Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Chresta
Chresta (lat. Chresta) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Argyrovernonia MacLeish Glaziovianthus G.M.Barroso Pithecoseris Mart.
Crest
Crest - Procter & Gamble şirkəti tərəfindən yaradılmış diş məcunu markası. Amerika Birləşmiş Ştatları və Almaniya bazarları başda olmaqla bir çox ölkələrdə istehlakçılar tərəfindən ən çox üstünlük verilən diş məcunu markası. Marka Blend-a-Med adı ilə Avropanın Bolqarıstan, Almaniya, Serbiya, Rusiya, Polşa, Ukrayna, Macarıstan, Rumıniya, Latviya və Ukrayna kimi ölkələrində satılır. Şirkət 1987-ci ildə Procter & Gamble şirkəti tərəfindən satın alındıqdan sonra marka üçün digər bir ad Blend-a-Med adıda əlavə edilmişdir. Şirkət P&G-nin tərkibinə daxil olduğu ilk zamanlarda mərkəz kimi Almaniyanın Mayns şəhərini istifadə edirdi. == Tarixi == Şirkət Crest adı ilə 1955-ci ildə Amerika Birləşmiş Ştatlarında yaradılmışdır. İstehsal edilən diş məcunlarında ilk dəfə olaraq qalay florid istifadə edilirdi və bu yeni məhsul bazara Floristan adı altında təqdim edilmişdir. Müxtəlif bazarlarda bu ad Floristanlı Crest formasında əvəz olunmuşdur. İnsanlar üçün daha effektli bir diş məcunu yaradılması üçün laboratoriyalarda qızğın araşdırmalar aparılırdı. Aparılan araşdırmaların nəticəsində İndiana Universitetinin alimləri Muhler, Harry Day və Vilyam Hergel tərəfindən diş məcunu Crest yeni tərkibinə qovuşur.
Chester Dewey
Çester Dyui (ing. Chester Dewey, 25 oktyabr 1784 – 15 dekabr 1867) — Amerika botaniki, professor təbiətşünası, riyaziyyat, fizika, kimya geologiya və botanika müəllimi, pedaqoq və nazir == Bəzi əsərləri == Families and Natural Orders of Plants. History of the Herbaceous Plants of Massachusetts. The True Place of Man in Zoology. An Examination of some Reasoning's against the Unity of Mankind.
Shilpa Shetty
Şilpa Şetti Kundra (8 iyun 1975, Manqalur, Karnataka) Hindistanlı aktrisa, kinorejisor, kino prodüseri, rəqqasə, yazıçı, iş adamı və əsasən hind filmlərində çəkilmiş keçmiş modeldir. Şetti iki Filmfare Mükafatı nominasiyası qazanmış “Baazigar” (1993) trillerində debüt etmişdir. Bunun ardınca ikili rol oynadığı Main Khiladi Tu Anari (1994) adlı döyüş-komediya janrındakı filmdə baş rolda oynamışdır.
Cherry Bomb
Cherry Bomb — amerikalı repçi Tyler, the Creator-un üçüncü studiya albomu. 13 aprel 2015-ci ildə Odd Future Records tərəfindən buraxılıb.
Suniel Shetty
Sunil Şetti (Suniel Shetty; doğum adı: Sunil V. Shetty; 11 avqust 1961, Manqalur) hind aktyor, kino prodüseri, televiziya adamı və əsasən hind filmlərində fəal olan sahibkardır. Demək olar ki, 30 illik karyerasında o, 100-dən çox filmdə rol almışdır. O, Popcorn Entertainment Private Limited prodakşnın sahibidir. O, Popcorn Motion Pictures bayrağı altında Khel – No Ordinary Game, Rakht və Bhagam Bhag kimi bir sıra filmlərin prodüseri olmuşdur. Suniel Shetty 11 avqust 1961-ci ildə Manqalor ştatının Mulki şəhərində Tulu dilli Bunt ailəsində anadan olmuşdur.
Crest (albom)
Crest — İsveç musiqiçiləri Bladee və Ecco2K tərəfindən birgə hazırlanmış kollaborativ studiya albomu. 17 mart 2022-ci ildə buraxılıb.
