Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Carlina
Yumaqotu (lat. Carlina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Darvin
Yaşayış məntəqələri Darvin (şəhər) — Avstraliyada şəhər. Quşlar Darvin tinamusu — quyruqsuz tinamu cinsinə aid heyvan növü. Darvin nandusu — nandu cinsinə aid heyvan növü. Digər Darvinizm — Çarlz Darvinin baxışlarına əsaslanan, Yer kürəsində üzvi aləmin materialist təkamülü (tarixi inkişafı) nəzəriyyəsi.
Carlina acanthifolia
Gövdəsiz yumaqotu (lat. Carlina acanthifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yumaqotu cinsinə aid bitki növü.
Carlina acarna
Picnomon (lat. Picnomon) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Picnomon acarna (L.) Cass. Sinonim Carduus acarna L. Carlina acarna (L.) M.Bieb. Carthamus canescens Lam. Cirsium acarna (L.) Moench Cirsium pisidium Wettst.
Carlina aculeata
Heterorhachis (lat. Heterorhachis) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Heterorhachis aculeata (Burm.f.) Roessler Sinonim Berkheya eryngiifolia Less. Berkheya palmata (Thunb.) Willd. Berkheya pinnata (Thunb.) Less. Carlina aculeata Burm.f. Crocodilodes eryngiifolium (Less.) Kuntze Crocodilodes palmatum (Thunb.) Kuntze Crocodilodes pinnatum (Thunb.) Kuntze Heterorhachis spinosissima Sch.Bip. ex Walp. Rohria palmata Thunb. Stobaea pinnata Thunb.
Mentha cervina
Mentha cervina (lat. Mentha cervina) – dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü.
Carlina vulgaris
Calvin Klein
Calvin Klein – geyim və ətir firması. Firma 1968-ci ildə Nyu-Yorkda Barri Şvars və dostu Kelvin Kleyn tərəfindən yaradılıb. 1978-ci ildə Kleyn dünyada ilk dəfə cinsləri podiumda nümayiş etdirməklə və dizaynlı cinsləri satışa çıxarmaqla moda aləmində sözün həqiqi mənasında dizayn dönüşü edir. Geyimlərlə yanaşı "Calvin Klein" kişi və qadınların ürəyini riqqətə gətirən ətirləri ilə də məşhurdur. 3 dəfə "Coty" mükafatına, 4 dəfə mili "American Fashion Awards"-a layiq görülən "Calvin Klein" ən çox satılan elit parfüm və kosmetika brendi kimi tanınır. Brendin ilk ətiri 1981-ci ildə istehsal edilib. İndiyə qədər 61 adda ətir təqdim edilib.
Carine noctua
Dam xarabaçılı (lat. Athene noctua) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin xarabaçıl cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 25 sm, kütləsi 150-170 q-a çatır. Erkək və dişilərinin rəng çalarları oxşardır: beli açıq qəhvəyi və ya qumsal, kürək lələklərində dairəvi ağ xallar var. Mərkəzi və Cənubi Avropada, Şimali Afrikada və Asiyada (Asiyanın şimalı istisnadır) yayılıb. Oturaq həyat tərzi keçirir. Kiçik gəmiricilərlə, həşəratlarla, nadir hallarda isə kiçik quşlarla qudalanır.
Carvis adası
Carvis adası – ABŞ-nin Sakit okeanda yerləşən qeyri-məskun adası. Ümumi sahəsi 4,5 km²-dır.
