Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Computer
Kompüter (əvvəlki yazılışı: kompyuter; ing. computer, [kəmˈpjuː.tə(ɹ)] — «hesablayıcı», lat. computare — "saymaq" və ya "hesablamaq" sözündən) və ya bilgisayar — arifmetik və ya məntiqi əməliyyatların (hesablamanın) ardıcıllığını avtomatik yerinə yetirmək üçün proqramlaşdırılan maşın. Müasir rəqəmsal elektron kompüterlər proqramlar kimi tanınan ümumi əməliyyat dəstlərini yerinə yetirirlər. Bu proqramlar kompüterlərə geniş spektrli vəzifələri yerinə yetirməyə imkan verir. Kompüter ya ayrı bir vahid ola bilər, ya da bir-biri ilə əlaqəli bir neçə qurğudan ibarət ola bilər. Kompüter sistemi tam əməliyyat üçün lazım və istifadə olunan aparat, əməliyyat sistemi (əsas proqram) və periferik avadanlığı özündə birləşdirən nominal olaraq tam kompüterdir. Bu termin həm də kompüter şəbəkəsi və ya kompüter klasteri kimi əlaqəli və birlikdə fəaliyyət göstərən kompüterlər qrupuna aid edilir. Müxtəlif sənaye və istehlak məhsulları kompüterlərdən idarəetmə sistemləri kimi istifadə edir. Mikrodalğalı sobalar və uzaqdan idarə vasitələri kimi sadə xüsusi təyinatlı cihazlar, sənaye robotları və avtomatlaşdırılmış layihələndirmə sistemləri kimi zavod cihazları, fərdi kompüterlər kimi ümumi təyinatlı cihazlar və smartfonlar kimi mobil cihazlar daxildir.
NeXT Computer
1976-cı ildə CobsVoznyak və Ronald Ueyn Apple şirkətini təsis etdilər. Cobs uzun illərin dostu olduğu Voznyaka kompüterlərin yığımı və satışına cəlb edə bildi. Şirkət genişləndikcə dostlar təcrübəli menecerlər axtarmağa başladılar. 1977-ci ildə Cobs və Voznyak, Apple II-ni bazara təqdim etdilər, o zamanlar Apple II ev bazarında əhəmiyyətli bir yer əldə etmişdi və Applenin kompüter bazarındakı yerini sağlamlaşdırdı. 1980-ci ilin dekabrında Apple Computer xalqa açıldı. Eyni il Apple Computer Apple III-ü bazara çıxardı, lakin bu model bir əvvəlki modelin yerini ala bilmədi. 1978-ci ildə Apple Maykl Skottu National Semiconductordan öz şirkətlərinə baş direktor kimi cəlb edə bildilər. 1983-cü ildə Cobs, Pepsi-Cola şirkətindən Con Skallini Apple şirkətinə rəhbər dəvət edərək demişdi: "Ömrünün sonuna qədər yalnız şəkərli su satmaq istəyirsiz yoxsa mənimlə birlikdə dünyanı dəyişəcəksiz?". O dövrdə Apple prezidenti Maykl Markkula vəzifəsindən getmək istədi. O hesab edirdi ki, Cobsun yeni modellər üçün şəxsi intizamı və enerjisi çatmır.
OK Computer
OK Computer İngilis rok qrupu Radiohead-in 16 iyun 1997-ci ildə işıq üzü görən üçüncü studiya albomudur. Radiohead-in növbəti albomlarının da istehsalında iştirak edən Naygel Qodrix tərəfindən prodüserliyi edilən albom EMI-nin törəmə şirkətləri Parlophone və Capitol Records tərəfindən yayımlanıb. "Lucky" (1995) istisna olmaqla, albomun digər mahnıları 1996 və 1997-ci illərdə Oksfordşir və Batda yazılıb. Əvvəlki albomları "The Bends"-in gitara əsaslı, introspektiv üslubundan uzaqlaşaraq mücərrəd mövzulara və çox qatlı səslərə yönələn qrup bu albomla sonrakı eksperimental əsərləri üçün də əsas yaratdı. Albomun marketinqinin çətin olduğunu düşünən EMİ-nin aşağı satış gözləntilərinə baxmayaraq, OK Computer "UK Albums Chart"-da zirvəyə çatdı və "Billboard 200" siyahısında 21-ci sıradan daxil oldu. Albomda olan " Paranoid Android ", "Karma Police", "Lucky", "No Surprises" və "Airbag" mahnılarıdaha sonra sinql olaraq yayımlandı. Radiohead’nin beynəlxalq səviyyədə tanınmasına töhfə verən albomun dünyada ən az 7.8 milyon nüsxəsi satılıb. 22 iyun 2017-ci ildə albomun iyirminci ildönümü üçün albomun içərisində əlavə mahnıların da yer aldığı OK Computer OKNOTOK 1997 2017 adlı yenilənmiş versiyası çıxdı. OK Computer dinləyicilər, tənqidçilər və musiqiçilər tərəfindən bütün dövrlərin ən yaxşı albomlarından biri hesab olunur. Albom 1998 Qremmi Mükafatında "İlin Albomu"na namizəd oldu və Ən Yaxşı Alternativ Musiqi Albomu Mükafatını qazandı .
