Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cannes
Kann (fr. Cannes) — Fransanın şərqində 70 min əhalisi olan şəhər. Şəhərin əsası liqurlar tərəfindən Napul körfəzinin sahilində salınmışdır. Bu şəhər Lacivərd sahilin ən məşhur kurortlarından hesab olunur. == Tarixi == Bu şəhərin salınma tarixi dəqiq məlum deyil. 1834-cü ildə ingilis kansler Lord Breqxem İtaliya səfəri zamanı dəhşətli vəba səbəbindən səfərini yarımçıq qoyaraq bu şəhərdə məskən salmalı olur. Digər ingilis aristokratlar da bundan sonra burada məskunlaşmağa başlayırar. == Şəhəri məşhur edənlər == Kann şəhəri hər il keçirilən Kann kinofestivalı və "Kann şirləri" beynəlxalq reklam festivalına görə məşhurdur. Kannda həmçinin Avropanın əsas mobil rabitə texnologiyası yarmarkası - 3GSM World Congress keçirilir.
Banner reklamı
İnternet-banner yaxud Banner reklamı — veb-səhifədə pulsuz xidmətlər, yaxud əvəz-əvəz ödəniş (PAYMENT IN RETURN) təmin edən üçüncü tərəfin yerləşdirdiyi reklam. Daha çox istifadə olunan veb-saytlar (məsələn, www.weather.com kimi) banner reklamları vasitəsilə dəstəklənir. “Banner” veb-səhifədə məhz belə reklamlar üçün ayrılmış sahədir. 1994-cü ilin oktyabr ayının 27-də dünyanın ilk onlayn kommersiya jurnalı Hotwired öz səhifələrində ilk banner yerləşdirib. Bu gündən 15 il sonra tək ABŞ-da internet-reklamın həcmi 20 milyard dollar dəyərləndirilmişdir. İlk banner deyəndə "AT&T" telekommunikasiya şirkətinin "Did you ever clicked your mouse right here? You will!" çağırışlı banneri nəzərdə tutulur. Onun təsvir ölçüləri 468 x 60 piksel olub. Maraqlıdır ki, Şəbəkədə ilk reklam Mosaic Netscape 0.9 – ilk rəsmi brauzerin təqdim olunmasından 12 gün sonra yerləşdirilib. Artıq bu sürəti internet-reklam sahəsinin uğurunun başlanğıcı adlandırmaq olar.
Conney Duarte
Conney Xesus Duarte Yanez (7 fevral 2000-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Karakas klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. == Klub karyerası == Duarte öz peşəkar karyerasında debütünü 11 fevral 2017-ci ildə Araqua klubuna qarşı oyunda etmişdir. O, 76-cı dəqiqədə Reyner Kastronu əvəz etmişdir. Həmin görüşdə Karakas rəqibinə 2–1 hesabı ilə məğlub olmuşdur.
Edvard Cenner
Edward Jenner (17 may 1749 – 26 dekabr 1823) — İngilis alimi, həkim. == Fəaliyyəti == 1796-cı ildə Edvard Cenner inək çiçəyinə tutulanların qovuqcuğundan çiçək əleyhinə vaksin kimi istifadə edilməsinin effektli olması haqqında məlumat verilmişdir. İlk dəfə 1779-cu ildə Edvard Cenner çiçəklə xəstə inəyin süd vəzisinin qovuqcuğundan maye götürüb, 8 yaşlı oğlanın əlinə dəri altına yeritmişdir. Peyvənd edildikdən 7 gün sonra oğlanda qoltuq altında ağrılar, yüngül qızdırma və baş ağrısı müşahidə edilmişdi. Sonrakı gün oğlanın şikayətləri olmamışdır. İki həftədən sonra həmin uşağa təbii çiçək yarasından möhtəviyyat heç bir xəstəlik əlamətləri müşahidə edilmədi. Beləlikə, ilk dəfə Cenner tərəfindən yüksək effektə malik vaksin yaradılmışdı. Həmin ildə Londonda çiçək peyvəndi məntəqələri açıldı. Edvard Cenner Londonun fəxri vətəndaşı adı aldı. Rusiyada İmperator I Aleksandrın arvadı II Elizabet bu üsulun əhali arasında geniş tətbiq edilməsi barədə göstəriş vermişdir.