Darvin (şəhər)
Darvin — Avstraliyanın şimalın­da şəhər 1869-cu ildə indiki Darvinin yerində salınmış Palmerston məskəninin sürətli inkişafı 1880-ci illərin əvvəllərində başlamışdır (Palmerstondan cənubda yerləşən Payn-Krik şəhərinin yaxınlığında qızıl yataqları aşkarlandı). 1911-ci ildə Ç.Darvinin şərəfinə Darvin adlandırılmışdır. İkinci dünya müharibəsi zamanı Yaponiya aviasiyasının bombardmanı nəticəsində böyük dağıntılara məruz qalmışdı. 1959-cu ildə şəhər statusunu almışdır. 1974-cü ilin dekabrında Treysi qasırğası nəticəsində Darvindəki tikililərin təqribən 70%-i dağılmışdı. Ç.Darvin Universiteti (2003; Darvinin şimalında Kasyuarayna şəhərətrafında yerləşir), Şimal Ərazisi Kitabxanası (1950), Şimal Ərazisi incəsənət muzeyi və qalereyası (1969), akvarium var. 1991-ci ildən iki ildə bir dəfə Avstraliya və qonşu ölkələrin idmançılarının iştirakı ilə Arafur oyunları; həmçinin kriket, Avropa və Avstraliya futbolu, avtomobil və atçılıq idmanı üzrə müxtəlif yarışlar keçirilir. Şəhərin iqtisadiyyatında xidmət sferası üstünlük təşkil edir (işləyənlərin təqribən 90%-i, əsasən ticarət və turizmsahəsində). Darvində və şəhərətrafında çoxsaylı parklar, bağlar və çimərliklər yerləşir. Avstraliya ordusunun hərbi bazası (o cümlədən sülhməramlı əməliyyatlar həyata keçirən əsgər kontingenti) Darvin rayonundadır.
Darvin mükafatı
Darvin Mükafatları – 1985-ci ildə Usenet xəbər şəbəkəsinin müzakirələri zamanı yaranan virtual mükafat. 1994-cü ildən verilən mükafat hər il ən axmaq üsulla ölən və ya uşaq sahibi olmaq qabiliyyətini itirən və nəticədə bəşəriyyətin gen fonduna öz töhfəsini vermək imkanından özünü məhrum edən şəxslərə virtual olaraq təqdim olunur. Mükafatın verilmə səbəbi: Layihə 1993-cü ildə veb-saytın yaradılması ilə daha rəsmiləşdi, ardınca 2000-ci ildə Vendi Norskat tərəfindən başlayan bir sıra kitablar çıxdı. Mükafatların meyarında deyilir: "Çarlz Darvinin ruhuna uyğun olaraq, Darvin Mükafatları öz həyatlarını qurban verərək genefondumuzu qoruyan şəxslərin xatirəsini yad edir. Darvin Mükafatı laureatları özlərini qeyri-adi, axmaq şəkildə aradan qaldırır və bununla genlərimizin uzunmüddətli sağ qalma şansını artırırlar." Darvin Mükafatlarının mənşəyini hələ 1985-ci ildə Usenet qrup müzakirələrindəki yazılardan görmək olar. 7 avqust 1985-ci il tarixli bir yazıda mükafatların "ölümündən sonra genlərini hovuzumuzdan uzaq tutmaq üçün böyük fədakarlıq edən insanlara verilir" kimi təsvir edilir. Üslub önəmlidir, öz axmaqlığından ölən hər kəs qalib gələ bilməz." Bu ilk yazıda avtomatı başı üzərinə çəkən və içəri girmək istəyərkən əzilərək ölən bir şəxs nümunəsi göstərilir. Vendi Norskat deyir ki, Norskat tərəfindən idarə olunan rəsmi "Darvin Mükafatları" vebsaytı təqdim olunan bütün hekayələri təsdiqləmək üçün əlindən gələni edir və onları "Darvin tərəfindən təsdiqlənmişdir" kimi sadalayır. İnternetdə yayılan virus e-poçtlarının çoxu saxtakarlıq və şəhər əfsanələridir. ABŞ-nin Şimali Karolina ştatında yaşayan 47 yaşlı Ken Çarlz Barger gecə radələrində telefon zənginə oyanıb.
Darvin nandusu
Darvin nandusu (lat. Rhea pennata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin nandukimilər dəstəsinin nandular fəsiləsinin nandu cinsinə aid heyvan növü.