Coca-Cola Cherry
Coca-Cola Cherry (orijinal satış adı və hələ də tanındığı adı ilə Cherry Coke) — Koka-Kolanın albalı dadlı versiyası. İçki The Coca-Cola Company tərəfindən istehsal olunur. == Tarixi == Bir çox restoran, kinoteatr və apteklər içki 1985-ci ildə mağazalarda rəsmi olaraq təqdim edilməzdən çox əvvəl Koka-Kolaya albalı siropu əlavə edərək onun qeyri-rəsmi versiyasını təqdim etmişdilər. The Coca-Cola Company ilk dəfə 1982-ci ildə Tennessi ştatının Noksvill şəhərində keçirilən Ümumdünya Sərgisinə gələn tamaşaçılara digər dadlarla birlikdə Kola-nın rəsmi albalı dadlı versiyasını da təqdim edərək içkinin sınaqdan keçirməyə başladı. "Cherry Coke" 1985-ci ilin yayında ABŞ-də əsas istehsala daxil oldu. 2007-ci ilə qədər ABŞ-də və bəzi digər ölkələrdə Coca-Cola Cherry olaraq adlandırılan Cherry Coke, o dövrdə Coca-Cola-nın üçüncü variasiyası idi. == Beynəlxalq paylanma == Coca-Cola Cherry bir sıra müxtəlif ölkələrdə paylanmışdır. İçki hal-hazırda ABŞ-dən başqa İsveç, Albaniya, Çin, Ukrayna, Böyük Britaniya, İrlandiya Respublikası, Finlandiya, Almaniya, Belçika, Danimarka, Fransa, Macarıstan, Çexiya, Hollandiya, Polşa, Slovakiya, Xorvatiya, Latviya, Litva, Cənubi Afrika, Cənubi Koreya, Bolqarıstan, Yunanıstan, Rumıniya və Peruda mövcudur. İçki Yaponiyada da mövcuddur və burada hələ də "Cherry Coke" kimi tanınır. Coca-Cola Cherry Yeni Zelandiyada bəzi supermarketlərdə tapıla bilər (adətən Böyük Britaniya və ya ABŞ-dən gətirilir).
Chess Query Language
Chess Query Language (CQL) — sorğu dili olub, şahmat oynunçularına və tədqiqatçılara müxtəlif oyun, mövqe və məsələləri sürətli axtarmağa və öyrənməyə imkan verir.
Valve Anti-Cheat
Valve Anti-Cheat — ilk dəfə 2002-ci ildə Counter-Strike ilə buraxılan Steam platformasının komponenti kimi Valve tərəfindən hazırlanmış anti-hiylə sistemi. Proqram oyunçunun sistemində hiylə aşkar etdikdə orijinal aşkarlamadan günlər və ya həftələr sonra oyunçunu qadağan edir. Sistem yaddaşda və ya cihazda səhvlər aşkar edərsə, oyunçuları oyundan kənarlaşdıra bilər. Aşkarlanma tarixi və ya aşkar edilən hiylə növü kimi heç bir məlumat oyunçuya açıqlanmır. Oyunçuya məlumat verildikdən sonra, oyunçunun hiylə istifadə etdiyi oyunun onlayn "VAC ilə qorunan" serverlərinə giriş həmişəlik qadağan edilir və oyunçunun Steam hesabına əlavə məhdudiyyətlər tətbiq edilir. Sistem 2006-cı ilin noyabr ayının bir həftəsi ərzində 10.000-dən çox hiylə cəhdini aşkar edib. 2018-ci ilin dekabr ayı ərzində 600.000-dən çox hesaba qadağa qoyulub. 2001-ci ildə, "Counter-Strike" və "Half-Life" modları üçün nəzərdə tutulmuş anti-hiylə proqramı olan "PunkBuster"in tərtibatçıları "Even Balance", "Valve"dən heç bir dəstək almadıqları üçün oyunları dəstəkləməyi dayandırdılar. Valve, texnologiyanı birbaşa oyunlarına inteqrasiya etmək üçün edilən iş təkliflərini də rədd etdi. Valve 2001-ci ildə hiylələr üçün "uzunmüddətli həll" üzərində işləməyə başladı.
Chet Baker
Çet Beyker (23 dekabr, 1929 - 13 may, 1988) — Amerikalı caz müğənni və truba çalanı. XX əsrin ən məşhur caz ustalarından biri. == Həyatı və Karyerası == Baker Oklahomanın Yale şəhərində musiqiçi ailəsində anadan olmuş və böyümüşdür. Onun atası, Chesney Baker Sr., peşəkar gitarist, anası, Vera Moser isə pianist olmuşdur. Baker ilk musiqi təhsilinə Glendale orta məktəbində başlasa da, 16 yaşındaykən ABŞ ordusunda xidmət etməyə başlamışdır. 1948-ci ildə ordudan ayrıldıqdan sonra Los-Ancelesdə musiqi təhsilini davam etdirmişdir. Lakin, təhsilini ikinci ilində yarımçıq saxlayaraq yenidən orduya qayıtmış, yalnız 1951-ci ildən sonra öz musiqi karyerasına başlamışdır. 1952-ci ildə Gerry Mulliganın rəhbərliyi ilə yaradılmış musiqi qrupu ilə birgə çıxışlarında öz soloları ilə qısa bir zamanda məşhurlaşan Baker daha sonralar yeni caz qrupu yaradaraq 1953 - 1956-cı illər ərzində bir neçə albom çıxartdı və bununla da caz ustası kimi adını tanıtdı. 1956 və 1959-cu illərdə Avropaya qastrol səfərərinə çıxmışdır. Lakin, 60-cı ildə Avropada qastrol səfərində olarkən üzərində narkotik maddə ilə yaxalanaraq İtaliyanın Pisa şəhərində həbs olunur.