Crataegus compta
Crataegus compta (lat. Crataegus compta) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Neoseiulella compta
Neoseiulella compta (lat. Neoseiulella compta) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulella cinsinə aid heyvan növü.
Computer Games Magazine
"Computer Games Magazine" — 1988–2007-ci illərdə nəşr olunan ABŞ videooyun jurnalı. 2000-ci ilə qədər jurnal "Computer Games Strategy Plus" kimi tanınırdı və Birləşmiş Krallıqda "Games International" adı ilə təsis edilmişdir. Jurnal geniş çeşiddə oyun platformalarını və janrlarını əhatə edirdi, lakin jurnalın əsas diqqəti strategiya oyunları idi. Jurnal videooyunlar üzrə ən uzunmüddətli dövri nəşrlərdən biridir. == Başqa ölkələrdə == "Computer Games Magazine " jurnalının Yunanıstan versiyası 2000-ci ilin iyunundan iyun 2008-ci ilə qədər nəşr edilmişdir. Jurnalın cəmi 92 nömrəsi çap olunmuşdur. Jurnalın Meksika versiyası çap olunurdu. == İstinadlar == == Ədəbiyyat == Harrison Gish. Computer Games Magazine // Encyclopedia of Video Games . 1 (сборник).
Computer Gaming World
"Computer Gaming World" — ABŞ videooyun jurnalı. 1981–2006-cı illərdə nəşr olunmuş jurnal sadəcə videooyunlar və geyminq sənayesinə həsr olunmuş ilk jurnallardan biridir. == Tarixi == "Computer Gaming World" 1981-ci ildə cənubi baptistlərin keçmiş keşiş Rassell Sayp tərəfindən təsis edilmişdir. O, "Strategic Simulations" tərəfindən istehsal olunmuş "Computer Air Combat" videooyununu oynayarkən qarşılaşdığı çətinlikləri düşünərək videooyunlar haqqında jurnal ideyasını əldə etmişdir. Sayp həmin ilin iyununda "Golden Empire Publications Inc." şirkətini təsis etmiş və noyabrda "Computer Gaming World" jurnalının ilk nömrəsi buraxılmışdır.1991-ci ildən jurnalın həcmi xeyli artmış, 1992-ci ilin noyabrında nəşr olunan 100 illik yubiley nömrəsində 196 səhifəyə çatmışdır. Elə həmin il Conni Vilson yeni baş redaktor olmuşdur. Sayp 1993-cü ildə jurnalı "Ziff Davis" şirkətinə satmışdır.1997-ci ilin dekabrında jurnalın həcmi 500 səhifəyə çatmışdır. 1999-cu ildə Vilson baş redaktor vəzifəsini tərk etmiş və onun yerinə Corc Cons gəlmişdir. 2002-ci ildə Ceff Green yeni baş redaktor olmuşdur.2 avqust 2006-cı ildə "Ziff Davis" şirkəti "Microsoft" ilə birlikdə verdiyi açıqlamada jurnalın bağlanacağını və onun əvəzinə "Games for Windows: The Official Magazine" jurnalının fəaliyyət göstərəcəyini elan etmişdir. Jurnalın sonuncu, 268-ci nömrəsi 2006-cı ilin noyabrında buraxılmışdır.
