Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Calophyllum chapelieri
Calophyllum chapelieri (lat. Calophyllum chapelieri) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kalofillumkimilər fəsiləsinin kalofillum cinsinə aid bitki növü.
Dalbergia chapelieri
Dalbergia chapelieri (lat. Dalbergia chapelieri) — paxlakimilər fəsiləsinin dalbergiya cinsinə aid bitki növü.
Chanel
Chanel S. A. (fr. [ʃaˈnɛl]; azərb. Şanel‎) — XX əsrin əvvəlində Parisdə moda dizayneri Koko Şanel tərəfindən təsis edilmiş dəbdəbəli geyim firması. Sonralar Koko Şanel kimi tanınan Qabriel Bonyor Şanel 1913-cü ildə Aşağı Normandiya bölgəsinin kiçik Dovil şəhəində özünün ilk "Chanel" kiçicik butik geyim mağazasını açmışdır. 2013-cü ildə "Chanel" butikinin 100 illik yubileyi qeyd edilmişdir. Hal-hazırda ən sanballı, dəbdəbəli və dünya geyim dəbinin bayraqdarı sayılan "Chanel modalar evinin" mənzil gərargahı Parisin O-dö-Sen departamentində yerləşir. "Chanel Evi" qadın geyim və bəzək əşyalarından başqa kişilərin də zövqünə oxşayan geyim, qol saatları, eynəklər, kəmərlər və s. kimi aksessualar təqdim etməkdədir. Forbes juranalının yazdığına görə, Koko Şanelin iş ortağı Piyer Vertheimerin (1888–1965) nəvələri, Alayn Vertheimer (* 1949) və Jerard Vertheimer (* 1950) "Chanel"in sahibləridirlə. == Tarixi == Dərziliyi öyrənmiş Koko Şanel 1909-cu ildə şlyapa atelyesi açır.
Chanel No.5
Chanel No.5 - məşhur Chanel markasının ətiri, 1921-ci ildə ətriyyatçı Ernest Bo tərəfindən yaradılmışdır. == Tarixi == Deyilənə görə, Koko Şanel cənab Ernest Bodan "Qadın ətrinin gələ biləcəyi, süni qadın ətrini" yaratmasını xahiş eləmişdir. Chanelin ilk ətirini yaradan Bo sintetik rəngli iyi olan (Cucumis sativus) - aldeqidlərdən istifadə etmişdir. Bo- çar sarayının keçmiş ətriyyatçısı, 1917-ci il İnqilabından sonra Rusiyadan qaçaraq dünyada ilk dəfə aldeqid molekulları əsasında mükəmməl bir ətir yaratmışdır. Ətriyyaçı mademuazel Şanelə seçim üçün 10 ətir təqdim edir, lakin Koko Şanel bunlardan beçincini seçir və buradan şedevrin adı yaranmışdır. "Beş" Koko Şanelin sevimli rəqəmi idi. Chanel No.5 aşağıdakı ətriyyat notlarından ibarətdir: Yuxarı notlar: aldeqidlər, nerollar, ilan-ilanq, berqamot, limon Ürəyin notları: iris, bənövşə kökü, jasmin (çiçək), inciçiçəyi, qızılgül Əsas notlar: ətir, səndəl ağacı, paçuli, müşk, viverra, vanil, palıd mamırı, vetiverƏtirin təkcə özü inqilabi deyildi, onun təqdimatı da inqilabi olmuşdur. İndiyə qədər fabrikantlar, onlardan ən məşhuru olan Rene Lalik bu ətirin flakonlarını hazırlamaq üçün ən müxtəlif formalar və ən əcaib ornamentlərlə təkmilləşdirməyə çalışmışlar. Bu cür flakonların hazırlanması fikrinə əks çıxan Şanel asketizm və sadəlik ideyasını dəstəkləyərək, içərisində qızılı məhlul olan parallelepiped formasında olan sadə flakon ideyasını təklif etmişdi. Onu bəzəməyin yeganə izləri 1924-cü ilə adi edilir.