Kayli Cenner
Kayli Kristen Cenner (ing. Kylie Kristen Jenner; 10 avqust 1997[…], Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ) — amerikalı model və iş qadını. Kylie Cosmetics adlı makiyaj markası və KylieSkin adlı dəri qulluq məhsulları markasının qurucusu və sahibidir. E! televiziya kanalında göstərilən Keeping Up with the Kardashians ailə realiti şoularında rol alır. 2019-cu ildə Forbes jurnalının açıqladığı siyahıda 1 milyard dollar sərvəti ilə dünyanın ən gənc milyarderi olmuşdur. == Həyatı == Brus Cenner və Kris Cennerin qızıdır. Kendal Cennerin kiçik bacısıdır və Kourti Kardaşyan, Kim Kardaşyan, Kloi Kardaşyan və Rob Kardaşyan adında 4 ögey bacı və qardaşı, ata tərəfindən isə 4 ögey bacı və qardaşı var. Kayli də ailədəki digər üzvlər kimi məşhur amerikalı gənc media şəxsiyyəti və modeldir. Hər dönəm şou-biznesdə çox danışılan və dünya üzrə geniş kütlə tərəfindən izlənən Kim Kardaşyanın ögey bacısıdır.
Kendal Cenner
Kendall Nikol Jenner (ing. Kendall Nicole Jenner; 3 noyabr 1995, Los-Anceles, Kaliforniya) amerikalı model və aktrisa. E! telekanalında yayımlanan Keeping Up with the Kardashians ailə realiti şoularında rol alır. Həmçinin Kim Kardaşyanın ögey bacısıdır. == Həyatı == Brüs Cenner və Kris Cennerin qızıdır. Kayli Cenner adında doğma bacıdı və ana tərəfindən Kourti Kardaşyan, Kim Kardaşyan, Kloi Kardaşyan və Rob Kardaşyan adında 4 ögey bacı və qardaşı, ata tərəfindən isə 4 ögey bacı və qardaşı da vardır. Kendal məşhur amerikalı gənc televiziya şəxsiyyəti və mankendir. Həmişə şou-biznesdə danışılan və dünya dünya üzrə geniş kütlə tərəfindən izlənən Kim Kardaşyanın ögey bacısıdır. Kim Kardaşyanın anasının ikinci evliliyindən olan bacılarından Kendal, ögey bacısı ilə birlikdə “Keeping Up with the Kardashians” adındakı televiziya proqramı ilə etdiyi modellik və təşəbbüskarlıq işləri ilə adını eşitdirmişdir.
Kris Cenner
Kris Cenner (5 noyabr 1955, San-Dieqo, Kaliforniya) — Amerikan iş qadınıdır. == Həyatı == Kris Cenner 1955-ci il noyabrın 5-də Kaliforniyada anadan olmuşdur.
Mişel Cenner
Mişel Cenner Husson (isp. Michelle Jenner Husson; 14 sentyabr 1986, Barselona) — İspaniya aktrisası.
İnternet-banner
İnternet-banner yaxud Banner reklamı — veb-səhifədə pulsuz xidmətlər, yaxud əvəz-əvəz ödəniş (PAYMENT IN RETURN) təmin edən üçüncü tərəfin yerləşdirdiyi reklam. Daha çox istifadə olunan veb-saytlar (məsələn, www.weather.com kimi) banner reklamları vasitəsilə dəstəklənir. “Banner” veb-səhifədə məhz belə reklamlar üçün ayrılmış sahədir. 1994-cü ilin oktyabr ayının 27-də dünyanın ilk onlayn kommersiya jurnalı Hotwired öz səhifələrində ilk banner yerləşdirib. Bu gündən 15 il sonra tək ABŞ-da internet-reklamın həcmi 20 milyard dollar dəyərləndirilmişdir. İlk banner deyəndə "AT&T" telekommunikasiya şirkətinin "Did you ever clicked your mouse right here? You will!" çağırışlı banneri nəzərdə tutulur. Onun təsvir ölçüləri 468 x 60 piksel olub. Maraqlıdır ki, Şəbəkədə ilk reklam Mosaic Netscape 0.9 – ilk rəsmi brauzerin təqdim olunmasından 12 gün sonra yerləşdirilib. Artıq bu sürəti internet-reklam sahəsinin uğurunun başlanğıcı adlandırmaq olar.
