Çornıye Bratya adaları (rus. Чёрные Братья) — Kuril adalarının Böyük Kuril cərgəsinə, mərkəzi qrupuna daxil 3 adadan ibarət olan adalar qrupu. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Adalar qrupu Brat-Çirpoev, Çirpoy və elə də böyük olmayan qayadan ibarət olan Dəniz Samuru adasından ibarətdir. Çirpoy və Brat-Çirpoev adalarını Snou boğazı ayırır. Qrupun ümumi sahəsi 37 km² təşkil edir. Adaların ətrafında dəniz şirlərinin yerləşim yerləri və quşların kütləvi yuva qurduğu əraxilər vardır. Çirpoy adasında iki fəaliyyətdə olan vulkan vardır:Çornı vulkanı (624 m) və Snou vulkanı (395 m). Adalar ilk dəfə 1770-ci ildə İvan Çornoyevin jurnalında qeyd edilmişdir. 69 km şimal-şərqdə yerləşən Simuşir adasından Bussol boğazı, 30 km cənub-qərbdə yerləşən yerləşən Urup adasından isə Urup boğazı ilə ayrılır. Adalar qrupundaan 30 km cənub-qərbdə Brouton adası yerləşir.
Çornıye Bratya adaları | |
---|---|
rus. Чёрные Братья | |
Ümumi məlumatlar | |
Adaların sayı | 3 |
Ümumi sahəsi | 37 km² |
Hündür nöqtəsi | 749 m |
Əhalisi | 0 nəfər (2010-cu il) |
Yerləşməsi | |
46°30′ şm. e. 150°55′ ş. u.HGYO | |
Ölkələr | |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|