Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cəbəlül-Ərəb
Cəbəl-Druz və ya Cəbəl əd-Druz (ərəb. جبل الدروز‎), rəsmi olaraq Cəbəlül-Ərəb (ərəb. جبل العرب‎) — Suriyanın сənubunda vulkan massivi. Maksimum hündündürlüyü 1,800 metrdir (Əl-Ceyna dağı). Əsasən bazaltdan ibarətdir, lava axınları ilə əhatələnmişdir. Zirvə və yamaclarında Pliosen püskürmələrinin kraterləri var. Səhra bitkiləri yayılmışdır.Bu vilayətin sakinlərinin əksəriyyəti druzlardır, həmçinin kiçikmiqyaslı müsəlman və əhəmiyyətli xristian icmaları da var. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cəbəl-Druz ilə əlaqəli mediafayllar var.
Şəvərut
Şalıbulaq, Şahvarut, Uşakert — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km cənub-qərbdə, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində Şavarud kimi yazılır. Toponim fars dilində «qaya, möhkəm, bərk» mənasında işlənən şah sözündən və Azərbaycan dilində «möhkəmləndirilmiş kənd, qala» mənasında işlənən var sözünə -ud şəkilçisinin qoşulmasından əmələ gəlmişdir. Relyef əsasında yaranmış mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Uşakert qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 59 nəfər, 1873 - cü ildə 72 nəfər, 1886-cı ildə 116 nəfər, 1897-ci ildə 153 nəfər, 1908-ci ildə 96 nəfər, 1914 - cü il də 128 nəfər, 1916-cı ildə 132 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla deportasiya olunmuşdur.
Fridrix Ebert
Fridrix Ebert (alm. Friedrich Ebert‎; 4 fevral 1871[…], Heydelberq, Baden knyazlığı[d], Almaniya imperiyası – 28 fevral 1925[…], Berlin, Prussiya[d], Veymar Respublikası) — alman sosial-demokratı, SDP-nin əsas xadimlərindən biri və onun "revizionist" qolunun lideri. Almaniyada Noyabr inqilabından sonra ilk reyxskansleri, ilk Almaniya prezidenti (Veymar Respublikası, 1919–1925) və həmçinin Almaniyanın ilk demokratik olaraq seçilmiş dövlət başçısı. == Həyatı == Fridrix Ebert 1871-ci ildə Heydelberq şəhərində dərzi ailəsində doğulub. Həmkarlar ittifaqı hərəkatında iştirak edən Ebert, Sosial Demokrat Partiyasında siyasi yüksəkliklərə nail olmuş, 1905-ci ildə Baş katib, 1913-cü ildə partiya sədri olmuşdur və 1914-cü ilin avqustunda Ebert, Birinci Dünya müharibəsinin başlanğıcının lazımlı "müdafiə" bir tədbiri olduğunu iddia edərək, SDP'nin əlavə hərbi vəsaitlər üçün demək olar ki, yekdil dəstək əldə etmişdir. Ebert və Şeydeman tərəfindən idarə olunan partiya rəhbərliyinin bu mövqeyi partiya içində bölünməyə gətirib çıxardı, nəticədə sol və mərkəz sol qanad 1917-ci ilin əvvəlində Almaniyanın Müstəqil Sosial Demokrat Partiyasını formalaşdıraraq partiyanı tərk etdi. SDP liderlərinin qalan hissələrinə nisbətən, Fridrix Ebert kayzer fikirləri ilə fərqlənirdi. Noyabrın inqilabı ərəfəsində Rexkansleri Baden Şahzadəsi ilə söhbətində, monarxiyanın qorunub saxlanılmasına ümid etdiyini və respublikanı onun yoldaşı Philip Scheidemann "özbaşına" hesab etdiyini elan etdi. Ebertin reyxprezidentliyi zamanı müharibə və siyasi qeyri-sabitliyin itirilməsi Almaniyada ağır iqtisadi böhrana səbəb oldu. 1923-cü ilin noyabrında Ebert Hustav Stresemannın koalisiya hökumətini tərk edən öz partiyasına qarşı çıxdı.
Mixaela Ebert
Mixaela Ebert (7 iyun 1997) — Almaniyalı peşəkar qadın trek velosipedçisi. Ebert Almaniyanı beynəlxalq yarışlarda təmsil edir. Ebert 2016 UEC Avropa Trek Çempionatında komanda yarışlarında da iştirak etmişdir.
Fridrix Ebert Fondu
Fridrix Ebert Fondu — Almaniyanın ən qədim qeyri-hökümət təşkilatlarından biri olmaqla Almaniya Sosial Demokrat Partiyasına (SPD) bağlı fondudur. Alman Vəqfləri Federal Assosiasiyasının məlumatına görə, Fridrix-Ebert Fondu 2019-cu ildə ümumi xərcləri 190,3 milyon avro ilə bütün Alman siyasi fondları arasında ikinci olub. Əksər digər siyasi fondlar kimi, bu fond da sırf hüquqi və iqtisadi baxımdan bir fond deyil, qeydiyyatdan keçmiş bir birlikdir. Onun mərkəzi Bonnda yerləşir, həmçinin Berlin filialı da var. == Yaranma tarixi == Almaniya Sosial Demokrat Partiyasının sədri Fridrix Ebertin adını daşıyan və onun vəsiyyətində özü tərəfindən təklif edilən fond (FES) onun ölümündən bir neçə gün sonra 1925-ci il martın 2-də yaradılmışdır.Əsas vəzifə təhsil sahəsində işçilərə qarşı ayrı-seçkiliyə qarşı mübarizə aparmaq idi. İkinci Dünya Müharibəsindən sonra Sosialist Alman Tələbə İttifaqının təşəbbüsü ilə FES yenidən quruldu. 1948-ci ildən etibarən ilk qrantlar Helmut Şmidt də daxil olmaqla seçilmiş sosial demokratlara ödənilirdi. 1960-cı illərdən etibarən FES inkişafa yardım sahəsində getdikcə daha çox iştirak edir. Bununla o, Afrika Milli Konqresi kimi demokratikləşmə və azadlıq hərəkatlarını dəstəklədi və Yunanıstan, İspaniya və Portuqaliyada diktatura rejimlərinin aradan qaldırılmasında mühüm rol oynadı. Beləliklə, Portuqaliya Sosialist Partiyasının 1973-cü ildə FES tərəfindən yaradılması təsadüfi deyildi.