Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cilovluq
Azərbaycan türklərinin Cilovluq faciəsi 1918-ci ilin qanlı mart günlərində Urmu, Xoy və Salmasda minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilib. == Quzeydə mart faciəsi == Tarix boyu istər Quzey Azərbaycan, istərsə də Güney Azərbaycan türklərinə qarşı yadelli işğalçılar və qonşu xalqlar tərəfindən daim amansız qırğınlar törədilib. Azərbaycan türklərini faciəsi Gülüstan və Türkmənçay müqavilələri nəticəsində ikiyə bölünməsindən, bir az da keçmişə qayıtdıqda Çaldıran döyüşündən başlanır. Çaldıran döyüşündə zəmanənin iki superdövləti: Azərbaycan Səfəvilər dövləti ilə Osmanlı imperiyası qarşı-qarşıya gəldi və bu qanlı döyüşdən sonra Qızılbaş dövlətində Azərbaycan türklərinin mövqeyi zəiflədi. Şah İsmayıl Xətainin qurduğu böyük və bütöv Azərbaycan dövlətinin əsasları sarsılmağa, bütövlüyü pozulmağa başladı. Bunun məntiqi nəticəsi özünü Gülüstan və Türkmənçay müqavilələrində göstərdi. Azərbaycan Rusiya və Qacar dövləti tərəfindən iki yerə parçalandı. Və Azərbaycan türklərinin faciələri başlandı. Tülkü kimi marıqda dayanmış azsaylı millətlər millətimizi zəif və parçalanmış görüb böyük müttəfiqlərinə arxalanaraq üstümüzə ayaq açmağa başladılar. Vətənin Quzeyində yaşayan Azərbaycan türkləri rus-erməni fitnəkarlığına, vəhşiliklərinə hədəf oldu, Güney türkləri isə fars-kürd-assur birləşmələrinin basqılarına məruz qaldı.
Pilotsuz uçan aparat
Pilotsuz uçuş aparatı (PUA) (ing. unmanned aerial vehicle - insansız hava apparatı), çox vaxt qısaca dron (ing. drone) kimi qeyd edilir — bortunda pilot olmayan uçuş aparatıdır. PUA-lara mürəkkəb sensor, avtopilot, nəzarət, müşahidə və nəzarət kompleks sistemləri quraşdırılır. PUA-lar vasitəsilə kəşfiyyat və ya müşahidə aparmaq, pilotlu təyyarələrlə müqayisədə daha asandır. Eyni zamanda bəzi PUA modelləri silahla təmin olunur. İngilis dilində işlənən Unmanned Aerial Vehicle hərfi tərcümədə İnsansız Hava Apparatı deməkdir. Lakin, Azərbaycan dilində daha çox işlənən Pilotsuz Uçuş Aparatı ifadəsi Rus dilindəki Беспилотный Летательный Аппарат termininin hərfi tərcüməsidir.
Pilotsuz uçuş aparatı

Alovsuz qaz boşalması
Qaz boşalması — qazlardan elektrik cərəyanı keçdikdə baş verən proseslər toplusu. Tipik olaraq, nəzərəçarpacaq cərəyanın axını yalnız qazın kifayət qədər ionlaşmasından və plazmanın formalaşmasından sonra mümkün olur. == Alovsuz qaz boşalması == Alovsuz qaz boşalması qaz boşalmasının bir növüdür. Alçaq təzyiqlərdə (10−2−10−3 mm c.süt.) baş verir. Elektrodlar arasındakı gərginlik bir neçə yüz volt olmalıdır. Alovsuz qaz boşalması neon işıqlarda, reklm lampalarında, qaz lazerlərində və eyni zamanda ündüz işığı lampalarında istifadə olunur. Qazın rəngindən asılı olaraq, alovsuz boşalmanın da rəngi müxtəlif cür olur. Məsələn, müxtəlif qazların qarışığı olan hava-moruğu, arqon-göyümtül yaşıl, firuzəyi rəngə çalan işıq verir.
Hərbi Pilotsuz Uçuş Aparatı
Hərbi Pilotsuz Uçuş Aparatı (qısaca: HPUA), Hərbi məqsədlər üçün istifadə olunan Pilotsuz Uçuş Aparatı, Hərbi PUA, Silahlı Pilotsuz Uçuş Aparatı (qısaca: SPUA), Silahlı PUA olaraq da bilinən bu Pilotsuz uçuş aparatı növü, adətən bomba, raket və/yaxud ATGM kimi təyyarə sursatlarını daşıyır və dron hücumları üçün istifadə edilirlər. Bu texnikalar adətən real vaxt rejimində insan nəzarəti altında fəaliyyət göstərirlər və müxtəlif səviyyələrdə avtonomluğa malikdirlər. Bu tip təyyarələrdə oturaq bir pilot yoxdur. Operator bu texnikanı uzaq terminaldan idarə etdiyi üçün bu texnikalarda pilot üçün lazımi avadanlıqlara ehtiyac qalmır, nəticədə pilotlu təyyarədən daha az çəki və daha kiçik ölçüyə malik olurlar. Bir çox ölkədə operativ yerli pilotsuz uçuş aparatları mövcuddur və daha bir çox pilotsuz uçuş aparatları da ya idxal olunur və yaxud da inkişaf proqramları vasitəsilə inkişaf etdirilir.
Zərbə (Pilotsuz uçuş aparatı)
İti qovan — Azərbaycanda istehsal olunan pilotsuz uçuş aparatı. Köhnə adı "Zərbə". Məmulatların istehsalı üçün hissələr ilkin mərhələdə konstruksiya ölçülərinə uyğun kompozit materiallardan hazırlanır. Daha sonra xüsusi qəliblərdə hazırlanan hissələr yoxlanılaraq yığım sexinə verilir və quraşdırma prosesi aparılır. Qurğuda xüsusi izləmə mini optik kamerası yerləşdirilir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Məhsulun istehsalı ilə müxtəlif ixtisaslar üzrə xüsusi təlim-tədris kursu keçmiş milli kadrlar məşğul olurlar. Xüsusi test yoxlamalarından sonra pilotsuz uçuş aparatları Silahlı Qüvvələrin istifadəsinə verilir. "Zərbə" PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir.
İti qovan (Pilotsuz uçuş aparatı)