Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Silahsız Kuvvet
Sagopa Kajmer (türk: [sɑgopɑ kɑʒmæɾ]), əsl adı Yunus Özyavuz, ya da tanınan köhnə adlarıyla DJ Mic Check və Silahsız Kuvvet (hərf. Silahsız qüvvə; 17 avqust 1978, Samsun) — Türkiyə reperi, musiqi prodüseri, bəstəkarı, söz yazıçısı, mahnı yazıçısı və diceyi. Yunis Özyavuz 17 avqust 1978-ci ildə Samsunda doğuldu. İbtidai, orta və lisey təhsilini Samsunda tamamladı. 1966-cı ildə Samsunda yerli bir radioda diceyliklə işləməyə başladı. Daha sonra ali təhsil üçün İstanbula gəldi və İstanbul Universiteti Ədəbiyyat Fakültəsi(tr) Fars Dili və Ədəbiyyatı bölümündən məzun oldu. 1998-ci ildə Kuvvetmira adlı rep qrupunu qurdu və qrupda Silahsız Kuvvet adıyla yer aldı. Türkiyə rep sənətçilərinin 1999-cu ildə buraxdığı rep albomu olan Yeraltı Operasyonu albomunda yer aldı. Əvvəl Silahsız Kuvvet təxəllüsünü istifadə edən sənətçi daha sonra Sagopa Kajmer adından istifadə etməyə başladı və Sagopa Kajmer adlı bir albom buraxdı. Bu albomdan başqa, 2001-ci ildə On Kurşun, 2004-cü ildə Bir Pesimistin Gözyaşları albomunu yayımladı. G.O.R.A. filminin musiqilərini bəstələdi.
İlasın mağarası
İlasın (Qızılquş) (başq. Ыласын) başqırdca — qızılquş, rəsmi olaraq Elasın — Başqırdıstanın İşimbay rayonunda olan mağara.1985-ci ildə təbiət abidəsi kimi qorunur. Qorunan ərazinin sahəsi 100 hektardı. Qorunan əraziyə əhəngdaşlarından təşkil olunmuş mağara, eləcə də Cənubi Uralın enliyarpaqlı ağaclarından ibarət qərb yamacları daxildir.Seleuk çayı hövzəsinə daxil olan Utınlıqol çayının sağ sahilində yerləşir. Mağara İşimbay royunun Xazinova kəndindən 1,5 km cənub-şərqdə yerləşir. Mağara karst mənşəlidir, orta karbonun əhəng daşlarından təşkil olunub. Mağara əsas zaldan və şərqi, şimal-şərqi və cənub-şərqi girişlər sistemindən ibarətdir. Mağaranın uzunluğu — 487 metr, orta eni — 10 metr, orta hündürlüyü — 5 metr, amplitudası — 28 metr, sahəsi 1025 m², həcmi isə 5287 m³-dir. Əsas giriş arka şəkilli olub (eni 12 metr, hündürlüyü 7,6 metr) 30 metrlik qıf daxilində yerləşir. Giriş 170 metr hündürlükdədir.
Asiya meşə gilası
Maak meşə gilası
Mahaleb meşə gilası
Pesulvaniya meşə gilası
Virciniya meşə gilası
Virginiya meşə gilası
Dövlət şurasının təntənəli iclası
Dövlət şurasının təntənəli iclası (rus. Редактирование Торжественное заседание Государственного совета 7 мая 1901 года) — 1903-cü ildə rəssam İlya Repin tərəfindən Rusiya hökumətinin sifarişi ilə çəkilmiş əsər. Əsər hal-hazırda Sankt-Peterburq şəhərində yerləşən Rus Dövlət Muzeyində saxlanılır.
