Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çornıye Bratya adaları
Çornıye Bratya adaları (rus. Чёрные Братья) — Kuril adalarının Böyük Kuril cərgəsinə, mərkəzi qrupuna daxil 3 adadan ibarət olan adalar qrupu. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Adalar qrupu Brat-Çirpoev, Çirpoy və elə də böyük olmayan qayadan ibarət olan Dəniz Samuru adasından ibarətdir. Çirpoy və Brat-Çirpoev adalarını Snou boğazı ayırır. Qrupun ümumi sahəsi 37 km² təşkil edir. Adaların ətrafında dəniz şirlərinin yerləşim yerləri və quşların kütləvi yuva qurduğu əraxilər vardır. Çirpoy adasında iki fəaliyyətdə olan vulkan vardır:Çornı vulkanı (624 m) və Snou vulkanı (395 m). Adalar ilk dəfə 1770-ci ildə İvan Çornoyevin jurnalında qeyd edilmişdir. 69 km şimal-şərqdə yerləşən Simuşir adasından Bussol boğazı, 30 km cənub-qərbdə yerləşən yerləşən Urup adasından isə Urup boğazı ilə ayrılır.
Çornıye Zemli Dövlət Təbiət Qoruğu
Çornıye Zemli Dövlət Təbiət Qoruğu — 11 iyun 1990-cı ildə yaradılmış dövlət təbii biosfer qoruğudur. Çornıye Zemli Təbiət Qoruğu Rusiyada çöl, yarımsəhra və səhra landşaftlarını öyrənmək, eləcə də kalmık sayqaqlarının populyasiyasını qorumaq və öyrənmək üçün yeganə sınaq poliqonudur. Qoruğun tərkibinə iki müxtəlif ərazi daxildir - "Çernye Zemli" əsas bölməsində sayqa populyasiyasının mühafizəsi və bərpası həyata keçirilir və "Manıç-Qudila gölü" ərazisi beynəlxalq əhəmiyyətli su-bataqlıqdır, burada yuva salmaq və qışlamaq üçün yerlər var. Ərazidə bir çox nadir su quşları və suya yaxın quşlar yaşayır. Sonuncu 1996-cı ilin mayında keçmiş “Manıç-Qudila” respublika qoruğunun ərazisinin qoruğa verilməsi ilə qurulmuşdur. Qoruğun əsas hissəsi Xəzər ovalığında, Kuma və Volqa çaylarının aşağı axarları arasında yerləşir. Qoruğun ümumi sahəsi 121,9 min hektardır. Torpaq sahələri: Çornıye Zemli (çöl) - 94,300 ha, Manyç-Qudilo (ornitoloji) - 27,600 ha. Qoruğun mühafizə zonası 91170 hektardır. Qoruq 3 dekabr 1993-cü ildə YUNESKO-nun rəsmi biosfer statusunu almışdır.