Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ciyərxun
Ciyərxun (kürd. Cigerxwîn/Cegerxwîn; 1903, Mardin – 22 oktyabr 1984, Stokholm) — kürd marksist şairi, ədəbiyyatçısı, yazıçısı və tarixçisi. == Həyatı == Əsl adı Şəhmuz Həsən olan Ciyərxun 1903-cü ildə Osmanlı imperiyasında, Mardinin (indiki Batman) Gərcüş rayonuna bağlı Hisar qəsəbəsində anadan olmuşdur. 1914-cü ildə Birinci Dünya müharibəsinin başlaması nəticəsində ailəsi ilə birlikdə Suriyanın Amuda şəhərinə köçmüşdür. O, erkən yaşlarından çobanlıq və əkinçiliklə məşğul olmuşdur. 18 yaşında Diyarbəkirə gələn Ciyərxun oradakı mədrəsədə dini təhsil verən şeyxlərdən dini təhsil almışdır. Bu dövrdə o, kürd mədəniyyəti və ədəbi klassikləri ilə yaxından tanış olmuşdur. 1925-ci ildə Şeyx Səid üsyanında iştirak etmişdir. Üsyan yatırıldıqdan sonra üsyanın ikinci rəhbəri, Şeyx Səidin böyük oğlu Şeyx Əli Rza Əfəndinin heyətinə qatılaraq Rəvandüzə, daha sonra isə Bağdada getmişdir. Bu müddət ərzində Şeyx Əli Rzadan islam dərsi almışdır.