Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ettore Cannini
Ettore Cannini (it. Ettore Giannini) — İtaliya aktyoru, ssenaristi və rejissorudur.
Canni Rivera
Covanni (Canni) Rivera (it. Giovanni (Gianni) Rivera; 18 avqust 1943, Alessandriya, Pyemont) – İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu və yarımmüdafiəçi olub. "Alessandria", "Milan" klublarında və İtaliya millisində oynayıb. 1969-cu ildə Avropanın ən yaxşı futbolçusu olaraq Qızıl Top qazanıb. 1973-cü il İtaliya çempionatının ən yaxşı bombardiri olub. IFFIIS-ə görə dünyanın ən yaxşı oyunçuları arasında 20-ci, Avropanın ən yaxşı oyunçuları arasında 12-ci sıradadır. Eyni versiyaya görə, Rivera, İtaliyanın 20-ci əsrdə ən yaxşı futbolçusudur. Rivera FIFA 100-ün üzvüdür. Futbolçu karyerasını başa vurduqdan sonra Rivera siyasətlə məşğul olub, Zeytun Ağacı Partiyasından Avropa Parlamentinin üzvü olub.
Canni Rodari
Canni Rodari (it. Gianni Rodari, 23 oktyabr 1920[…] – 14 aprel 1980[…], Roma) — italyan uşaq yazarı və jurnalist. == Həyatı == Canni Rodari 1920-ci il oktyabrın 23-ü İtaliyada, çörəkçi ailəsində dünyaya gəlib. Canni 10 yaşı tamam olmamış atasız qalır. Rodari və iki qardaşı – Çezare və Mario anasıyla birgə kəndə köçməli olublar, ehtiyac içində böyüyən balaca çəlimsiz Canninin qəlbində kitaba sevgi özünə yuva qurub, yaşa dolduqdan sonra isə özünü yazıçılıq işinə həsr edib. 1948-ci ildə jurnalist kimi çalışarkən uşaqlar üçün də əsərlər yazmağa başlayır. Bu sahədə böyük uğur qazanıb. C.Rodari yaradıcılığa şeirlə başlayıb, 1951-ci ildə “Şən şeirlər kitabçası” adlı ilk şeir kitabını buraxdırıb, daha sonra isə ona dünya şöhrəti qazandıran “Çippolinonun macəraları” kitabını yazıb. Tezliklə populyarlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə “Çipollino” nağıl-filmi çəkilir. 1970-ci ildə yazıçı çox prestijli Hans Kristian Andersen mükafatını alır.
Canni Versaçe
Canni Versaçe (it. Gianni Versace; 2 dekabr 1946[…], Recco Kalabriya, Kalabriya – 15 iyul 1997[…]) — İtaliyalı geyim dizayneri. == Mükafatları == Ordine al merito della Repubblica Italiana-nın komandoru.
Canni İnfantino
Covani Infantino (23 mart 1970, Briq-Qlis[d]) — FİFA-nın IX prezidenti. == Həyatı == Covani Infantino 23 mart 1970-cı ildə İsveçrədə anadan olub. Hal-hazırda FIFA -nın prezidentidir. 2000-cı ildə UEFA ilə işləməyə başlayıb və UEFA-nın Hüquqi İşlər Direktoru olub. Yanvarın 2004-də Klubu Lisenziyalaşdırma Şöbəsinə təyin olunub. 26 Fevral 2016-ci ildə o, 3 il müddətinə FİFA Prezidenti seçilib. İtalyan mənşəlidir. O, İtalyan, Fransız və Alman dillərində sərbəst danışa bilir. Universitetdə hüquq təhsili alıb və həmçinin İngilis, İspan və Ərəb Dillərində bilir.
Canni Morandi
Canni Morandi (it. Gianni Morandi; 11 dekabr 1944) — məşhur İtaliya müğənnisi. Onun populyarlıq zirvəsi 1960-cı illərə təsadüf etməsinə baxmayaraq, artist bu günədək uğurla çalışmağa davam edir, tez-tez qastrol turlarına çıxır. 1970-ci ildə Morandi İtaliyanı 1970 Avroviziya Mahnı Müsabiqəsində "Occhi di ragazza" (“Qızın Gözləri”) mahnısı ilə təmsil edir və orada 8-ci yeri tutur. 1987-ci ildə 42 yaşlı müğənni Sanremo musiqi festivalında "Si può dare di più" (“Daha çoxunu verə bilərsən”) mahnısı ilə festivalın qalibi olur. Ümumilikdə Canni Morandi 35 albom buraxıb və 400-dən çox mahnı ifa edib. == Albomlar == Gianni Morandi (1963) Ritratto di Gianni (1964) Gianni 3 (1966) Per amore... Per magia... (1967) Gianni 4 – Un mondo d'amore (1967) Gianni 5 (1968) Gianni 6 (1970) Gianni 7 (1970) Un mondo di donne (1971) Il mondo cambierà (1972) Jacopone (1973) Il mondo di frutta candita (1975) Per poter vivere (1976) Old Parade Morandi (1978) Abbraciamoci (1979) Cantare (1980) Morandi (1982) La mia nemica amatissima (1983) Immagine italiana (1984) Uno su mille (1985) Le italiane sono belle (1987) Dalla/Morandi (1988) Varietà (1989) Morandi Morandi (1992) Morandi (1995) Celeste azzurro e blu (1997) Come fa bene l'amore (2000) L'amore ci cambia la vita (2002) A chi si ama veramente (2004) Il tempo migliore (2006) Canzoni da non perdere (2009) Bisogna vivere (2013) D'amore d'autore (2017) Evviva!
