Canni Rodari (it. Gianni Rodari, 23 oktyabr 1920[1][2][…] – 14 aprel 1980[2][3][…], Roma[4]) — italyan uşaq yazarı və jurnalist.
Canni Rodari | |
---|---|
it. Gianni Rodari | |
Doğum adı | Giovanni Francesco Rodari |
Doğum tarixi | 23 oktyabr 1920[1][2][…] |
Vəfat tarixi | 14 aprel 1980[2][3][…] (59 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri |
|
Fəaliyyəti | yazıçı, pedaqoq, jurnalist, ssenarist, şair, maarifçi, söz yazıçısı[d], yazıçı, uşaq ədəbiyyatı yazıçısı |
Əsərlərinin dili | italyan dili |
Janr | uşaq ədəbiyyatı |
Mükafatları | |
giannirodari.it | |
Canni Rodari Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Canni Rodari 1920-ci il oktyabrın 23-ü İtaliyada, çörəkçi ailəsində dünyaya gəlib. Canni 10 yaşı tamam olmamış atasız qalır. Rodari və iki qardaşı – Çezare və Mario anasıyla birgə kəndə köçməli olublar, ehtiyac içində böyüyən balaca çəlimsiz Canninin qəlbində kitaba sevgi özünə yuva qurub, yaşa dolduqdan sonra isə özünü yazıçılıq işinə həsr edib. 1948-ci ildə jurnalist kimi çalışarkən uşaqlar üçün də əsərlər yazmağa başlayır. Bu sahədə böyük uğur qazanıb. C.Rodari yaradıcılığa şeirlə başlayıb, 1951-ci ildə “Şən şeirlər kitabçası” adlı ilk şeir kitabını buraxdırıb, daha sonra isə ona dünya şöhrəti qazandıran “Çippolinonun macəraları” kitabını yazıb. Tezliklə populyarlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə “Çipollino” nağıl-filmi çəkilir. 1970-ci ildə yazıçı çox prestijli Hans Kristian Andersen mükafatını alır. “Celsomino Yalançılar Ölkəsində” Canni Rodarinin ikinci uşaq romanıdır.