Panner xəstəliyi
Panner xəstəliyi – bazu sümük başı qabarcığının osteonekrozu.
Caner Topçu
Caner Topçu (25 iyun 1997, İstanbul) Türk aktyordur. == Həyatı == Əslən Kastamonulu olan Caner Topçu, 25 iyun 1997 tarixində İstanbulda anadan olub. İbtidai təhsilini və orta təhsilini İstanbulda tamamladı. Daha sonra isə özündə aktyorluq bacarığını kəşf etdi və Harun Özer Teatr təhsili və Fulya Filazi aktyorluq təhsilini aldı. Ağ Cəhənnəm, Diqqət İnternet Var, Sarıqamış və İnamdan Zəfərə kimi bir çox teatr oyununda rol aldı. 2015-ci ildə Savadsızlar adlı kinoteatr filmində Rəcəb obrazı ilə kameraların qarşısına keçdi.
Caner Ərkin
Caner Ərkin (4 oktyabr 1988[…], Edremit[d], Balıkəsir ili) — sol cinahda çıxış edən türk futbolçu. == Karyerası == Caner Ərkin indiyə qədər Ziko, Frank Raykard, Valeri Qazzayev, Aykut Kocaman, Ərsun Yanal, İsmayıl Kartal, Şenol Günəş kimi məşqçilərlə işləmişdir. === Manisaspor === "Manisapor" klubunda yetişən Caner ilk peşəkar müqaviləsini 2004-cü ildə imzalamışdır. Peşəkar karyerasında və "Manisaspor" forması ilk çıxdığı oyun 18 dekabr 2004-cü ildə Türkiyə 1-ci Liqası çərçivəsində "Karşıyaka"ya qarşı oyun olub. 2005–06 mövsümündə "Manisaspor"un Super Liqaya çıxmasının ardından yavaş-yavaş tanınan Caner ilk Super Liqa oyununa 16 oktyabr 2005-ci ildə "Dənizlispor"la oyunda çıxmışdır. İlk Super Liqa qolunu isə dubl etdiyi "Malatyaspor" oyununda atmışdır. 2006–07 mövsümünün 17-ci həftəsində "Manisaspor"la son oyununu keçirən Caner Ərkin 3.5 milyon £ qarşılığında "MOİK" Moskvaya keçmişdir. === MOİK Moskva === Caner Ərkin 7-si UEFA Çempionlar Liqası oyunu olmaqla "MOİK" Moskva formasını 33-də geymişdir, iki dəfə Rusiya kubokunun qalibi olmuşdur. === Qalatasaray === Caner Ərkin 31 avqust 2009-cu ildə "Qalatasaray" klubuna 1 illiyinə icarəyə verilmişdir. Məşqlərdəki performansı ilə ilk 11-ə girməyi bacarmışdır.
Caner Cindoruk
Caner Cindoruk (1 yanvar 1980, Adana), Türk teatr, kino və serial aktyorudur. == Həyatı və kariyerası == Caner Cindoruk 17 aprel 1980-ci ildə Adanada anadan olub. Anası Müşərrəf, atası isə iki dəfə Orhan Kamal Hekayə Mükafatı almış qısa hekayə yazarı Zəfər Dorukdur. Ana tərəfdən Yörük, ata tərəfdən Kürd əsillidir. Münir Can Cindoruk və Taner Cindoruk adlı iki qardaşı da aktyor olan Cindoruk ailəsinin də təsiri ilə teatra üz tutub. Əmisi Erdal Cindoruk da teatr aktyorudur. Onun demək olar ki, uşaqlıq illəri kulisdə keçib. Orta məktəb, universitet illərində oynadığı tamaşalarda həmişə özünə səhnə tapıb. O məktəbi bitirdikdən sonra təhsilinə Çukurova Universitetində davam edib və oranı bitirib. İlk peşəkar rolu "Fehim Paşa Konağı"-daki Yusuf obrazıdır.
