Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hipparkos Kataloqu
Hipparkos kataloqu (HIP) — Hipparcos kosmik teleskopu ilə 1989-1993-cü illərdə ulduzların qeydə alındığı kataloq. Ən dəqiq ulduz kataloqu hesab edilir.
Köxel kataloqu
Köxel kataloqu (alm. Köchel-Verzeichnis‎, ing. Köchel catalogue) — Lüdviq fon Köxel tərəfindən yaradılmış Volfqanq Amadey Motsartın əsərlərinin xronoloji ardıcıllıqla sıralandığı kataloqdur. Adətən K. və ya KV. abbreviaturası ilə qeyd edilir. Əsərlərin Köxel kataloqundakı sıra nömrələri onların bəstəkarın yaradıcılıq xronologiyasında tutduğu yeri göstərməklə, həm də əsərin özünə qısa istinad verir. Köxelin sırlamasına görə "Rekviyem re-minor" Motsartın 626-cı əsəri olduğuna görə "К. 626" nömrəsi ilə qeyd edilir; lakin, Köxelin orijinal kataloqu (1862) iki dəfə redaktə edilmişdir və buna görə də bəzi əsərlər (məsələn "Valtorn üçün birinci konsert K.(412+514)/386b") üç KV. nömrəsinə malikdir. == Tarixi == Motsartın vəfatından sonrakı onilliklərdə onun əsərlərinin kataloqlaşdırılmasına bir neçə dəfə cəhd edilmişdir. Franz Qlyesner və İohann Anton Andre tərəfindən hazırlanmış kataloq tam olmasa da 1833-cü ildə çap edilmişdir. Motsartın əsərlərinin əhatəli tam kataloqu Lüdviq fon Köxel tərəfindən hazırlanmış və 1862-ci ildə ilk dəfə nəşr edilmişdir. Köxelin 551 səhifəlik kataloqu “Chronologisch-thematisches Verzeichnis sämmtlicher Tonwerke W. A. Mozarts” (azərb.
Ulduz kataloqu
Ulduz kataloqu — ulduzları siyahıya alan astronomik kataloq. Astronomiyada bir çox ulduz sadəcə kataloq nömrələri ilə ifadə edilir. İllər ərzində fərqli məqsədlər üçün çıxarılmış çox sayda fərqli ulduz kataloqu var. Ulduz kataloqu babillilər, yunanlar, çinlilər, farslar və ərəblər də daxil olmaqla bir çox xalq tərəfindən yaradılmışdır. Müasir kataloq elektron formatda mövcuddur və sərbəst kosmos agentliklərinin məlumatları bazasında saxlanılır.
Aaarne-Tompson Kataloqu
Aaarne-Tompson Göstəricisi — Aarne-Tompson-Uther İndeksi (ATU İndeksi) folklorşünaslıqda istifadə olunan nağıl süjetlərinin göstəricisidir. ATU İndeksi bir qrup beynəlxalq alim tərəfindən edilən ümumiləşdirmə və təkmilləşdirmənin məhsuludur: İlk dəfə 1910-cu ildə fin folklorşünası Antti Aarne tərəfindən alman dilində tərtib edilmişdir; sonralar göstərici ingilis dilinə tərcümə edildi, təkmilləşdirildi və Amerikalı folklorşünas Stis Tompson tərəfindən genişləndirildi (1928, 1961); 2004-cü ildə isə alman folklorşünası Hans-Yorq Uter tərəfindən yenidən nəzərdən keçirilərək təkmilləşdirildi. == Nağıl növünün müəyyənləşdirilməsi == Tompson "Xalq nağılı"nda nağıl növünü belə müəyyənləşdirir: Nağıl, bir növ, müstəqil varlığa sahib olub ənənəvi xarakter daşıyır. Tam bir povest kimi izah edilə bilər və mənasından başqa heç bir nağıldan asılı deyil. Həqiqətən başqa bir nağılla izah edilə bilər, ancaq təkbaşına izah edilə bilməsi onun müstəqilliyini təsdiqləyir. Yalnız bir və ya bir neçə motivdən ibarət ola bilər. S. Tompsonun Aarne sisteminə gətirdiyi yeniliklərdən biri də zəncirvari nağılları və təsnifata daxil edilməyən nağılları ayrıca qrup şəklində verməklə Aarne sistemindəki bölgünü bir qədər genişləndirməsi oldu. Bu kimi dəyişikliklərdən sonra həmin kataloq beynəlxalq aləmdə Aarne-Tompson göstəricisi (bundan sonra AT) kimi tanınmağa başlayır. == Tarix == Avstriya konsulu İohann Georq von Hann, 1864-cü ildə nəşr olunan Yunanıstan və Albaniya folklor kitabına giriş olaraq qırx dörd nağıl "düstur"un ilkin təhlilini hazırladı. Sabine Barinq-Kold, 1866-cı ildə von Hannın siyahısını tərcümə etdi, əlli iki nağıl növünə qədər genişləndirərək, "Nağıl radikalları" kitabında çap etdirdi.