Jaklin Kennedinin çəhrayı Chanel kostyumu
Jaklin Buvye Kennedinin çəhrayı Chanel kostyumu (ing. Pink Chanel suit of Jacqueline Bouvier Kennedy) — Jaklin Kennedinin əri prezident Con Kennedi 22 noyabr 1963-cü ildə Dallasda, Texasda sui-qəsd nəticəsində öldürüldükdə geyindiyi çəhrayı kostyum. O, həmin gün günorta yeni prezident Lindon Consonun and içməsi zamanı və Vaşinqtona qayıdarkən onun qanına boyanmış kostyumu geyinməkdə israr etmişdi. Jaklin Kennedi dəb ikonası idi və bu kostyumun onun geyim əşyaları arasından ən çox istinad ediləni olduğunu demək olar. == Sui-qəsd == Avtomobil Dallasda yerli küçələrlə hərəkət edərkən Jaklin Kennedi üstü açıq prezident limuzininin arxa oturacağında prezidentin sol tərəfində oturmuşdu. Odur ki, Con Kennedi başından vurulduqdan dərhal sonra onun qanı Jaklinin kostyumuna sıçramışdı. Xəstəxanada Kennedi qana bulaşmış kostyumu geyinməyə davam etmi., lakin papağını çıxartmışdı. Bu gün papağın harada olduğu bilinmir və ona sahib olduğu məlum olan sonuncu şəxs - Jaklinin şəxsi katibi Meri Qallaqer 2022-ci ildə ölümündən əvvəl onun yerini açıqlamaqdan imtina etmişdir. Bir neçə nəfər Kennedidən kostyumunu dəyişmək istəyib-istəmədiyini soruşsa da, o, imtina etmişdi. Con Kennedinin həkimi, admiral Corc Burklinin məsləhətinə baxmayaraq o, həmin kostyumu and içmə mərasimi zamanı vitse-prezident Consonla yanaşı geyinmişdir.
Camel
Camel (musiqi qrupu)
Cheel
Edvin Çil (ing. Edwin Cheel; 14 yanvar 1872 – 19 sentyabr 1951, Sidney) — İngiltərə əsilli Avstraliya botaniki və mikoloqu. == Elmi fəaliyyəti == Edvin Çil göbələk və toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Edwin Cheel. 1923. Two additional species of leptospermums. 5 pp. Edwin Cheel. 1924. Notes on boronia in the pinnatae section, with a description of a new species.
Şapel
Kapella – Kilsəyə nisbətdə daha kiçik xristian məbədi və ya müqəddəs ibadətgahı. Adətən böyük kilsə, kollec, xəstəxana, saray, həbsxana və ya qəbiristanlıq bir təşkilat yaxud məntəqə ilə əlaqəli olur. Zaman-zaman böyük kilsələrin içərisində bir müqəddəsin adına həsr olunmuş kiçik ibadət yerləri, kapellar da mövcud olur. Əsasən isə kiçik yaşayış məntəqələrində və ya yol kənarında dini etiqadları yerinə yetirmək üçün hazırlanmış dua etməyə və şam yandırmağa münasib xüsusi yerlər kimi təsvir olunur.
Blind Channel
Blind Channel — Fin rok qrupu. Finlandiyanı 2021 Avroviziya Mahnı Müsabiqəsində Dark Side mahnısı ilə təmsil edəcək.
Channel 3
Channel 3 (tay สถานีโทรทัศน์ไทยทีวีสีช่อง 3 (ช่อง 3 เอชดี ช่อง 33)) — 26 mart 1970-ci ildə Taylandın ilk ticari televiziya kanalı olaraq fəaliyyətə başlayan bir Tay sərbəst televiziya şəbəkəsidir. Channel 3, BEC World Public Company Limited şirkətinin törəmə şirkəti olan BEC Multimedia Company Limited ("BECM") tərəfindən idarə olunur. Şəbəkənin mənzil-qərargahı Banqkokun Maleenond Towers-da yerləşir.
Channel 7
Channel 7 (tay สถานีโทรทัศน์สีกองทัพบกช่อง 7) — 27 noyabr 1967-ci ildə istifadəyə verilmiş Tayland sərbəst televiziya şəbəkəsidir. Ankara Cənub-Şərqi Asiyada ilk rəngli televiziya yayımıdır. Analoq ötürmədə Tayland Kral Ordusuna məxsus idi. Baş ofisi Banqkok, Mo Chit, Chatuchak-da yerləşir.
