Yaylagül Ramazanova
Yaylagül Ramazanova (18 yanvar 1990) — Azərbaycanı təmsil edən oxatan.
== Həyatı ==
Yaylagül Ramazanova 18 yanvar 1990-cı il tarixində anadan olub. Kitab rəngarliğı ixtisası üzrə Azərbaycan Dövlər incəsənət akademiyasını bitirib.
== Karyerası ==
Yaylagül Ramazanova 2015-ci ilin iyununda Birinci Avropa Oyunlarında mübarizə aparıb. 2018-ci ilin iyununda Azərbaycan Çempionatının qalibi olub.
Azərbaycanı 2019-cu ildə Dünya Çempionatında, 2016, 2018, 2021 və 2022-ci illərdə isə Avropa Çempionatlarında təmsil edib.
2023-cü ilin iyununda Polşada baş tutan III Avropa Oyunlarının açılış mərasimində Yaylagül Ramazanova Azərbaycan bayrağını aparıb.
Yaylagül Ramazanova 2024-cü ilin iyununda Antalya şəhərində Dünya Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu.
== XXXIII Paris Yay Olimpiya oyunlarında çıxışı ==
Ramazanova bu idman növü üzrə olimpiada da mübarizə aparan birinci azərbaycanlı idmançı oldu. O yarışa 25 iyulda, yəni Olimpiadanın açılışından bir gün qabaq basladı.