Lusi Anney Seneka
Lusi Anney Seneka (lat. Lucius Annaeus Seneca; e.ə. 4, Kordova, İspaniya — 65, Roma) — stoik-filosof, şair, yazar, dövlət xadimi, Roma stoisizminin ən nümayəndəsi. İmperator Neronun müəllimi olmuşdur. "Gənc Seneka" kimi də tanınır. Ancaq əksər hallarda onu sadəcə "Seneka" kimi tanıyırlar. == Bioqrafiyası == Seneka İspaniyanın Kordova şəhərində anadan olmuşdur, kiçik yaşlarında ailəsi ilə birlikdə Romaya köçmüşdür. Orada stoya məktəbinin filosofları ilə tanış olmuş və onlardan dərslər almışdır. 33-cü ildə imperator Tiberinin dönəmində kvestor, 37-ci ildə isə Kaliqulanın zamanında senator olmuşdur. Bundan sonra, gözəl natiq və yazar kimi tanınmışdır.
Lutsiy Anney Seneka
Lusi Anney Seneka (lat. Lucius Annaeus Seneca; e.ə. 4, Kordova, İspaniya — 65, Roma) — stoik-filosof, şair, yazar, dövlət xadimi, Roma stoisizminin ən nümayəndəsi. İmperator Neronun müəllimi olmuşdur. "Gənc Seneka" kimi də tanınır. Ancaq əksər hallarda onu sadəcə "Seneka" kimi tanıyırlar. == Bioqrafiyası == Seneka İspaniyanın Kordova şəhərində anadan olmuşdur, kiçik yaşlarında ailəsi ilə birlikdə Romaya köçmüşdür. Orada stoya məktəbinin filosofları ilə tanış olmuş və onlardan dərslər almışdır. 33-cü ildə imperator Tiberinin dönəmində kvestor, 37-ci ildə isə Kaliqulanın zamanında senator olmuşdur. Bundan sonra, gözəl natiq və yazar kimi tanınmışdır.
The Star-Spangled Banner
Himnin mətni 1814 cü ildə 35 yaşlı vəkil, həvəskar şair, 1812 ci ildə Baltimorda Makkenri qalasına ingilis gəmiləri tərəfindən topa tutulmasının canlı şahidi, tanınmış yazıçı Frensis Skott Fitsceraldın ulu babası - Frensis Skott Ki tərəfindən yazılmış olan “Fort Makkenri müdafiəsi” poemasından götürülmüşdür. Uzun müddət ingilis masaarxası musiqisi hesab edilən, lakin hələ 1780 ci ildə Smit Con Stafford tərəfindən yazılmış olan bəstə ilə ifa edilən bu marş sonralar Konqressin 3 mart 1931 ci il qətnaməsi ilə rəsmi olaraq ABŞ dövlət himini kimi təsdiq edilmişdir.
Eray Canbərk
Eray Canbərk (1940, İstanbul) — şair, tərcüməçi. == Həyatı == 1940-cı ildə İstanbulda doğulub. 1958-ci ildə Heydərpaşa Liseyini bitirib. Bir müddət İstanbul Universitetinin ədəbiyyat fakültəsində, daha sonra Müəllimlər Institutunun fransız dili və ədəbiyyatı fakultəsində təhsil alıb. Təhsilini başa vurmadan hərbi xidmətə gedib və daha sonra müxtəlif dərgilərdə, qəzetlərdə çalışıb. İlk şeirləri 1960-cı illərin əvvəllərində "Yelkən" dərgisində dərc olunub. Esselər, hekayələr də yazıb, lakin şairlik onun üçün əsas təşkil edib. Şeir kitabları: "Lal sular"(1969), "Lal sular"(genişlədilmiş variantı — 1979), "Ürəyim sınan zaman"(1983), "Köhnəlmiş tənhalığa"(Seçmə şeirlər)(1992), "Əbrular"(1997) Sosialist dünya görüşünə bağlı şeirlər yazsa da, insanın daxili dünyasını müəyyən edən incə duyğuları qoruyaraq səsini heç yüksəltmədən şeir yazmağa davam eləyib.
