Yaylagül Ramazanova (18 yanvar 1990[1]) — Azərbaycanı təmsil edən oxatan.
Yaylagül Ramazanova | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Yaylagül Ramazanova |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Boyu | 180 sm. |
İdman növü | Kamandan oxatma |
Məşqçisi | Natiq Fazilov |
Vikianbarda əlaqəli mediafayllar |
Yaylagül Ramazanova 2015-ci ilin iyununda Birinci Avropa Oyunlarında mübarizə aparıb. 2018-ci ilin iyununda Azərbaycan Çempionatının qalibi olub.
Azərbaycanı 2019-cu ildə Dünya Çempionatında, 2016, 2018, 2021 və 2022-ci illərdə isə Avropa Çempionatlarında təmsil edib.
2023-cü ilin iyununda Polşada baş tutan III Avropa Oyunlarının açılış mərasimində Yaylagül Ramazanova Azərbaycan bayrağını aparıb.
Yaylagül Ramazanova 2024-cü ilin iyununda Antalya şəhərində Dünya Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu.[2][3] Ramazanova bu idman növü üzrə olimpiada da mübarizə aparan birinci azərbaycanlı idmançı oldu.
Paris Olimpiadasında Yaylagül Ramazanova iyulun 25-də təsnifat mərhələsində (sıralanma turu) mübarizə apardı.[4] Həmin mərhələdə Ramazanova 647 xal topladı və 64 idmançı sırasında 39-cu pillədə başa vurdu.[5][6] Bununla da onun 1/32 final mərhələsində rəqibi Çin nümayəndəsi An Qixuan oldu.[7] İyulun 30-da gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ramazanova rəqibi üzərində 6:5 hesabı ilə qələbə qazanaraq olimpiadanın 1/16 final mərhələsinə adladı.[8][9] Bununla da Yaylagül Ramazanova bu idman növü üzrə olimpiadalarda mərhələ adlamağı bacaran birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü. Bu mərhələdə isə onun rəqibi Almaniya nümayəndəsi Mişelle Kroppen oldu.[8][10] Rəqib 2020-ci il olimpiadasının bürünc medalçısı, Dünya və Avropa Çempionatının qalibi olan 28 yaşlı təcrübəli idmançı idi.[11] Həmin görüşdə Yaylagül Ramazanova rəqibinə 2:6 hesabı ilə məğlub oldu və olimpiada da mübarizəsini 17-ci pillədə başa vurdu.[10][12] Məğlubiyyətdən sonra Yaylagül Ramazanova müsahibəsində bunları bildirdi: "Gündə 2 dəfə məşq edirdim. Təəssüf medalsız qayıdacağam. Buna baxmayaq, mənim üçün yaxşı təcrübə oldu".[13]
2 oktyabr 2024-cü ildə övladı dünyaya gəlib.[14]