Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Talise Lanoe
Talise Lanoe (25 iyul 1994) — Keniyalı üzgüçü. Talise Lanoe Keniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Talise Lanoe birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 1:10.02 saniyəlik nəticəsi ilə 33-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Collide with the Sky
Collide with the Sky — ABŞ post-hardkor musiqi qrupu Pierce the Veil-in dördüncü studiya albomu. 17 iyul 2012-ci ildə Fearless Records tərəfindən buraxılıb.
Xalisə
Xalisə və ya Xass — IX əsrdə yaranmış torpaq mülkiyyət forması. Azərbaycan xanlıqlarında da yaranmışdır. Xanlıqlarda torpaqların çoxu xanın mülkiyyətində idi. Bilavasitə xan və onun ailə üzvlərinə məxsus olan torpaqlar xass torpaqları adlanırdı. Ənvər Çingizoğlu, Mаis Əmrаhоv, Habil Həsənоv. Qаrаbаğ хаnlığı. Bakı: "Mütərcim". 2008. 208 səh.
Xalisə Qarı
Xalisə Qarı (tam adı: Xalisə Hacı Bayram qızı d. XVIII əsrin II yarısı - ö. ?) - Azərbaycanlı şairə. == Haqqında == Xalisə Hacı Bayram qızı XVIII əsrin ikinci yarısında varlı-ziyalı ailəsində anadan olmuşdur. Atasının evində qonaq olan ziyalılar və şairlər kiçik Xalisənin əzbərdən dediyi qoşma və bayatıları dinlədikdən sonra atasına Xalisəni oxudub savadlandırmasını məsləhət görmüşlər. Onun atası Hacı Bayram qızına xüsusi müəllim vasitəsilə təhsil verib. Xalisə böyüdükcə şeirə və elmə həvəsi artmış və özü orijinal qoşmalar yazmağa başlamışdır. O, həmyaşıdı olan kiçik qızların savadsız, hüquqsuz vəziyyətlərinə acıyaraq öz evlərində qızlar üçün məktəb təşkil etmiş, onlara savad öyrətmişdir. Bununla kifayətlənməyərək, atasının yardımı ilə kiçik ev kitabxanası da yaratmışdır. Kiçik yaşlarında özünü böyüklərdən daha fərasətli apardığı, dərin mənalı söhbətlər etdiyi üçün qocalar ona “Qarı” (qoca, çox bilmiş) təxəllüsü vermişlər.
Xalisə Hacı Bayram qızı
Xalisə Hacı Bayram qızı və ya təxəllüsü ilə Xalisə Qarı (XVIII əsr, Şəki – XVIII əsr, Şəki) — Azərbaycan şairəsi. == Həyatı == Xalisə Hacı Bayram qızı XVIII əsrin ikinci yarısında varlı-ziyalı ailəsində anadan olmuşdur. Atasının evində qonaq olan ziyalılar və şairlər kiçik Xalisənin əzbərdən dediyi qoşma və bayatıları dinlədikdən sonra atasına Xalisəni oxudub savadlandırmasını məsləhət görmüşlər. Onun atası Hacı Bayram qızına xüsusi müəllim vasitəsilə təhsil verib. Xalisə böyüdükcə şeirə və elmə həvəsi artmış və özü orijinal qoşmalar yazmağa başlamışdır. O, həmyaşıdı olan kiçik qızların savadsız, hüquqsuz vəziyyətlərinə acıyaraq öz evlərində qızlar üçün məktəb təşkil etmiş, onlara savad öyrətmişdir. Bununla kifayətlənməyərək, atasının yardımı ilə kiçik ev kitabxanası da yaratmışdır. Kiçik yaşlarında özünü böyüklərdən daha fərasətli apardığı, dərin mənalı söhbətlər etdiyi üçün qocalar ona "Qarı" (qoca, çox bilmiş) təxəllüsü vermişlər. O, özündən sonrakı nəslinə örnək olmuşdur. Bunun nəticəsidir ki, onun nəslindən Əbdüllətif əfəndi "Nuxəvi" kimi tarixçi alim yetişmişdir.
Çalış, nəfəs alma (film, 2006)
Çalış, nəfəs alma — Rejissor Alina Abdullayevanın çəkdiyi Azərbaycan filmi. Filmdə iki qəhrəman var — bir qədər yaşlı kişi və cavan qız. Kişi astma xəstəliyinə tutulub, nəfəs almaqda böyük problemləri var. Qız isə gənc, gözəldir, həyatda sevinmək üçün hər şeyi var. Ancaq o… nəfəsini saxlayır, özünü sevdiyi insan kimi hiss edib, ona kömək edə bilmək üçün… Və hər ikisi paradoksal və eyni zamanda təhlükəli oyun oynayırlar — kim daha çox nəfəsini saxlayacaq. Onlar dərindən nəfəs alıb donurlar. Filmdə əsas məqsədlərdən biri fikri təsvir dili ilə tamaşaçılara çatdırmaqdır. Buna görə də filmdə dialoqlardan çox az istifadə olunub. Film İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyinin "Avanti" proqramı və Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına çəkilib. Filmin büdcəsi 20 min manat təşkil edib.