Darvin tinamusu
Darvin tinamusu (lat. Nothura darwinii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin quyruqsuz tinamu cinsinə aid heyvan növü.
Darvin zirinci
Darvin zirinci (lat. Berberis darwinii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Darvin çıxıntısı
Darvin çıxıntısı — insan qulağının heliks adlandırılan üst qığırdağında olan, anadangəlmə çıxıntıdır. Təkamül olaraq primatlardan qaldığı deyilir. Darvin çıxıntısı məməlilərin çoxunda var və insanlar da bunun xaricində deyil. Heyvanlarda səslərə diqqət yetirmək üçün (əsasən təhlükə səslərinə) istifadə edilməkdədir, lakin insanlarda artıq hər hansı bir funksiyası yoxdur. İnsanların yalnız 10%-da keçmişimizə aid olan bu qalıq gözə çarpan vəziyyətdədir, lakin ehtimalla insanların daha çoxunda bu qalıq mövcuddur, sadəcə daha diqqətə çarpan olmağını təmin etməyən geni daşıdıqları səbəbindən qalıq gözə çarpmır. Bu nöqtə (fotoşəkildə gördüyünüz) kiçik qalın bir çıxıntıdır və qulağın yuxarı və orta hissələrinin birləşdiyi yerdədir.
"Darvin" mükafatı
Darvin Mükafatları – 1985-ci ildə Usenet xəbər şəbəkəsinin müzakirələri zamanı yaranan virtual mükafat. 1994-cü ildən verilən mükafat hər il ən axmaq üsulla ölən və ya uşaq sahibi olmaq qabiliyyətini itirən və nəticədə bəşəriyyətin gen fonduna öz töhfəsini vermək imkanından özünü məhrum edən şəxslərə virtual olaraq təqdim olunur. Mükafatın verilmə səbəbi: Layihə 1993-cü ildə veb-saytın yaradılması ilə daha rəsmiləşdi, ardınca 2000-ci ildə Vendi Norskat tərəfindən başlayan bir sıra kitablar çıxdı. Mükafatların meyarında deyilir: "Çarlz Darvinin ruhuna uyğun olaraq, Darvin Mükafatları öz həyatlarını qurban verərək genefondumuzu qoruyan şəxslərin xatirəsini yad edir. Darvin Mükafatı laureatları özlərini qeyri-adi, axmaq şəkildə aradan qaldırır və bununla genlərimizin uzunmüddətli sağ qalma şansını artırırlar." Darvin Mükafatlarının mənşəyini hələ 1985-ci ildə Usenet qrup müzakirələrindəki yazılardan görmək olar. 7 avqust 1985-ci il tarixli bir yazıda mükafatların "ölümündən sonra genlərini hovuzumuzdan uzaq tutmaq üçün böyük fədakarlıq edən insanlara verilir" kimi təsvir edilir. Üslub önəmlidir, öz axmaqlığından ölən hər kəs qalib gələ bilməz." Bu ilk yazıda avtomatı başı üzərinə çəkən və içəri girmək istəyərkən əzilərək ölən bir şəxs nümunəsi göstərilir. Vendi Norskat deyir ki, Norskat tərəfindən idarə olunan rəsmi "Darvin Mükafatları" vebsaytı təqdim olunan bütün hekayələri təsdiqləmək üçün əlindən gələni edir və onları "Darvin tərəfindən təsdiqlənmişdir" kimi sadalayır. İnternetdə yayılan virus e-poçtlarının çoxu saxtakarlıq və şəhər əfsanələridir. ABŞ-nin Şimali Karolina ştatında yaşayan 47 yaşlı Ken Çarlz Barger gecə radələrində telefon zənginə oyanıb.
