Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çağaniyan
Çağaniyan (fars. چغانیان‎ Chaghāniyān) — Əl-Sağaniyan da deyilir. Orta Asiyada qədim vilayət. Çağan - monqol dilində ağ deməkdir. Yan isə cəm şəkilçisidir. Ərəblərin dillərində "Ç" hərfi olmadığından bu bölgəni Sağaniyan adlandırdılar. Bu vilayət Amudəryanın yuxarı yatağında yerləşirdi. Uygarlıq açısından Buxara və Səmərqənddən çox Bəlx şəhərinin təsiri altında olan bölgədə, islam fəthləri öncəsi Buddizm yayılmışdı. Suriya, Fələstin və İranı işğal edən ərəblər Mərkəzi Asiyaya doğru irəlilədilər, 644-cü ildə Xorasana daxil oldular. 651-ci ildə Mərv döyüşsüz tutuldu.