türklər ilə müsəlman ərəblərin ilk qarşılaşması VII əsrdəki Xilafət—İmamət toqquşmalarıyla baş vermişdir. Peyğəmbərin vəfatından sonra meydana gəlmiş Siffeyn döyüşünü mütəaqibən Əməvilərin dövründə islam, əsasən, ərəb milliyyətçiliyi ətrafında formalaşan bir din idi. İslam dövləti yeni fəthlərlə genişlənmiş, torpaqları ələvilər və şiələrin dəstəyi ilə Mavəraünnəhrədək çata bilmişdir. VIII əsrin əvvəllərində cihad elan edərək türklərin məskunlaşdığı şəhərlərə daxil olan ərəb-islam dövləti Əməvilər xilafətinin komandirlərindən olan Qüteybə ibn Müslüm hücum elədiyi yerlərdə müsəlman olmayan türklərə qarşı sərt mücadilələr göstərdi. Çox sayda insanı öldürüb şəhərləri taladıədan sonra əldə etdiyi qənimətlərlə irəliləyən Qüteybə ibn Müslüm, baxmayaraq, ölümünədək fəaliyyətlərini davam etdirmiş və İslamı tanıtmışdı, onun elədikləri türklərin İslamı qəbulu ilə sonuclanmamışdır. Ömər ibn Əbdüləzizin hər yerdə karvansaralar, xəstəxanalar tikmək və ədalətli bir idarə qurma ideyası tətbiq olunsa idi türklər islamı daha öncədən qəbul edəcəkdi. Talama və qənimət vərdişindən öyürü cihad anlayışının ikinci plana atılması və zülmə üstünlük verilməsi ərəb zülmünün Əməvilər vasitəsilə davam etdiyinin dəlili olmuş, ancaq buna bənzər hadisələrə baxmayaraq türklər dolayı yolla islamı qəbul etməyə başlamışlar.
Çiklana-de-la-Frontera
Chiclana de la Frontera — İspaniyanın Andalusiya muxtar regionunun Kadis vilayətində yerləşən bələdiyyə və şəhər.Onun meri Ernesto Marindir və 2012-ci ildə, şəhərin əhalisi 82.565 olmuşdur. San Fernando, Medina-Sidonia, Conil de la Frontera, Puerto Real, və Vejer de la Frontera ilə həmsərhəddir.