Marvin Gey
Marvin Pents Gey, kiçik (ing. Marvin Pentz Gay, Jr.; 2.4.1939 — 1.4.1984) — amerikalı müğənni, aranjemançı, bəstəkar və prodüser. Stivi Uanderlə birlikdə müasir ritm-ənd-blyuz musiqisinin ilk ifaçılarından biridir. 45 illiyinə bir gün qalmış ailə münaqişəsi zəminində atası tərəfindən odlu silahla qətlə yetirilmişdir. 1960-cı illərdə Marvin "How Sweet It Is (To Be Loved By You)" və "I Heard It Through the Grapevine" mahnıları və Meri Uells və Temmi Terrel ilə oxuduğu duetlərlə "Motown Records" səsyazma şirkətinin səsinə çevrildi. Sonradan o, "Motaunun şahzadəsi" və "Soulun şahzadəsi" ləqəblərini qazandı. 1970-ci illər ərzində o, "What's Going On" və "Let's Get It On" konsept-albomlarını buraxmış və "Motown"da öz prodüser şirkətinin buxovlarından azad olan ilk sənətçi olmuşdu. 1982-ci ildə o, "Sexual Healing" və "Midnight Love" albomlarını buraxmış, birinci albom həmin il Qremmi mükafatına layiq görülmüşdü. Marvin Gey 45 yaşının tamam olmasından bir gün əvvəl, 1 aprel 1984-da ailə mübahisəsi zamanı atası tərəfindən öldürüldü. Marvin Gey ölümündən sonra da bəzi mükafatlara layiq görülmüş, o cümlədən 1987-ci ildə Rok-n-Rol Şərəf Zalına daxil edilmiş və 1996-cı ildə isə "Ömürboyu uğurlarına görə" Qremmi mükafatı ilə mükafatlandırılmışdır.
Marvin Minski
Marvin Minski (ing. Marvin Lee Minsky; 9 avqust 1927[…], Nyu-York, Nyu-York ştatı[…] – 24 yanvar 2016[…], Boston) — Kompüter elmləri üzrə görkəmli alimlərdən biri; tədqiqatları nəzəri və praktik olaraq süni intellekt, neyron şəbəkələr, Türinq maşınları və rekursiv funksiyalar istiqamətləri üzrə bir sıra yeniliklərin əsasını qoyub. O, maşın qrafikası və kompüter həndəsəsi, kosmik tədqiqatlar üçün yeni texnologiyalar və digər sahələrə əvəzsiz töhfə verib. Minski eyni zamanda intellektual robot texnikasının pionerlərindən biridir. Marvin Minski 9 avqust 1927-ci ildə Nyu-Yorkda yəhudi ailəsində dünyaya gəlib. Fildston məktəbi və Bronks ali elmi məktəbində orta təhsilini alıb. Daha sonra Massaçusets ştatının Endover şəhərciyində Filllips Akademiyasını bitirib. Amerika hərbi dəniz silahlı qüvvələrində 1944-45-ci illərdə xidmət edib. Harvard Universitetində (1950) riyaziyyat üzrə bakalavr dərəcəsi və Prinston Universitetində (1954) "Neyron şəbəkələri və beyin modelinin problemi" işi üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Minski hələ Harvardda təhsil alarkən ilk konfokal skan edici mikroskopu hazırlayıb.
Marvin Plattenhardt
Marvin Plattenhardt (26 yanvar 1992) — müdafiəçi mövqeyində çıxış edən Almaniya peşəkar futbolçusu.