Computer Usage Company
Computer Usage Company Kompüter istifadəçi şirkəti (1955-1986), bəzən Computer Usage Corporation adlanan kompüter proqramı bazarının ilk müstəqil şirkəti idi. == Tarixi == 28 mart 1955-ci ildə Con Şeldon (John W. Sheldon) və Elmer Kyubi (Elmer C. Kubie) proqram təminatının hazırlanması ilə məşğul olan Computer Usage Company (CUC) adlı ilk şirkəti yaratmışlar. Maraqlıdır ki, şirkətin ilk dörd proqramçısı qadın idi. Şirkət 31 il fəaliyyət göstərdikdən sonra – 1986-cı ildə iflasa uğradığını elan etmişdir. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
High Tech Computer
High Tech Computer Corporation (HTC) — kommunikasiya avadanlığının istehsalı və satışını həyata keçirən Tayvan şirkəti. 1997-ci il mayın 15-də təsis edilmişdir. Dünyanın ən qabaqcıl markalarındandır. Fəaliyyətinin ilk dövründə şirkət personal cib kompyuterlərinin (Pocket PC) istehsalı ilə məşğul olmuş, nəticədə prioritet istiqamət olaraq aktiv inkişaf prosesində olan kommunikatorlar bazarı seçilmişdir. 2001-ci ildən etibarən HTC öz markası ilə istehsalı ikinci plana keçirərək telefon operatorları üçün hazır, markasız telefonların satılmasına üstünlük vermək qərarına gəlmişdir. Operatorlar bu telefonlara loqotiplərini yerləşdirərək öz brendləri altında satırlar. O zaman bu istiqamətin seçilməsinin şirkət üçün uğurlu olduğu hesab edilirdi. İlk belə müqaviləni HTC 2001-ci ildə bağlamış və bu şəkildə əməkdaşlıq etdiyi şirkətlərin sayı artmaqdadır. Şirkətlə əməkdaşlıq edənlər arasında T-Mobile, Orange, O2, Vodafone və s. iri mobil operatorlar var.
IBM-compatible computer
Sony Computer Entertainment
Sony Interactive Entertainment — videooyun sənayesinin müxtəlif sahələrində ixtisaslaşmış böyük bir videooyun şirkətidir. Şirkət 1993-cü il noyabrın 16-da Yaponiyanın paytaxtı Tokioda qurulub. Əvvəllər orijinal PlayStation videooyun sisteminin istehsalı ilə məşğul idi.
Studio Comet
Studio Comet Co., Ltd. (株式会社スタジオコメット, Kabushiki Kaisha Sutajio Kometto) — qərargahı Yaponiyanın paytaxtı Tokionun xüsusi rayonlarından biri olan Nerimada yerləşən animasiya studiyası. Studiya 21 yanvar 1986-cı ildə yaradılmışdır. == Tanınmış üzvlər == Hiroşi Kanazava (animasiya direktoru, personaj dizayneri) Kazuo Harada (animasiya prodüseri, səs effektləri və audio direktoru) Şin Misava (animasiya Kantoku) == İşləri == Aşağıda Studio Cometin işləri əlifba sırası ilə göstərilib: Art of Fighting (OVA, 1993) Baby Princess 3D Paradise Love (OVA, 2011) Battle Fighters Garō Densetsu (1992) Bikkuriman 2000 (ilk rəqəmsal istehsalı, anime serialı, 2000) Bowwow Celebrity Poodle Let's Go! Tetsunoshin (anime serialı, 2006) Capeta (anime serialı, 2005-2006) Captain Tsubasa J (anime serialı, 1994–1995) Dragon Quest (anime serialı, 1989–1991) Dr. Rin ni Kiitemite! (anime serialı, 2001) Hatsumei Boy Kanipan (anime serialı, 1998) Chō Hatsumei Boy Kanipan (anime serialı, 1999) Highschool! Kimen-gumi (anime serialı (epizod 9-dan sonra Gallop studiyası ilə işləyib), 1988–1989) High School Mystery Gakuen Nana Fushigi (anime serialı, 1991) Humanoid Monster Bem (anime serialı, 2006) Initial D (anime serialı, 1998; Studio Gallop ilə) Kirby of the Stars (anime serialı, 2003; Warpstar, Inc. ilə) Jewelpet (anime serialı, 2009) Jewelpet Twinkle☆ (anime serialı, 2010) Jewelpet Sunshine (anime serialı, 