Discovery Channel
Discovery Channel Con Hendricks tərəfindən qurulmuşdur. Sənədli proqramlarıyla məşhur olan kanal ümumiyyətlə elm, texnologiya və tarix haqqında da verlişlər yayınlamaqdadır. == Xarici keçidlər == Discovery Communications Inc.
Disney Channel
Disney Channel — ABŞ-dən 24 saat yayımlanan televiziya kanalı. Kanal cizgi film və seriallar yayımlayır. Hədəf kütləsi ilk qurulduğunda 7 yaş qrupu uşaqlar olsa da zamanla dəyişmiş; proqramların məzmunu dəyişdikcə, izləyənlərin də yaş həddi də artmışdır. Kanalın sahibi Volt Disney şirkətidir.
Ernst Happel
Ernst Frants Hermann Happel (29 noyabr 1925, Vyana – 14 noyabr 1992, İnsbruk) — keçmiş Avstriya oyunçusu və məşqçisi. O, futbol tarixinin sayıb-seçilən məşqçilərindən biri hesab olunur. O, Niderland, Belçika, Almaniya və Avstriyada işləyərkən həmin ölkələrin həm çempionatlarını, həmdə kuboklarını qazanmışdır. Bundan başqa, onun çalışdığı klublar 1970 və 1983-cü illərdə Çempionlar Kubokunu qazanmışdır və məşqçi olduğu Niderland millisini 1978 FİFA Dünya Kubokunun finalına qədər çıxarda bilmişdir. O, Çempionlar Kubokunu 2 müxtəlif klub ilə qazanan beş (Karlo Ançelotti, Otmar Hitsfeld, Joze Mourinyo və Yupp Haynkes ilə birlikdə) məşqçidən birinci idi. O, həmçinin ən azı 4 müxtəlif ölkədə yerli çempionatı qazanan altı (Joze Mourinyo, Karlo Ançelotti, Covanni Trapattoni, Tomislav İviç və Erik Gerets ilə birlikdə) məşqçidən biridir. == Oyunçu karyerası == === Klub səviyyəsində === Happel karyerasına "Rapid Vyana" başlamışdır və 17 yaşındaykən o, debüt etmişdir. Maks Merkel ilə güclü müdafiə tandemini quraraq o, bu klubda 14 il keçirtdi (1943–1954 və 1956–1959) və 6 altı dəfə Avstriya Futbol Bundesliqasının çempionu oldu. 1999-cu ildə tərtib olunan "Rapid" klubunun "Əsrin Heyəti"ndə o, yer almışdır.O, bundan başqa 2 il Fransanın "Rasinq Paris" klubunda çıxış etmişdir === Milli yığma səviyyəsində === Happel millidə ilk oyununu 1947-ci ilin sentyabr ayında Macarıstana qarşı keçirtmişdir. O, millinin heyətində İsveçrədə keçirilən 1954 Dünya Kubokunda bürünc medalı qazanmışdır və həmçinin 1958 FİFA Dünya Kubokunda da iştirak etmişdir.
History Channel
«History» (əvvəlki adı: «The History Channel») — beynəlxalq çoxdilli kabel və peyk teleşəbəkəsi. Teleşəbəkənin sahibi «Hearst Communications» ilə «Walt Disney Company» şirkətinin mülkü olan «Disney–ABC Television Group» şirkətinin birgə müəssisi olan «A&E Networks» şirkətidir. Teleşəbəkənin baş qərargahı ABŞ-nin Nyu-York ştatının eyniadlı şəhərində yerləşir. Teleşəbəkənin flaqman telekanalından başqa «History en Español» (ispan dilində) və «Military History» kimi qardaş kanalları da var. Teleşəbəkə ilkin olaraq tarixi mövzuları əhatə edən sənədli televerilişləri və teleserialları nümayiş etdirirdi. Teleşəbəkə son illərdə Pawn Stars və Ax Men kimi realiti televerilişlərini yayımlamağa başlamışdır. Teleşəbəkə Qədim yadplanetlilər, UNO ovçuları və Nostradamus effekti kimi fərziyyə sənədli filmləri yayımladığına görə bir çox alim və tarixşünaslar tərəfindən tənqidə məruz qalmışdır. 2015-ci ilin fevral ayında teleşəbəkənin flaqman kanalının ABŞ-də təqribən 96.149.000 abunəçisi (ümumi televiziya sahibləeinin 82.6%-i) var idi. Teleşəbəkənin ABŞ, Kanada, Skandinaviya, Latın Amerikası, Şərqi Avropa və Asiya variantları var. Teleşəbəkənin ilk Avropa variantı «Viasat» tərəfindən 1997-ci ildə Skandinaviyada təsis edilmişdir.