Çarlz Darvin
Çarlz Robert Darvin (ing. Charles Robert Darwin; 12 fevral 1809–19 aprel 1882) — ingilis naturalisti və səyyahı, çağdaş təkamül nəzəriyyəsinin təməlini qoymuş ingilis təbiətşünası. 1859-cu ildə özünün məşhur Növlərin mənşəyi kitabını yazmışdır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Çarlz Darvin 1809-cu il fevral ayının 12-də Şrusberi şəhərində həkim ailəsində anadan olmuşdur. Darvin anasını erkən yaşında itirmişdir. Edinburq Universitetində Tibb üzrə təhsil almışdır, lakin öz istəyi olmadığı üçün yarımçıq qoymuşdur. Daha sonra 1827-ci ildə Kembric Universitetinin İlahiyyat fakultəsinə daxil olmuşdur. Universiteti qurtaran kimi 1831-ci il dekabrın 27-də "Biql" gəmisində təbiətşünas kimi səyahətə çıxmışdır. Səyahət zamanı Qalapaqos adalarında, Tenerife adasında, Kokos adalarında, Braziliya sahillərində, Argentinada, Uruqvayda, Odlu Torpaqda, Tasmaniyada olmuşdur.
Darvin Nunyes
Darvin Nunyes (24 iyun 1999, Artiqas[d]) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu.
Darvin (soyad)
Darvin — Dünyada işlədilən soyad. Çarlz Darvin — çağdaş təkamül təliminin təməlini qoymuş ingilis təbiətşünası. Erazm Darvin — ingilis həkimi, təbiətşünası, ixtiraçı və şairi.
Erazm Darvin
Erazm Darvin (ing. Erasmus Darwin; 12 dekabr 1731[…] – 18 aprel 1802[…]) — ingilis həkimi, təbiətşünası, ixtiraçı və şairi. İngilis maarifçiliyinin ən görkəmli simalarından biri. Derbi Fəlsəfə Cəmiyyətinin təsisçisi, Lichfield Botanika Cəmiyyətinin təşkilatçısı və Lunar Cəmiyyətinin yaradıcılarından biri, London Kral Cəmiyyətinin üzvü. O, köləliyin əleyhdarı idi və qadınların təhsil almasını müdafiə edirdi. Təkamülçü Çarlz Darvinin babası və antropoloq Frensis Qalton, həkim Robert Darvinin atası. İsveç Elmlər Akademiyasının ilk prezidenti Karl Linneyin əsərlərinin ingilis dilinə tərcümələrinin müəllifidir. J.J.Russonun həmsöhbəti olmuşdur.
Marvin Harris
Marvin Harris (18 avqust, 1927- 25 oktyabr, 2001) - Amerikalı antropoloq idi. Nyu-Yorkun Bruklin şəhərində anadan olub. Məhsuldar bir yazıçı olub, mədəni materializmin və ekoloji determinizmin inkişafında yüksək təsirə malik idi. O, öz əsərlərində Karl Marksın istehsal qüvvələrinə verdiyi vurğu ilə Tomas Maltusun demoqrafik amillərin sosial-mədəni sistemin digər hissələrinə təsiri haqqında fikirlərini birləşdirirdi. Demoqrafik və istehsal faktorlarını infrastruktur kimi etiketləyən Harris bu amilləri cəmiyyətin sosial quruluşunu və mədəniyyətini müəyyən etmək üçün əsas kimi göstərmişdir. 1968-ci ildə "Antropoloji nəzəriyyənin yüksəlişi" nəşr olunduqdan sonra, Harris karyerasının qalan hissəsində antropoloqların mədəni-ekoloji əlaqələrə marağını cəmləşdirməyə kömək edib. Onun bir çox nəşrləri sadə oxucular arasında geniş tiraj qazanmışdır. Peşəkar həyatı boyu Harris həm sadiq izləyicilər, həm də xeyli tənqidlər çəkdi. O, Amerika Antropoloji Assosiasiyasının illik yığıncaqlarında müntəzəm olaraq iştirak edirdi və burada alimləri yerdən, kürsüdən sorğu-suallara məruz qoyurdu. O, insanın mənşəyini və insan mədəniyyətlərinin təkamülünü izah edən qlobal proseslərlə maraqlanan bir generalist hesab olunur.