Çanneld-Skablends
Çanneld-Skablends (ing. Channeled Scablands) — Şimali Amerikanın Kolumbiya platosu ərazisində yerləşir. Nəhəng su axınları və buz gölünün fəaliyyəti nəticəsində yaranmışdır. İnzibati cəhətdən ABŞ-nin Vaşınqton ştatı ərazisində yerləşir. == Adının tarixi == «Çanneld-Skablends» adını missul axınlarının təstiqləyən Con Harlet vermişdir (ing. J. H. Bretz). Belə ki, bu bu coğrafi obyektlərin vadi ilə eyni morfologiyaya malik olmaması ilə əlaqədar Kolumbiya platosunda olan bu yataqları «kanal» olaraq adlandırmışdır. Bundan sonra ərazi «The Channeled Scabland» adlandırılmışdır. Bu tip coğrafi obyektlər Altayda da aşkarlandığından Skeblend termini leksikona daxil olmuşdur. Bu hadisəni həmcinin V. R. Beyker, Q. Komasu və digərləridə araşdırmışdır == İstinadlar == == Ədəbiyyat == Rudoy A.N. Glacier-Dammed Lakes and geological work of glacial superfloods in the Late Pleistocene, Southern Siberia, Altai Mountains // Quaternary International.
Çannel-Aylends
Normand adaları (fr. îles Anglo-Normandes) və ya Çannel-Aylends (ing. Channel Islands) — La-Manş boğazında, Fransa sahilləri yaxınlıqlarında adalar qrupu. Birləşmiş Krallığa məxsusdur. Sahəsi 196 km²-dir. İki böyük (Cersi və Gernsi) və bir neçə kiçik adadan ibarətdir. Qranik və qneyslərdən təşkil olunmuşdur. Bostançılıq, heyvandarlıq və balıqçılıqla məşğul olunur. Əsas şəhəri Sent-Heliyerdir. Adaların ümumi əhalisi 2018-ci ildə 170,499 nəfər idi.
Çannel adaları
Kaliforniya Çannel adaları və ya sadəcə Çannel adaları — ABŞ-nin Kaliforniya ştatının cənubunda 8 adadan ibarət arxipelaq. Adaların beşi Çannel Adaları Milli Parkının bir hissəsidir.
Kaliforniya Çannel adaları
Kaliforniya Çannel adaları və ya sadəcə Çannel adaları — ABŞ-nin Kaliforniya ştatının cənubunda 8 adadan ibarət arxipelaq. Adaların beşi Çannel Adaları Milli Parkının bir hissəsidir.
Çannel Adaları Milli Parkı
Çannel Adaları Milli Parkı (ing. Channel Islands National Park) — ABŞ-nin Kaliforniya ştatının cənub sahillərində yerləşən 8 Çannel adasının 5-ni əhatə edən milli park. Milli parkın sahəsi 1 009,94 km²-dır və ABŞ Milli Park Xidməti tərəfindən idarə olunur. == Tarixi == Çannel adaları Kaliforniyanın Sakit okean sahillərində yerləşən 8 adasıdır. Bu adalar yaşayış məskənlərinə yaxın olsalar da dəniz yolunun çətin olması və kimsəsiz olmaları səbəbi ilə inkişaf göstərməmişdirlər. 26 aprel 1938-ci ildə ABŞ prezidenti Franklin Ruzveltin bir qərarnaməsi ilə bu adalar "milli abidə" elan edilmiş və bu adalardakı təbii qoruma federal dairə-büro Milli Park Xidmətinə verilmişdir. Amma bu qoruma ancaq 8 adadan 5-nə tədbiq edilmişdir. Həmçinin o zaman 100,994 hektar sahəsi olan Çannel Adaları Milli Abidəsinin ərazisinin ancaq 31,978 hektarı federal dövlət sahibliyi altında olmuşdur. Bu adalar arasında ən böyüyü olan Santa Kruz adasının 76 %-i Təbiət Qorunağı quruluşu sahibliyi altında olub bu quruluş tərəfindən idarə olunmaqdadır. Bu milli abidə 1976-cı ildə Milli Biokürə Qoruğu elan edilmişdir.