Canni Di Venanso
Canni Di Venanso (it. Gianni di Venanzo; 18 dekabr 1920[…], Teramo, Abruttso – 3 yanvar 1966 və ya 3 fevral 1966, Roma) — italyan kinooperatoru. == Həyatı == O, bir neçə görkəmli rejissorla birgə çalışmışdır. Eləcə də Mikelancelo Antonioninin "Şəhərdə məhəbbət", "Qız dostları", "Çığırtı", "Gecə" filmlərində işləmişdir. Fellininin "Səkkiz yarım" filmindəki əməkdaşlığı onun ən uğurlu işlərindən biri sayılır. Onun sonuncu filmi Cozef L. Menkiviksin "Bal qabı" (1967) filmi olmuşdur. Onun karyerası 45 yaşında ikən Romada qəfil ölümü ilə yarımçıq qalır. == Filmoqrafiya == Səkkiz yarım (film, 1963) / 8 ½ == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Çanneld-Skablends
Çanneld-Skablends (ing. Channeled Scablands) — Şimali Amerikanın Kolumbiya platosu ərazisində yerləşir. Nəhəng su axınları və buz gölünün fəaliyyəti nəticəsində yaranmışdır. İnzibati cəhətdən ABŞ-nin Vaşınqton ştatı ərazisində yerləşir. «Çanneld-Skablends» adını missul axınlarının təstiqləyən Con Harlet vermişdir (ing. J. H. Bretz). Belə ki, bu bu coğrafi obyektlərin vadi ilə eyni morfologiyaya malik olmaması ilə əlaqədar Kolumbiya platosunda olan bu yataqları «kanal» olaraq adlandırmışdır. Bundan sonra ərazi «The Channeled Scabland» adlandırılmışdır. Bu tip coğrafi obyektlər Altayda da aşkarlandığından Skeblend termini leksikona daxil olmuşdur. Bu hadisəni həmcinin V. R. Beyker, Q. Komasu və digərləridə araşdırmışdır Rudoy A.N. Glacier-Dammed Lakes and geological work of glacial superfloods in the Late Pleistocene, Southern Siberia, Altai Mountains // Quaternary International.
Çannel-Aylends
Normand adaları (fr. îles Anglo-Normandes) və ya Çannel-Aylends (ing. Channel Islands) — La-Manş boğazında, Fransa sahilləri yaxınlıqlarında adalar qrupu. Birləşmiş Krallığa məxsusdur. Sahəsi 196 km²-dir. İki böyük (Cersi və Gernsi) və bir neçə kiçik adadan ibarətdir. Qranik və qneyslərdən təşkil olunmuşdur. Bostançılıq, heyvandarlıq və balıqçılıqla məşğul olunur. Əsas şəhəri Sent-Heliyerdir. Adaların ümumi əhalisi 2018-ci ildə 170,499 nəfər idi.
Çannel adaları
Kaliforniya Çannel adaları və ya sadəcə Çannel adaları — ABŞ-nin Kaliforniya ştatının cənubunda 8 adadan ibarət arxipelaq. Adaların beşi Çannel Adaları Milli Parkının bir hissəsidir.
Kaliforniya Çannel adaları
Kaliforniya Çannel adaları və ya sadəcə Çannel adaları — ABŞ-nin Kaliforniya ştatının cənubunda 8 adadan ibarət arxipelaq. Adaların beşi Çannel Adaları Milli Parkının bir hissəsidir.
Çannel Adaları Milli Parkı
Çannel Adaları Milli Parkı (ing. Channel Islands National Park) — ABŞ-nin Kaliforniya ştatının cənub sahillərində yerləşən 8 Çannel adasının 5-ni əhatə edən milli park. Milli parkın sahəsi 1 009,94 km²-dır və ABŞ Milli Park Xidməti tərəfindən idarə olunur. Çannel adaları Kaliforniyanın Sakit okean sahillərində yerləşən 8 adasıdır. Bu adalar yaşayış məskənlərinə yaxın olsalar da dəniz yolunun çətin olması və kimsəsiz olmaları səbəbi ilə inkişaf göstərməmişdirlər. 26 aprel 1938-ci ildə ABŞ prezidenti Franklin Ruzveltin bir qərarnaməsi ilə bu adalar "milli abidə" elan edilmiş və bu adalardakı təbii qoruma federal dairə-büro Milli Park Xidmətinə verilmişdir. Amma bu qoruma ancaq 8 adadan 5-nə tədbiq edilmişdir. Həmçinin o zaman 100,994 hektar sahəsi olan Çannel Adaları Milli Abidəsinin ərazisinin ancaq 31,978 hektarı federal dövlət sahibliyi altında olmuşdur. Bu adalar arasında ən böyüyü olan Santa Kruz adasının 76 %-i Təbiət Qorunağı quruluşu sahibliyi altında olub bu quruluş tərəfindən idarə olunmaqdadır. Bu milli abidə 1976-cı ildə Milli Biokürə Qoruğu elan edilmişdir.