Science Channel
Science Channel texnologiya, elm və planetlər ilə əlaqədar sənədli filmləri yayımlayan kanal.
Xanthium chasei
Adi pıtraq (Xanthium strumarium) == Sinonim == Xanthium abyssinicum Wallr. Xanthium acerosum Greene Xanthium acutilobum Millsp. & Sherff Xanthium acutum Greene Xanthium affine Greene Xanthium albinum subsp. ripicola (Holub) J. Dostal Xanthium americanum Walt. Xanthium americanum Walter Xanthium arcuatum Millsp. & Sherff Xanthium arenarium Lasch Xanthium aridum St.John Xanthium barcinonense Sennen Xanthium brevirostre Hochst. [Invalid] Xanthium brevirostre Wallr. Xanthium bubalocarpon Bush Xanthium californicum var. rotundifolium Widder Xanthium calvum Millsp. & Sherff Xanthium campestre Greene Xanthium cenchroides Millsp.
Chase Atlantic
Chase Atlantic (bəzən CHASE ATLANTIC kimi stilizə olunur) — Avstraliyada 2014-cü ildə qurulmuş R&B qrupu və prodüser üçlüsü. Qrup üzvləri Kristian Antoni, Klinyon Keyv və Mitçel Keyvdir. Chase Atlantic yeddi mini albom və üç studiya albomu buraxdı.
Chase Elliott
William Clyde Elliott II və ya Chase Elliott (28 noyabr 1995, Dousonvill[d], Corciya) — Amerikalı bir avtomobil yarışçısıdır. Hal-hazırda NAPA Auto Parts-ın sponsor olduğu 9 nömrəli Chevrolet Camaro ZL1 1LE avtomobilində Hendrick Motorsports komandası ilə NASCAR Kuboku Seriyasında yarışır. == Həyatı == Elliott keçmiş NASCAR yarışçısı Bill Elliottun yeganə oğludur.
Cucumis chate
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Hafel çayı
Hafel (alm. Havel‎) — Almaniyanın şərq hissəsində çay, Elbanın sağ qolu. Uzunluğu 334 kilometr, sahəsi 24096 km2.
Harel Skaat
Harel Skaat (yəhudicə:הראל סקעת) — İsrail müğənnisi. İsraili 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edib. Harel Skaatın ifa etdiyi mahnı "Milim" adlanırdı. O bu mahnı ilə 2010 Avroviziya Mahnı Müsabiqəsində 14-cü oldu. Harel Skaat İsraildəki televiziya müsabiqələrindən birində iştirakı ilə tanınıb. 2006-cı ildə onun ilk solo albomu işıq üzü görüb.
Hazel Atasever
Hazel Atasever (23 may 1988, Bolqarıstan) — Türkiyə aktrisası Hazel Atasever 1988-ci ildə Bolqarıstanda dünyaya gəlib və İstanbul Yeditepe Universitetini bitirib. İndiyə qədər üç məşhur serialda çəkilib: "İstanbulda Aşiq Oldum (2009, Yelda rolu) "Nəşəli Gənclik" (2007, Pelin rolu) "Gəmilərdə Təlim Var (2007, Dərya rolu) == Mənbə == Hansı futbolçu 21 yaşlı aktrisanı bezdirib?
Hazel Musqrove
Hazel Musqrove (d. 6 fevral 1989) — Birləşmiş Krallığı təmsil edən su poloçusu. Hazel Musqrove, Birləşmiş Krallığ yığmasının heyətində 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Hazel Musqrove, 2012-ci ildə Birləşmiş Krallığ yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların 1/4 final mərhələsinin görüşündə İspaniya yığmasına 7:9 hesabı ilə məğlub olan Birləşmiş Krallığ yığması, XXX Yay Olimpiya Oyunlarını 8-ci yerdə başa vurdu.