Satıcı iclası (film, 2020)
Satıcı iclası — rejissoru Bedran Güzel, ssenari müəllifi isə İbrahim Büyükak olan Türkiyə istehsalı komediya filmidir. Filmdə İbrahim Büyükak, Onur Buldu və Doğu Demirkol rol alıb. Film 21 fevral 2020-ci ildə nümayiş olunub. == Məzmun == Anadoludan bir satıcı iclası üçün İstanbula gələn Namiq, Adəm və Sadiq, həyatlarının çətin anlarını yaşayarkən bir satıcı görüşündə yolları kəsişir. Gözlənilməz hadisələr nəticəsində özlərini çılğın bir planda görürlər. Üç satıcının bir -birlərinə güvənmək və sağ qalmaq üçün tez hərəkət etməkdən başqa çarələri yoxdur.
Çikaşi Masuda
Çikaşi Masuda (d. 19 iyun 1985) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Çikaşi Suzuki
Çikaşi Suzuki (鈴木 隣, Suzuki Chikashi, 29 yanvar 1959-cu ildə anadan olub) — Keçmiş Yaponiya futbolçusu və baş məşqçisidir. == Karyerası == 2012-ci ilin iyul ayından dekabr ayına qədər Suzuki Şimali Marian adaları milli komandasının baş məşqçisi olmuşdur.O, Şri-Lanka millisinin Myanma qadın milli futbol komandasına 16-0 hesablı rekord məğlubiyyəti zamanı yığmanın baş məşqçisi olmuşdur.
Cılız koramal
Cılız koramal (lat. Anguis fragilis) — Pulcuqlular dəstəsinin koramallar fəsiləsinə aid növ. Bu, ayaqsız kərtənkələdir. Kərtənkələnin uzunluğu 50 sm-ə çatır ki, bunun da 30 sm-i bədəninin uzunluğudur. Erkəklərin quyruğu dişilərə nisbətən uzun olur. Erkəkləri qəhvəyi, boz və ya bürünc rəngində olur. Dişilərin rəngi erkəklərə nisbətən solğun olur. Dişilərdən fərqli olaraq, erkəklərin qarnında tünd ləkə və zolaqlar olur.
Pirnur Məhəmmədşah Cilani
Pirnur Məhəmmədşah Cilani (15 sentyabr 1951, Pakistan – 24 dekabr 2020, Pakistan) — Pakistan siyasətçisi, Pakistan Milli Məclisinin deputatı. == Həyatı və siyasi karyerası == Pirnur Məhəmmədşah Cilani 15 sentyabr 1951-ci ildə Pakistanda anadan olmuşdur. Pakistan Milli Məclisə ilk addımlarını 2008 Pakistan ümumi seçkilərində NA-228 Umerkot seçki dairəsindən namizəd olmaqla atmağa çalışdı, lakin, seçilə bilmədi. 24 min 210 səs topladı və Navab Məhəmməd Yusifə uduzdu. Lakin, növbəti seçki prosesini gözləyən Cilani böyük ümidlərlə 2013 Pakistan ümumi seçkilərində NA-230 Tarparkar seçki dairəsindən deputatlığa namizəd oldu və qalib gəldi. 61 min 903 səs toplayaraq bununla da Məkdum Şah Mahmud Hüseyn Qureyşini məğlub etdi. Eyni seçkilərdə PS-62 Tarparkar seçki dairəsindən bitərəf olaraq Sindh Əyalət Məclisinin deputatlığına namizəd oldu və heç bir səs toplamayaraq Məkdum Xəlilüzzamana uduzdu. Sonuncu dəfə 2018 Pakistan ümumi seçkilərində NA-221 Tarparkar seçki dairəsindən deputatlığa namizəd olan Cilani yenidən Milli Məclisə deputat olaraq seçildi və ömrünün sonuna qədər bu vəzifəni icra etdi. == Ölümü == Böyük insan itkisinə səbəb olan koronavirus pandemiyasına yoluxan Pirnur Məhəmmədşah Cilaninin yoluxduğundan bir müddət sonra vəziyyəti daha da ağırlaşdı. Müalicə olunsa da, pandemiyadan xilas ola bilmədi və Pirnur Məhəmmədşah Cilani 24 dekabr 2020-ci ildə Pakistanda müalicə aldığı xəstəxanada vəfat etdi.