Aladdin’s Chess Adventures
Aladdin’s Chess Adventures — "Red Mile Entertainment" videooyun kompaniyası tərəfindən 2004-cü ildə yaradılan macəra oyunudur.
Həşt-Behişt
Həşt-Behişt (Təbriz) — Uzun Həsənin əmri ilə 1478-ci ildə tikilməsinə başlanılmış və 1484-cü ildə tikintisi sona çatmışdır. Həşt-Behişt (İsfahan) — Səfəvi hökmdarı Süleyman şahın əmri ilə 1669-cu ildə tikilib Həşt-Behişt (Bitlisi) — İdris Bitlisi tərəfindən yazılmış kitab. Həşt-Behişt (Dəhləvi) — Əmir Xosrov Dəhləvi tərəfindən yazılmış kitab.
Həşt-Behişt (Ağqoyunlular)
Həşt-Behişt — 1478-ci ildə tikintisinə başlanılmış və 1483-84-cü illərdə Sultan Yaqub dövründə tikintisi başa çatmış Ağqoyunlu memarlığına aid saray. Həşt-behişt saray kompleksində kitabxana, məscid, şəfa evi, cıdır meydanı və xiyaban inşa edilmişdi. Saray kompleksinin fərqli xüsusiyyəti onun ərazi baxımından böyük olan bağ daxilində yerləşməsidir.
Həşt-Behişt (Səfəvilər)
Haşt-Bəhəşt (fars. هشت‌ بهشت‎, azərb. Səkkiz cənnət bağı‎) — İranın İsfahan şəhərində yerləşən və Səfəvilər imperiyasının dövründə tikilən saray. 1669-cu ildə Süleyman şahın əmri ilə tikilib və hazırda İranın Mədəni İrs Təşkilatının himayəsi altında yerləşir. Həşt-Behişt Səfəvilərin hakimiyyəti zamanı İsfahanda tikilən qırxdan çox malikanələrdən bu günə qalmış yeganə saraydır. 1977-ci ildə saray qismən bərpa olundu. Üç il sonra o, memarlıq sahəsində Ağa Xan mükafatı ilə təltif olundu. Binanın özü və onun çoxsaylı otaqları planda səkkizüzlü formasındadır. Sarayın ərazisi tarixi park sayılır və turistlər üçün açıqdır. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == M. Bernardini, Hašt behešt (2), Encyclopædia Iranica, 2003-2012.
Həşt-Behişt (Təbriz)
Həşt-Behişt — 1478-ci ildə tikintisinə başlanılmış və 1483-84-cü illərdə Sultan Yaqub dövründə tikintisi başa çatmış Ağqoyunlu memarlığına aid saray. Həşt-behişt saray kompleksində kitabxana, məscid, şəfa evi, cıdır meydanı və xiyaban inşa edilmişdi. Saray kompleksinin fərqli xüsusiyyəti onun ərazi baxımından böyük olan bağ daxilində yerləşməsidir.
Həşt-Behişt (İsfahan)
Haşt-Bəhəşt (fars. هشت‌ بهشت‎, azərb. Səkkiz cənnət bağı‎) — İranın İsfahan şəhərində yerləşən və Səfəvilər imperiyasının dövründə tikilən saray. 1669-cu ildə Süleyman şahın əmri ilə tikilib və hazırda İranın Mədəni İrs Təşkilatının himayəsi altında yerləşir. Həşt-Behişt Səfəvilərin hakimiyyəti zamanı İsfahanda tikilən qırxdan çox malikanələrdən bu günə qalmış yeganə saraydır. 1977-ci ildə saray qismən bərpa olundu. Üç il sonra o, memarlıq sahəsində Ağa Xan mükafatı ilə təltif olundu. Binanın özü və onun çoxsaylı otaqları planda səkkizüzlü formasındadır. Sarayın ərazisi tarixi park sayılır və turistlər üçün açıqdır. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == M. Bernardini, Hašt behešt (2), Encyclopædia Iranica, 2003-2012.