JPMorgan Chase
JPMorgan Chase, «Cey Pi Morqan Çeys» — Amerika maliyyə holdinqi ABŞ-nin bir neçə iri bankının birləşməsi nəticəsində yarandı. Bankın mərkəzi Nyu-Yorkda, Manhettenda yerləşir. Bank of America, Citigroup və Wells Fargo ilə birlikdə “böyük dördlüyə” ABŞ banklarına daxil edilmişdir . Əsas fəaliyyət sahələri investisiya bankçılığı, fiziki şəxslərə və kiçik müəssisələrə maliyyə xidmətləri, kommersiya bankçılığı, maliyyə əməliyyatları və aktivlərin idarə olunmasıdır. Ən böyük depozit banklarından biridir, depozit aktivlərinin həcmi 23,5 trilyon dollar, idarəetmə altındakı aktivlərin həcmi 4,1 trilyon dollar, idarəedilən aktivlərin həcmi 2 trilyon dollardır (2017-ci ilin sonunda). JPMorgan Chase Bank (23 ştatda iştirak edən milli bank), Chase Bank USA (milli kredit kartı bankı) və J.P. Morgan Securities LLC (broker firması). Əsas fəaliyyət bölgəsi Kanada, Böyük Britaniya və Hindistandan daha əhəmiyyətli bir iştiraka sahib olan ABŞ-dır (gəlirlərin üçdə ikisindən çoxunu təşkil edirlər). 2018 Forbes Global 2000 dünyanın ən böyük dövlət şirkətlərinin siyahısında JPMorgan Chase dövriyyəsi 42, xalis mənfəəti 10, aktivləri baxımından 8, bazar kapitallaşması baxımından 9-cu olmaqla 3-cü yeri tutdu . 2011-ci ildən etibarən sistem əhəmiyyətli banklardan biridir. == Tarixi == JPMorgan Chase & Co.
Kapel körpüsü
Kapel körpüsü — İsveçrədə körpü. Avropanın ən qədim körpülərindən biridir. == Tarixi == Körpü 1333-cü ildə tikilmişdir. == Quruluşu == Lüsern şəhərində yerləşən bu körpü öz dizaynı ilə unikaldır. Bu körpü çarpaz şəkildə Roys çayını ikiyə ayırır. Kənarları taxtalarla əhatə olunmuşdur. == Yanğın == Körpü daxildən ölkədə baş verən tarixi hadisələri əks etdirən XVII əsrin rəsm əsərləri ilə bəzədilmişdi. Lakin 18 avqust 1993-cü ildə baş vermiş yanğında rəsmlərin demək olar ki, hamısı yanmışdı. Bu yanğında körpünün 2/3 hissəsi və 110 rəsm əsəri məhv oldu. Bu rəsmlərin bəzilərinin 1611-ci ilə aid olduğu bildirilir.
Çapel-Hill Şimali Karolina Universiteti
Çapel-Hill Şimali Karolina Universiteti (ing. University of North Carolina at Chapel Hill) — ABŞ-nin Şimali Karolina ştatının Çapel-Hill şəhərində yerləşən ən böyük dövlət ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1789-cu il dekabrın 11-də Şimali Karolina ştatının Baş Assambleyası yeni universitet yaradılması haqqında qanun qəbul edir. 1793-cü ildə şəhər kənarındakı qədim kilsə dağıntılarının yanında universitetin ilk təməli qoyulur və artıq 1795-ci ildə Şimali Karolina Universiteti tələbələrini qəbul edir. ABŞ-də vətəndaş müharibəsi dövründə Şimali Karolina ştatının əhalisi çox itki verir. 1870-ci ilin dekabrından 1875-ci ilin sentyabrınadək Şimali Karolina Universiteti fəaliyyətini bərpa etmək məqsədi ilə bağlı qalır. 1963-cü ildə bu ali məktəbdə oğlanlarla qızların birgə təhsilinə keçid baş tutur. Nəticədə Qadın Kolleci Qrinsboro Şimali Karolina Universiteti, Şimali Karolina Universiteti isə Çapel-Hill Şimali Karolina Universiteti adlandırılır. 1960-cı ildə ali məktəbin kampusunda vətəndaşların bərabər hüquqlarının təmin olunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması məqsədilə etiraz aksiyaları keçirilir. 1964-cü ildə "Vətəndaş hüquqları" haqqında qanun qəbul olunanadək şəhərdə kütləvi aksiya və iğtişaşlar davam edir.