Darlinq
Darlinq (ing. Darling) — Avstraliyanın cənub-şərqindən axan çay, Murrey çayının sağ qolunu təşkil edir. Uzunluğuna görə Avstraliyanın ikinci çayıdır. Yuxarı axarlarda Kalqoa çayı ilə birləşənə qədər Dumerik, Makintayr və Bauron adlanır. Başlanğıcını Nyu-İnqlend silsiləsindən Bourk şəhəri yaxınlığından götürür. Çayın uzunluğu 2740 km təşkil edir. Hövzəsinin sahəsi 710000 km²-dir. Əsasən yağış və yer altı suları ilə qidalanır. Səviyəsi 6–8 m arasında dəyişir. Quraq illərdə aşağı axarları quruyur.
Dayvinq
Dayvinq və ya dalğıclıq — xüsusi avadanlıqlarla uzun müddət su altında qalma üzrə idman növü. İnsanlar qədimdən su altında uzun müddətlər qalmağa çalışmışlar. E.ə. 500 illərinə aid şəkillərdə heyvan dərilərindən hazırlanmış tuluqdakı havanı tənəffüs edərək su altında olan Qədim Yunan dalğıclar təsvir edilmişdir. Xüsusilə, batan gəmilərdəki yüklərin çıxardılması ehtiyacı insanları daha dərinə enmək və orada daha uzun müddət qala bilmək üçün yeni icadlar etməyə məcbur etmişdir. Bu zaman su altında qalanlar xüsusi zənglərdən istifadə etməyə başlamışlar. Jül Vernnin "20 000 lye su altında" kitabında su altə aparatlardan bəhs edilir. Ancaq dalğıclıqda ən böyük inqilab 1943-də Fransız ixtiraçı Kapitan Kustonun (Jak-İv Kusto) inkişaf etdirdiyi requlyator sayəsində olmuşdur. Kustonun "su ciyəri" adını verdiyi aparat yüksək təzyiqli bir balon və tək pilləli requlyatordan ibarət idi. O insanın su səthindəki havaya heç bir ehtiyacı olmadan su dərinliyinə enib uzun müddətlər orada qala bilməsinə imkan vermişdir.
Cirinq
Çarıq
Çarıq — ayaq üçün nəzərdə tutulan geyim növü. Ayağı fiziki zədələnmələrdən və soyuqdan qoruyur. Yüngül və ucuz başa gəlməsi, çöl-təsərrüfat işləri zamanı əlverişli olması çarığı əhalinin böyük əksəriyyətinin ayaq geyiminə çevirmişdir. Çarıq həm aşılanmış həm də xam göndən tikildiyinə görə, onu satın almaqla və ya hər kəs özü tikməklə əldə edirdi. Hər kəsin gündəlik geydiyi çarıqdan başqa, peşəkar çarıqçılar tərəfindən tikilən və rəngli bağları olan 1–2 cüt çarığı da olurdu ki, onu adətən bayram və məişət şənlikləri zamanı, eləcə də şəhərə-bazara gedərkən geyirdilər. İl ərzində 6–12 –yə qədər çarığa ehtiyac olurdu. Bəzən imkansız adamlar çarıq dağılan zaman onun altına göndən və ya qalın parçadan "döşəmə" salıb geyirdilər. Azərbaycanda kişi çarıqlarının "kotuğu", "quşburnu", "qızqaytaran", "kalmanı", "xəlbirqırağı", "quşgözü", "təkburun" əcəmi, "üçburun", "qarabağı" və s. kiçik biçim tərzinə və tikiş texnikasına görə fərqlənən müxtəlif növləri olmuşdur. Bəzi etnoqrafik bölgələrdə (Naxçıvan Lənkəran-Astara və s.) qismən də olsa həsirdən hazırlanan "həsir çarıq"lara da təsadüf olunurdu.
Devid Hardinq
Devid Hardinq (avqust 1961, Oksford) — İnvestisiyaların idarə olunması üzrə Vinton Qrup-un yaradıcısı və rəhbəridir. 1961-ci ilin avqustunda İngiltərədə, London şəhərində anadan olmuşdur. Kembric Universitetində təbiət elmləri üzrə təhsil almışdır.
