Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cahanbaxş Cavadzadə
Cahanbaxş Cavadzadə — (Tam adı:Cahanbaxş Salman oğlu Cavadzadə; d.22 mart 1902, Azərbaycan, Yelizavetpol (indiki Gəncə) — ö.6 fevral 1972, Gəncə) — yazıçı, tərcüməçi, nasir, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü == Həyatı == Cahanbaxş Salman oğlu Cavadzadə 1902-ci ildə mart ayının 22-də Gəncə şəhərində anadan olmuşdur. 7 yaşında mollaxanada ibtidai təhsil almışdır. 1911–13-cü illərdə ikisinifli rus-tatar məktəbində oxumuşdur. 1914-cü ildə Gəncə ruahni seminariyasına daxil olmuş, 1917-ci ildə Fevral inqilabi ərəfəsində seminariya bağlandıqdan sonra təhsili yarımçıq qalmış, 1918-ci ildə təhsil almaq üçün Konstantinopolşəhərinə getmiş, 1919-cu ilin martın 21-də vətənə qayıtmış burada üçaylıq pedaqoji kursda təhsil alıb ibtidai məktəbin təcrübəçi müəllimi olmuşdur. 1920-ci ildə may-iyun aylarında Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Vrangel cəbhəsinə göndərilmiş, sonralar Azərbaycan atıcı polkunda müəllim olmuşdur. Azərbaycan diviziyası ilə Cənubi Azərbaycanın şimal əyalətlərinə, Gilana — Kiçik xanın yaratdığı respublikaya göndərilən yazıçı 1921-ci ilin iyul ayınadək İranda (Ənzəli, Rəşt) qalmış, 1921-ci ilin avqustundan tərxis olunub Gəncəyə göndərilmişdir. 1921–25-ci illərdə Çobanabdallı kənd ibtidai məktəbinə müəllim və müdi təyin edilmiş, 1925–29-cu illərdə isə Gəncədə müxtəlif məktəb və texnikomlarda işləmişdir. 1929-cu ildə Moskva Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, yazıçı 1933–43-cü illərdə Bakıd yaşamışdır. O, burada Baş Mətbuat idarəsində redaktor, Azərnəşrdə tərcüməçi redaktor, müharibə dövründə isə Azərbaycan Radio Komitəsinin Cənubi Azərbaycan şöbəsində redaktor, F.Axundov adına Pedaqoji İnstitutunda müəllim vəzifələrində çalışmışdır. H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda Qərbi Avropa ədəbiyyatı tarixindən mühazirələr deyən C.Cahanbaxş eyni zamanda 1943–50-ci illər "Kirovabad fəhləsi" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri işləmişdir.
Xosrov Cahanbani
Xosrov Cahanbani (27.2.1941 Tehran - 16.4.2014 Cenevrə) — İranın müdafiə naziri olmuş Qacar şahzadəsi Əmənulla Cahanbaninin oğlu, Məhəmməd Rza Pəhləvinin qızı Şahnaz Pəhləvinin ikinci həyat yoldaşı, rəssam. == Həyatı == Xosrov Cahanbani 27 fevral 1941-ci ildə Tehran şəhərində anadan olub. Onun atası İranın müdafiə naziri olmuş Qacar şahzadəsi Əmənulla Cahanbanidir. Kaliforniya Dövlət Universiteti Sakramentoda və Miçiqan Universitetində təhsil alıb. 1971-ci ildə İran şahı Məhəmməd Rza Pəhləvinin böyük qızı şahzadə Şahnaz Pəhləvi ilə ailə həyatı qurmuşdur. Onlar nikahlarını İranın Parisdəki səfirliyində rəsmiləşdirmişdilər. Deyilənə görə Məhəmməd Rza Pəhləvi bu nikahı dəstəkləmirdi. İran İslam İnqilabından sonra Xosrov Cahanbani İranı tərk edir və İsveçrəyə köçür. 16 aprel 2014-cü ildə xərçəng xəstəliyindən dünyasını dəyişib. == Ailəsi == Atası Qacar şahzadəsi Əmənulla Cahanbani İranın müdafiə naziri olub.
Nadir mirzə Cahanbani
Nadir mirzə Cahanbani (fars. ‎ نادر جهانباني ) — Qacar şahzadəsi, İran Hərbi aviasiyasının rəisi. == Həyatı == Nadir mirzə 1928-ci ildə Təbriz şəhərində dоğulmuşdu. Ali hərbi məktəb bitirmişdi. Nadir mirzə Cahanbani İran Hərbi aviasiyasının rəisi olmuşdu. Dəfələrlə Milli Məclisə seçilmişdi. İdman idarəsinə rəhbərlik etmişdi. Nadir mirzə Cahanbani 12 mart 1979-cu ildə Tehranda, Qəsri-Qacar zindanında güllələnib. == Ailəsi == Nadir mirzə Şahnaz xanım Pəhləvi (Həcər Ələvi) ilə ailə qurmuşdu. Кеyxоsrоv mirzə adlı оğlu, Fövziyyə xanım adlı qızı var.
Əmənulla mirzə Cahanbani
Əmənulla mirzə Cahangir mirzə oğlu Qacar (1869, Tehran – 1912, Təbriz) — Qacar şahzadəsi, briqada generalı. == Həyatı == Əmənulla mirzə Cahangir mirzə oğlu 1869-cu ildə Təbriz şəhərində doğulmuşdu. Mükəmməl saray təhsili almışdı. Ziyaüddövlə ləqəbini daşıyırdı. Təhsilini Tehran Darülfünununun piyada qoşunlar sinfində bitirdikdən sonra zabit kimi İran Kazak briqadasına daxil olmuşdur. İran Kazak briqadasının zabiti olmuşdu. 1911-ci ildə Azərbaycan əyalətinin vali müavini təyin edilmişdi. Əmənulla mirzə h.q. 1301-ci (1883), 1302-ci (1884) və 1303-cü (1885) illərdə Dövlət Nəşriyyat və Tərcümə İdarələrində tərcüməçi işləmişdir. O, bu idarədə rus dili mütərcimi idi.