2011) Jewelpet Kira☆Deco (anime serialı, 2012) Jewelpet the Movie: Sweets Dance Princess (Teatr filmi, 2012) Kero Kero Chime (anime serialı, 1997) Maboroshi Mabo-chan (anime serialı, 1992) The Marshmallow Times (anime serialı, 2004) Meimon! Dai San Yakyūbu (anime serialı, 1988–1989) Mizuiro Jidai (anime serialı, 1996) Mutsuen Meiryū Gaiden: Shura no Toki (anime serialı, 2004) Onegai My Melody (anime serialı, 2005) Onegai My Melody: Kuru Kuru Shuffle (anime serialı, 2006) Onegai My Melody: Sukkiri (anime serialı, 2007) Onegai My Melody: Kirara (anime serialı, 2008) Onegai My Melody: Yū & Ai (Teatr filmi, 2012) Peach Girl (anime serialı, 2005) Samurai Shodown ( 1994) School Rumble (anime serialı, 2004) School Rumble: Second Term (anime serialı, 2006) Shin Megami Tensei Devil Children (anime serialı (epizod 27-dən) 2002–2003), Shōta no Sushi (1999) Sora no Manimani (anime serialı, 2009) Suzuka (anime serialı, 2005) Tsuide ni Tonchinkan (anime serialı, 1987–1988) Tsuyoshi Shikkari Shinasai (anime serialı, 1992–1994) Whistle!
Computer Emergency Response Team
CERT — kompüter təhlükəsizliyi hadisələrini idarə edən ekspert qrupudur. == Tarixi == CERT/CC əlaqələndirmə mərkəzi Karnegi-Mellon Universitetinin Proqram Mühəndisliyi İnstitutunda (PMİ) 1988-ci ildə yaradılmışdı. CERT/CC PMİ-də işlənən Networked Systems Survivability (NSS) proqramının bir hissəsidir. == Məqsədi == Bu proqramın əsas məqsədi müvafiq texnologiyaların və sistemin idarə edilməsi metodlarının qurulmasını elə şəkildə təmin etməkdir ki, hücumların maksimal səmərəli qarşısı alınsın, ziyan minimumlaşdırılsın və hətta hücumların həyata keçirilməsi uğurlu halında da sistemin fasiləsiz işi təmin edilsin. == Vəzifəsi == CERT/CC əlaqələndirmə mərkəzinin vəzifələri aşağıdakı məsələlərin həll edilməsidir: CERT/CC laboratoriyalarında (tədqiqat) proqram və aparat təminatının aşkarlanmış boşluqları haqqında istifadəçiləri məlumatlandırmaq üçün veb-serverdə (http://www.cert.org), ftp-serverdə (ftp://ftp.cert.org/pub/cert_advisories), Usenet telekonfransında (comp.security.announce) və göndəriş siyahılarında boşluqların təsviri və onların aradan qaldırılması üsulları – Advisories nəşr olunur. Təhlükəsizlik problemləri və onların həlli haqqında istehsalçı firmalardan alınmış məlumatlar xüsusi informasiya bülletenlərində (Vendor-Initiated Bulletins) nəşr olunur, onlar da Advisories kimi həmin kanallarla yayılır. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Computer and Video Games
"Computer and Video Games" (CVG) — Birləşmiş Krallıq videooyun jurnalı. Jurnal 1981-ci ilin noyabrından 2004-cü ilin oktyabrına qədər nəşr olunmuşdur."Computer and Video Games" 1980-ci illərin əvvəllərində jurnal ev videooyunları üçün artan bazarı işıqlandıran ilk jurnallardan olmuşdur. Jurnalın internet saytı 1999-cu ildə açılmış və 2015-ci ilin fevralında bağlanmışdır. == Golden Joystick Awards == Jurnal videooyunlar sahəsində nüfuzlu mükafat olan illik "Golden Joystick Awards"ın əsas təşkilatçısı olmuşdur.
European Computer Trade Show
Çometi dəfinəsi
Çometi dəfinəsi — Gürcüstanda e.ə. V–IV əsrlərə aid dəfinə. 1928-ci ildə Çometi kəndi yaxınlığında gil qabda tapıılmşdır. Kolxida tayfalarına aiddir. Dəfinə 380 Kolxida tribolası və qırıq gümüş bilərziklərdən ibarət idi. Dəfinə Gürcüstanın Milli Muzeyində saxlanılır.