Florens Hardinq
Florens Klinq Hardinq (ing. Florence Harding; 15 avqust 1860[…], Marion[d], Ohayo – 21 noyabr 1924[…], Marion[d], Ohayo) — ABŞ-nin Prezidenti Uorren Hardinqin həyat yoldaşıdır.
Uorren Hardinq
Uorren Qamaliel Hardinq (ing. Warren Gamaliel Harding; 2 noyabr 1865[…] – 2 avqust 1923[…]) — Amerika Birləşmiş Ştatlarının 29-cu prezidenti (1921–1923). 1920-ci ilin noyabr ayında keçirilmiş prezident seçkilərində respublikaçıların nümayandəsi Hardinq prezident seçildi. O, Oqayo ştatından idi. Uorren Hardinq hökuməti ilk növbədə iqtisadiyyatın dövlət tənzimlənməsinə ayrılan büdcə xərclərinin azaldılması təklifi ilə konqresdə çıxış etdi. O, "normal zaman" və "normal qaydalar" şüarını irəli sürərək fərdiyyətçilik prinsipini əsas götürdü. Hökumət şəxsi biznesin inkişafına xüsusi fikir verdi. Əməklə kapital arasında əməkdaşlıq yaradılması məqsədilə həmkarlar ittifaqları assosiasiyaları yaradıldı. 1921-ci ildə 1920-ci illə müqayisədə federal hökumətin xərcləri iki dəfə aşağı düşərək 3,3 milyard dollar təşkil etdi. 1920-ci ilin yayında ölkədə iqtisadi böhran başlandı, istehsal aşağı endi.
Vorren Hardinq
Uorren Qamaliel Hardinq (ing. Warren Gamaliel Harding; 2 noyabr 1865[…] – 2 avqust 1923[…]) — Amerika Birləşmiş Ştatlarının 29-cu prezidenti (1921–1923). 1920-ci ilin noyabr ayında keçirilmiş prezident seçkilərində respublikaçıların nümayandəsi Hardinq prezident seçildi. O, Oqayo ştatından idi. Uorren Hardinq hökuməti ilk növbədə iqtisadiyyatın dövlət tənzimlənməsinə ayrılan büdcə xərclərinin azaldılması təklifi ilə konqresdə çıxış etdi. O, "normal zaman" və "normal qaydalar" şüarını irəli sürərək fərdiyyətçilik prinsipini əsas götürdü. Hökumət şəxsi biznesin inkişafına xüsusi fikir verdi. Əməklə kapital arasında əməkdaşlıq yaradılması məqsədilə həmkarlar ittifaqları assosiasiyaları yaradıldı. 1921-ci ildə 1920-ci illə müqayisədə federal hökumətin xərcləri iki dəfə aşağı düşərək 3,3 milyard dollar təşkil etdi. 1920-ci ilin yayında ölkədə iqtisadi böhran başlandı, istehsal aşağı endi.
Kayri İrvinq
Kayri Örvinq (23 mart 1992, Melburn, Viktoriya, Avstraliya) peşəkar basketbolçu. Avstraliyanın Melburn şəhərində anadan olub. NBA-də Dallas Maveriks komandasında çıxış edir. Örvinq Klivlend Kavalersə qatılmamışdan öncə Duke Blu Devils kollec komandasında çıxış edirdi. 2014-cü ildə o, NBA All-Starın ən dəyərli oyunçusu seçildi. 2016-cı ildə komandası Klivlend Kavalers Qolden Steyt Uorriorzu məğlub edərək NBA çempionu oldu. 2017-ci il finalı da bu iki komanda arasında oldu və bu dəfə Qolden Steyt qalib gəldi. Bu oyundan sonra Kayri İrvinq Boston Seltiksə transfer edildi.