Václav Havel (çex. Václav Havel; 5 oktyabr 1936 – 18 dekabr 2011) — çex yazıçısı, dramaturq, dissident, insan hüquqları müdafiəçisi və dövlət xadimi, Çexoslovakiyanın doqquz[7] və sonuncu (1989–1992), Çexiyanın birinci prezidenti (1993–2003). Çexoslovakiyada "Vətəndaş Forumu" (çex. Občanské fórum) ictimai-siyasi təşkilatının yaradıcılarından biri. Avropa Tolerantlıq və Barışıq Şurasının üzvü. Havel dramaturq kimi ilk dəfə Praqa teatrlarında şöhrət qazandı. O, əsərlərində kommunizmi tənqid etmək üçün (The Garden Party, The Momerandum) absurdist teatr janrından da istifadə edirdi. Praqa Baharı və Çexoslovakiyanın işğalındakı fəaliyyətinə görə qara siyahıya düşən Havel bundan sonra siyasi sferada daha aktiv fəaliyyətə başladı. O, bir çox dissidentlərin (Çarter 77, Ədalətsiz Mühakimələrin Müdafiəsi Komitəsi (Committee for the Defense of the Unjustly Prosecuted))təşəbbüskarı kimi də tanınmaqdadır. Siyasi fəaliyyəti onun polis nəzarəti altında olması və 1979–1983-cü illər həbsxana həyatı yaşamasına səbəb oldu. Havelin "Vətəndaş Forumu" partiyası 1989-cu ildə Çexoslovakiyada kommunizmin süqutuna səbəb olan "Məxmər İnqilabında" əhəmiyyətli rol oynamışdı. Bundan sonra ölkədə rəhbərliyə keçən Havel 1993-cü il Slovakiya müstəqillik əldə etdikdən sonra rəsmi olaraq prezident vəzifəsini icra etməyə başladı. Havel Varşava Paktının ləğv edilməsində və NATO-nun şərqə doğru genişləndirilməsində çox aktiv fəaliyyət göstərmişdi. Onun bir sıra siyasi fəaliyyərləri misal üçün, Slovakiyanın müstəqilliyinə qarşı olması, II Dünya müharibəsindən sonra Çexoslavakiya Sudet almanları müqaviləsinin mühakiməsi və kommunizm ideyalarına görə həbs olunanlarının kütləvi amnistiyası ölkə daxilində böyük çaşqınlıqla və qarşıdurma ilə qarşılanmışdı. Havel daha çox ölkə xaricində məşhurluq qazandı.
Vatslav Havel | |
---|---|
çex. Václav Havel | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 oktyabr 1936[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 18 dekabr 2011[3][2][…] (75 yaşında) |
Vəfat səbəbi | nəfəs çatışmazlığı[d] |
Təhsili | |
Fəaliyyəti | yazıçı, dramaturq, siyasətçi, rejissor, şair, kinorejissor, insan hüquqları fəalı, dissident, esseist, filosof, publisist |
Uşağı | yoxdur |
Dini | Lapsed katolik[d] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | teatr[6], dram[6], publisistika[6], siyasət[6][6] |
|
|
Təltifləri |
|
vaclavhavel.cz | |
Vikianbarda əlaqəli mediafayllar |
V. Havel 5 oktyabr 1936-cı ildə Praqada, 1920–40-cı illərdə Çexoslovakiyanın mədəni və siyasi həyatında mühüm rol oynayan zəngin və ziyalı ailənin övladı olaraq dünyaya gəlmişdi. Atası Václav Maria Havel Praqanın ən yüksək nöqtəsində yerləşən Barrandov Terrasının və Barrandov film studiyalarının sahibi idi. Havelin anası, Božena Vavrečková da nüfuzlu ailədən gəlirdi: atası Çexoslavakiyanın tanınmış nazirlərindən və jurnalistlərindən idi. 1950-ci illərin əvvəllərində gənc Havel kimya laboratoriyasında təcrübə keçməklə bərabər gecə növbəsiində məktəbə də gedirdi. O, orta məktəbi 1954-cü ildə bitirir. Siyasi məsələlərə görə o, humanitar ixtisas üzrə ali təhsil ala bilmədiyindən, əvəzində Praqada Çex Texniki Universitetində iqtisadiyyat fakültəsində təhsilini davam etdirir, lakin 2 il sonra oradan qovulur. Havel, 1964-cü ildə Olga Šplíchalová ilə evlənir.