Vatslav Havel
Václav Havel (çex. Václav Havel; 5 oktyabr 1936 – 18 dekabr 2011) — çex yazıçısı, dramaturq, dissident, insan hüquqları müdafiəçisi və dövlət xadimi, Çexoslovakiyanın doqquz və sonuncu (1989-1992), Çexiyanın birinci prezidenti (1993-2003). Çexoslovakiyada "Vətəndaş Forumu" (çex. Občanské fórum) ictimai-siyasi təşkilatının yaradıcılarından biri. Avropa Tolerantlıq və Barışıq Şurasının üzvü. Havel dramaturq kimi ilk dəfə Praqa teatrlarında şöhrət qazandı.O, əsərlərində kommunizmi tənqid etmək üçün (The Garden Party, The Momerandum) absurdist teatr janrından da istifadə edirdi. Praqa Baharı və Çexoslovakiyanın işğalındakı fəaliyyətinə görə qara siyahıya düşən Havel bundan sonra siyasi sferada daha aktiv fəaliyyətə başladı. O, bir çox dissidentlərin ( Çarter 77, Ədalətsiz Mühakimələrin Müdafiəsi Komitəsi (Committee for the Defense of the Unjustly Prosecuted) )təşəbbüskarı kimi də tanınmaqdadır. Siyasi fəaliyyəti onun polis nəzarəti altında olması və 1979-1983-ci illər həbsxana həyatı yaşamasına səbəb oldu.Havelin "Vətəndaş Forumu" partiyası 1989-cu ildə Çexoslovakiyada kommunizmin süqutuna səbəb olan "Məxmər İnqilabında" əhəmiyyətli rol oynamışdı. Bundan sonra ölkədə rəhbərliyə keçən Havel 1993-cü il Slovakiya müstəqillik əldə etdikdən sonra rəsmi olaraq prezident vəzifəsini icra etməyə başladı.
Camel (siqaret)
Camel (Kemel) — hazırda ABŞ-də RJ Reynolds Tobacco Company və ABŞ-dan kənarda Japan Tobacco şirkətlərinə məxsus və istehsal olunan Amerika siqaret markasıdırKemel siqaretlərində ən çox türk tütünü və Virciniya tütünün qarışığı istifadə olunur. Uinston-Salem, Şimali Karolina, RJ Reynolds şirkətinin qurulduğu şəhər, brendin populyarlığına görə "Camel City" ləqəbini alır.
Çapal
Çapal (gürc. მაშავერა Maşavera) — Gürcüstanda, Aşağı Kartli mxaresində çay, Anaxatır (gürc. ხრამი (Xrami)) çayının sağ qolu. Maşavera çayı öz mənbəyini Qaraağac silsiləsində dəniz səviyyəsindən 2125 metr yüksəklikdən (41°18′40″ şm. e. 44°08′34″ ş. u.) götürür və Bolnisi rayonunun Arıxlı kəndi yaxınlığında (41°26′38″ şm. e. 44°42′52″ ş. u.) 383 metr hündürlükdə Anaxatır çayına qovuşur.
Karel Çapek
Karel Çapek (9 yanvar 1890[…] – 25 dekabr 1938[…]) — çex yazıçısı. == Həyatı == 1915-ci ildə Praqa universitetinin fəlsəfə fakültəsini bitirmiş, kitabxanaçı, ev müəllimi işləmiş, jurnalistlik etmişdir. İlk hekayələrini qardaşı Yozef Çaperlə birlikdə yazmışdır. R.U.R (Rossumun Universal Robotları), "Makropulos üsulu" (1922), sosial-fantastik pyeslərində , "Mütləq fabriki" (1922), "Krakatit" (1924) romanlarında, "İtaliyadan məktublar" (1923), "İngiltərədən məktublar" (1924), yol oçerklərində, yumoristik hekayələrində burjua cəmiyyəti tənqid olunur. "Hordubal" (1933), "Meteor" və "Adi həyat" (hər ikisi 1934) trilogiyası kiçik adamların acınacaqlı taleyindən bəhs edir. "Salamandralarla müharibə" (1936) fantastik romanında, "Ağ xəstəlik" (1937), "Ana" (1938) pyeslərində militarizm, faşizm və irqçilik nəzəriyyəsi satira atəşinə tutulur. Yaradıcılığı müasir sosial fantastikanın inkişafına əhəmiyyətli təsir göstərmişdir.